"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

KİN, HƏSƏD VƏ NİFRƏTİN XƏYANƏTƏ AÇDIĞI QAPI: AXCP sədri niyə Makronun müdafiəsinə qalxıb?

18 Oktyabr 2022 - 17:47
in MÖVQE
FacebookVatsap

“Erməni işğalçılarına qarşı 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında qələbəylə bitirdiyimiz Vətən savaşı bizə təkcə itirdiyimiz və 30 il boyunca həsrət qaldığımız torpaqlarımızı geri qaytarmadı, həm də gələcəyimizi düzgün qura bilməmizə fürsət açan boşluqları, qüsur və çatışmazlıqları aşkarlayıb gözlərimiz önünə sərdi”.

Bunu da oxuyun

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şükürlü FB hesabında qeyd edib.

O, bildirib ki, ağıllı dövlətlər və hakimiyyətlər təbii ekstremal şəraitin – müharibənin aşkarladığı bu boşluqları, qüsur və çatışmazlıqları dərhal qeydə alar, onu siyasi uçurumlardan qoruyacaq “yol xəritəsi”ndə düzəlişlər aparar, beləcə, səhvlərini, yanlışlıqlarını aradan qaldırmaqla özünütəkmilləşdirmənin və güclü olmanın ən optimal yolunu tapıb özünü də, ölkəsini də qalıcı uğurlara götürər:

“Mən əminəm ki, hərb meydanında məğlub etdiyimiz Ermənistanı diplomatik masa arxasında da tam yendikdən, ona sülh müqaviləsini imzalatdırdıqdan sonra Azərbaycan hakimiyyəti, qələbəmizin memarı Prezident İlham Əliyev də 44 gün ərzində aşkarlanan və hər birimizin gördüyü qüsurlarımızın qeydə alındığı yeni “yol xəritəsi”ylə addımlayacaq, sürətli inkişafımıza buxov olan 30 illik bir müharibənin vurduğu yaraların tam sağalması üçün ölkənin daxilində inqilabi addımlar ataraq, xalqımızı həqiqi rifaha qovuşduracaq!
Bax, yalnız onda biz hamılıqla həqiqi müstəqilliyin dadını biləcək, tamam fərqli – azad, zəngin, qalib və qüdrətli, regionun lokomotivinə çevriləcək bir Azərbaycanın vətəndaşları olmaqdan, gerçəkdən də, qürur duyacaq, öyünəcəyik!
Şübhəsiz ki, bu gedişatı biz gördüyümüz kimi, Azərbaycanın uğurunu istəməyən xarici düşmənləri və illərdir Əliyevin yerinə göz dikmiş, həsrətlə o posta əyləşəcəyi günü gözləyən içdəki siyasi rəqibləri də yaxşı görür, anlayırlar.
Başa düşürlər ki, Qarabağ probleminin mövcud olduğu illərdə Əliyevi yıxmaq mümkün olmadısa, bu problemin həllindən sonra yıxmaq heç mümkün olmayacaq və Azərbaycan xalqı da müstəqillik dönəmində 3 mərhum prezidentinin – Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevin çox istəyib də həll edə bilmədikləri problemi həll etməyi bacarmış, tarixi düşməninin kürəyini yerə vurmuş qalib və məğrur bir komandanı – İlham Əliyevi ömürlük özünün lideri seçəcək!
Elə bu səbəbdən, son iki ildə Azərbaycanın düşmənləri Ermənistanın arxasında durub, onu sülh müqaviləsinin imzalanmasından çəkindirdikləri kimi, paralel şəkildə də Əliyevin uğurunu istəməyənlər də ölkənin içərisindən bu prosesə fəal şəkildə dəstək verməyə can atır, sülhün baş tutmamasını arzulayır, ictimai rəydə qəsdən Azərbaycanın qalib gəlmədiyi təəssüratını yaradır, qələbəmizin miqyasını kiçiltməyə, prezident Əliyevin əhali arasında xeyli artan populyarlığını və nüfuzunu dezinformasiyalarla, söyüş və təhqirlərlə aşağı salmağa çalışır, hətta bu məqsədlə açıq-aşkar erməni təbliğat maşınına dəstək verməkdən belə, çəkinmirlər.
Apardığımız müşahidələr onu deməyə əsas verir ki, son iki il ərzində Azərbaycan dövlətinin düşmənlə müharibə siyasətinin və təbliğat strategiyasının əleyhinə ölkənin içrisindən yalnız bir siyasi qüvvə – AXCP və onun ehtiyat limanı kimi fəaliyyət göstərən Milli Şura rəhbərliyi çıxış edir, bütün istiqamətlər üzrə pozucu, destruktiv mövqe tutur!
İlham Əliyevə rüsvayçı məğlubiyyətin və 20 illik davamlı uğursuzluğun yaratdığı kin, nifrət, paxıllıq və həsəd hissi vaxtilə Azərbaycan gəncliyinin siyasət meydanında öndə olan ən parlaq simalarından birinin – AXCP sədri Əli Kərimlinin o qonur gözlərini elə tutub, qəlbini elə möhürləyib ki, indi – 57 yaşında müxalif partiya liderliyindən ölkəsinin düşmənlərinin təbliğat maşınının adi sıravi əsgəri, kiberəməliyyatlarının trolu səviyyəsinədək düşdüyünün heç fərqində belə, deyil!
Bəli, qisas güclü hissdir, insanı hər yola əl atmağa vadar edər. Ancaq bu, heç bir halda siyasi iddiası olan kəsi uğuru, karyerası naminə öz dövlətinin, millətinin məğlubiyyətini istəyəcək qədər alçaltmamalı, düşmənlə əməkdaşlıq kimi qiymətləndirilə biləcək hərəkətələrə sövq etməməlidir!
Axı bir insanın daxili gücü və gerçək ləyaqəti həm də öz düşməni və ya rəqibiylə davranışında üzə çıxar! Ləyaqətli rəqib özünü hər yola qoymaz, hər halında ləyaqətlə davranar!
Bəs, bu nə edir? Müharibə başlayanda 50-yə yaxın partiya rəhbəri ilk gündən bəyanat verib İlham Əliyevlə eyni səngərdə durduqlarını elan etdikləri, xarici güclərə Qarabağ məsələsində Azərbaycanın içərisində hamının yekdil siyasi mövqe tutduğunu göstərmək məqsədiylə eyni sənədə imza atdıqları bir vaxtda AXCP sədri yaxasını kənara çəkdi, marığa yatıb gözlədi ki, görək, əməliyyatlar nə ilə bitir. Yalnız Şuşa alındıqdan 1 gün sonra – 9 noyabrda ictimai qınaq və qəzəbdən qorxaraq, udquna-udquna bir cümləylə Ali Baş komandanı təbrik etsə də, ertəsi gün dərhal da 10 noyabr atəşkəs razılaşmasını əsas götürüb, yenidən hakimiyyəti sərt ittihamlara başladı, psixoloji baxımdan sınmış və çökmüş düşmənə nəfəs verənlərin sırasında yer aldı…
Necə də VII əsrdə Şam valisi olmuş Müaviyə ibn Əbu Sufyanın davranışlarını xatırladır, deyilmi? Vaxtilə Müaviyə də xəlifə Əliyə beyət etməmək və ona qarşı çıxışını əsaslandırmaq üçün mahiyyətini və nəticəsini öncədən bildiyi bir məsələni – Osmanın qatillərinin tapılıb ona verilməsini bəhanə kimi irəli sürmüş, qiyama qalxmışdı.
Eynilə AXCP və Milli Şura rəhbərliyi də 10 noyabr 2020-ci ildən üzübəri Müaviyə kimi davranaraq, rus sülhməramlılarının Qarabağa yerləşməsi faktını İlham Əliyevə qarşı çıxışlarını əsaslandıracaq yeni bəhanəyə çeviriblər və düz 2 ildir də bu mövzuda cəmiyyəti çaşdırmağa, gərginləşdirib ayaqlandırmağa çalışırlar…
Baxın, AXCP sədri indi də ağlını verib dünənədək yorulmadan Əliyevlərin məddahlığını aparmış, hakimiyyət dəhlizlərindən rüsvayçılıqla qovulduqdan sonra müxalif düşərgədə lövbər salmış iki qadına – dövrümüzün Kəsrifləri sayılan Sevinc Osmanqızına və Gültəkin Hacıbəyliyə, üçlükdə erməni təbliğat maşınının tezisləri əsasında, 1 aydır sübut etməyə girişiblər ki, Azərbaycan Ordusu Rusiyanın təhrikiylə sentyabrın 13-də Ermənistan ərazisinə təcavüz edib, onların torpaqlarına girib, işğalçıdır və biz boşuna şəhidlər vermişik.
Halbuki bütün Azərbaycan bilir ki, erməni təxribatlarına cavab olaraq keçirilən bu əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistanla sərhəd boyu öz torpaqlarımızda 70-dən çox strateji yüksəkliyi nəzarətə götürüb və bu da 44 günlük savaşdan sonra düşmənə vurulan ikinci ən ağır hərbi zərbə sayılır: tutulan döyüş mövqeləri həm ərazilərimizin təhlükəsizliyinin təmini, həm gələcək hərbi əməliyyatlar, həm də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən və sülh sazişi imzalamaqdan yayınan Paşinyan hakimiyyətinə gərəkli qulaqburma vermək üçün əlimizi xeyli gücləndirib!
Yaxşı, adamdan soruşarlar: düşmənə endirilən bu zərbədən, Paşinyan hakimiyyətinin laxlamasından və sülhə məcbur edilməsindən siz niyə bu qədər narahatsınız, siz niyə sevinmək yerinə, təşvişə düşmüsünüz?!
Məgər, siz deyildinizmi, 2 il əvvəl “Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı?” bağırtısıyla efirlərdə hay-həşir salan, Ordumuzun irəliləməsini tələb edən?! Onda “beynəlxalq təzyiq” yadınıza düşmürdümü?!
Lap tutaq ki, danışıqlarda əlimizi gücləndirmək, düşməni öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün biz hücuma keçmişik, əməliyyatı biz başladıb, düşmən ərazisinə keçirmişik! Nəyi pisdir ki?! Müharibədir, əcəb də etmişik!
Məgər, bu, əsas verir ki, siz gedib erməni lobbisinin təbliğat maşınıyla birləşib, ölkəmizin, Ordumuzun əleyhinə kampaniya aparasınız, onların beynəlxalq təşkilatlara təqdim etdiyi tezisləri ölkənin içərisindən təsdiqləyəsiniz, təkrarlayıb təzyiqlər üçün zəmin hazırlaysanız?!
Hara yoxa çıxdı sizin hər gün pafosla danışdığınız vətən, millət, dövlət təəssübünüz, sevginiz, milli qeyrətiniz?!
Bəs hal-hazırda açıq-aşkar ermənipərəst mövqeyi ilə tanınan və bir ovuc erməni terrorçu-separatçısına Qarabağda status tələb edərək sülhün əldə edilməsinə mane olan Fransa prezidenti Makronu sudan quru çıxarmaq, Azərbaycan ictimaiyyətinin qəzəbindən yayındırıb qorumaq təşəbbüs və cəhdlərinizi nə ilə izah edəcəksiniz?!
Lap Makronun müsahibəsindəki hansısa iki cümləsi düzgün tərcümə edilməyib. Onun Ermənistanı açıq-aşkar himayə edən mövqeyi və Azərbaycandan tələbləridəmi təhrif olunub, saxtalaşdırılıb, ay Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Sevinc Osmanqızı…?!
Siz axı kimin yanındasınız: Ermənistanın, yoxsa Azərbaycanın?!
Sevimli və çox inandığınız Makronunuzun Rusiyanın Türkiyə və Azərbaycana kömək etdiyi, Fransanınsa Ermənistanın əlini buraxmayacağı haqda fikirləri ki təhrif olunmayıb!
Yaxşı, dünənədək torpaqlarımızın işğal edilməsində rolu olan Rusiya Türkiyənin də təsiriylə bu gün Azərbaycanın haqq işinə dəstək veribsə, Ermənistana qarşı bu gün Azərbaycanın yanında yer alıbsa, bu, axı sizi niyə bu qədər narahat edir?!
Deməli, sizin üçün Qərb təbliğatına qoşularaq Rusiyanın işğalçı imicinin yaradılması öz torpaqlarınızın azad edilməsindən daha önəmlidir, eləmi?!
Ay sizi, intellektual satqınlar! Çoxbilmiş quş dimdiyindən tələyə düşdüyü kimi, siz də o iti dilinizdən özünüzü tələyə salmısınız artıq…
Əliyevə kininiz və nifrətiniz sizi düşmənin xəyanət qapısı ağzında yatıb gecələməyə, onun təbliğat muzdurları kimi çıxış etməyə qədər aparıb çıxarıbsa, vay halınıza!
İnanmıram ki, bu dəfə Sem dayınız sizi Əliyevin dəmir yumruqları altında əzilməkdən xilas edə bilsin! Sizin dönəminiz bitib, qapınızsa qapanıb artıq!”.

Yeganə

Previous Post

KİN, HƏSƏD VƏ NİFRƏTİN XƏYANƏTƏ AÇDIĞI QAPI: AXCP sədri niyə Makronun müdafiəsinə qalxıb?

Next Post

Türkiyə hərbi büdcəsini rekord həddə çatdırır

Bənzər yazılar

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Next Post
Türkiyə hərbi büdcəsini rekord həddə çatdırır

Türkiyə hərbi büdcəsini rekord həddə çatdırır

Türkiyə hərbi büdcəsini rekord həddə çatdırır

Türkiyə hərbi büdcəsini rekord həddə çatdırır

Son xəbərlər

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

30 Sentyabr 2026 - 16:00
Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq

Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq

30 Sentyabr 2026 - 15:43
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

30 Sentyabr 2026 - 15:38
“McDonald’s” Ukraynada menyusunu ixtisar edib

“McDonald’s” Ukraynada menyusunu ixtisar edib

30 Sentyabr 2026 - 15:30
Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir

Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir

30 Sentyabr 2026 - 15:16
Prokuror olmaq istəyənlərin diqqətinə

Prokuror olmaq istəyənlərin diqqətinə

30 Sentyabr 2026 - 15:08
Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

30 Sentyabr 2026 - 15:00
“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

30 Sentyabr 2026 - 14:51
Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

30 Sentyabr 2026 - 14:42
Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

30 Sentyabr 2026 - 14:30
Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

30 Sentyabr 2026 - 14:14
Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07
Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

30 Sentyabr 2026 - 14:00
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

30 Sentyabr 2026 - 13:52
11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

30 Sentyabr 2026 - 13:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.