"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Molla rejiminin tətbiq etdiyi üsul-idarə içdən çürüyür”

14 Oktyabr 2022 - 15:00
in SİYASƏT
FacebookVatsap

“İran Prezident Administrasiyasının nümayəndəsi Məhəmməd Cəmşidi bildirib ki, rəsmi Tehran bölgədəki tarixi sərhədlərin və Ermənistanla tranzit marşrutların dəyişdirilməsini qəbul etməyəcək. O deyib ki, İran Prezidenti Rəisi bu mövqeyini Astanada səfərində Azərbaycan Prezidenti ilə görüşdə bir daha təkrarlayıb.
“Prezident Rəisi bir daha xatırladıb ki, tarixi sərhədlərdə, regional geosiyasətdə və İran-Ermənistan tranzit marşrutlarında istənilən dəyişikliyə İran qəti şəkildə cavab verəcək”- Cəmşidi deyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” regional qərargahının Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirəcək olması da bu aspektdən diqqət çəkir”.

Bunu da oxuyun

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Milli Məclisin iclası başlayıb

Elchi.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev FB hesabında bildirib:

“Rəsmi Tehran Məhəmməd Cəmşidinin son açıqlaması və Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirməyi planlaması ilə Bakıya “qərarlı” olduğunu göstərməyə çalışır. Lakin bunların fayda verəcəyi inandırıcı görünmür. Rəsmi Bakı İranın bu kimi təzyiqləri ilə dəfələrlə qarşılaşıb və onların heç biri Azərbaycanın bölgə siyasətinə əhəmiyyətli şəkildə təsir etməyib.
İran isə öz ənənəvi siyasətinə sadiq qalaraq ermənipərəst və antiAzərbaycan xəttini davam etdirir. Belə ki, Cəmşidinin “İran-Ermənistan tranzit marşrutları”na guya hansısa təhlükə yaranacağı barədə sözləri cəfəngiyyatdan başqa bir şey deyil. Bu ölkə 30 illik işğal dövründə bir dəfə də olsun, Ermənistanın sərhədləri işğal yolu ilə dəyişdirməsinə etiraz etməyib. Əksinə, rəsmi Tehran hər zaman Ermənistanı müdafiə edib. Bu da azmış kimi İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər.
İran ermənipərəst siyasətini açıq müstəviyə keçirir.
Aydın məsələdir ki, İran sadəcə olaraq, Azərbaycanın güclənməsinə qarşı çıxır və 44 günlük savaşda bunu bir daha göstərmiş oldu. 44 günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib.
Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər.
İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. Bu gün İranda 100 min erməni yaşayır. İranın Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqları arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir.
Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Cəmi 100 min erməniyə məxsus bu sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən 45 milyon azərbaycanlıya verilmir.
İran hakimiyyəti azərbaycanlıları bütün hüquqlardan məhrum edib, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alıb. İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və bundan irəli gələn sərt addımlar atılır”.

Politoloq qeyd edib ki, molla rejiminin tətbiq etdiyi üsul-idarə içdən çürüyür:

“İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət əslində, bu ölkənin əsl mahiyyətini göstərir. Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir.
İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir.
İrandakı sosial vəziyyət, hətta şah rejimindən daha pis bir haldadır. Rejim özü bunun fərqində olsa da, hələ də effektiv addımlar atmır. Əksinə, Qərblə rəqabət fonunda nəticə əldə etməyə çalışır. Hazırkı etiraz aksiyalarının tempi belə davam etsə rejimin devrilməsi ilə nəticələnə bilər”.

Şayəstə

Previous Post

“Molla rejiminin tətbiq etdiyi üsul-idarə içdən çürüyür”

Next Post

Sabah yağış yağacaq

Bənzər yazılar

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

24 Noyabr 2026 - 11:59

İndoneziya Prezidenti Prabovo Subianto 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün Azərbaycana səfər edə bilər. Elchi.az...

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24 Noyabr 2026 - 11:30

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli tədbir iştirakçıları! Sizi İğdır...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

24 Noyabr 2026 - 11:03

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

İtaliyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib – VİDEO

İtaliyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib – VİDEO

23 Noyabr 2026 - 18:36

İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib. Elchi.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım...

Next Post
Azərbaycanda əksər ərazilərdə yağıntılar azalıb

Sabah yağış yağacaq

Media Reyestri fəaliyyətə başladı

Media Reyestri fəaliyyətə başladı

Son xəbərlər

Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib

Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib

24 Noyabr 2026 - 12:59
Bakıda 10 yaşlı qız avtomobil vurması nəticəsində öldü

Bakıda 10 yaşlı qız avtomobil vurması nəticəsində öldü

24 Noyabr 2026 - 12:29
Bakıda “Kəlağayı Bayramı” adlı konsert keçirilib

Bakıda “Kəlağayı Bayramı” adlı konsert keçirilib

24 Noyabr 2026 - 12:17
Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

24 Noyabr 2026 - 12:10
İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

24 Noyabr 2026 - 11:59
PSJ “Fənərbağça”nın ulduz futbolçusu ilə maraqlanır

PSJ “Fənərbağça”nın ulduz futbolçusu ilə maraqlanır

24 Noyabr 2026 - 11:49
Vyetnamda restoranda qaz partlayışı nəticəsində ölənlərin sayı üçə çatıb

Vyetnamda restoranda qaz partlayışı nəticəsində ölənlərin sayı üçə çatıb

24 Noyabr 2026 - 11:37
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24 Noyabr 2026 - 11:30
Okinava ABŞ ordusuna Miyako hava limanından istifadəni qadağan edib

Okinava ABŞ ordusuna Miyako hava limanından istifadəni qadağan edib

24 Noyabr 2026 - 11:25
Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb

Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb

24 Noyabr 2026 - 11:17
DSX-nin hərbi qulluqçusu vəfat edib

DSX-nin hərbi qulluqçusu vəfat edib

24 Noyabr 2026 - 11:09
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

24 Noyabr 2026 - 11:03
Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

24 Noyabr 2026 - 11:00
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

24 Noyabr 2026 - 10:53
Bakıda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

Bakıda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

24 Noyabr 2026 - 10:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.