Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı paylaşım edib.
Elchi.az xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında yazılıb.
“Bu, Ermənistanın növbəti təcavüzü idi. 2020-ci il oktyabrın 11-də, atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutmuş, 5-i qadın olmaqla 10 mülki vətəndaş həlak olmuşdu. 40 nəfər yaralanmışdı. Bu, 44 günlük müharibə zamanı Gəncəyə edilən 4-cü hücum idi”, – paylaşımda bildirilib.
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?
Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...




















Son şərhlər