"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Neft 50 dollar olacaq

02 Mart 2016 - 20:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Neftlə bağlı nikbin proqnoz: “Qiymət 50 dollar olacaq”

Dünya neft ölkələrinin neft hasilatının azaldılması ilə bağlı verdiyi qərarlar neftin qiymətinə də təsir edib və neft cüzi də olsa, bahalaşıb. Bir tərəfdən neftin həddindən artıq ucuz satılması, digər tərəfdən mövsümi şərtlərlə bağlı olaraq, neftə tələbatın azalması OPEK ölkələrini də müvafiq qərarlar verməyə vadar edib. Belə ki, OPEK fevral ayının sonundan etibarən neft hasilatını sutkalıq 280 min barrel azaldıb.
Bundan başqa, neft ölkələri olan Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neft hasilatını yanvar ayının göstəricilərinə uyğun dondurulmasına qərar verib.
Bunu Rusiyanın enerji naziri Aleksandr Novak bəyan edib. Bu məlumatlar isə birjalara informativ təsirini göstərməkdə davam edir.
İqtisadçı ekspert Samir Əliyev də musavat.com-a açıqlamasında bildirib ki, neft hasilatının azaldılması ilə bağlı məlumatların bazara təsiri artıq özünü göstərir: “Neft hasilatının həcminin yanvar ayı səviyyəsində dondurulması hasilatın həcminin həmin dövrdə olan həddin keçilməməsini tələb edir. Çünki, onsuz da yanvar ayında neft hasilatının həcmi maksimum idi. Neft hasilatının azaldılması ilə bağlı məlumatların bazara təsiri var. Təxminən 2-3 dollar bahalaşma var. Artıq bu gün neftin qiyməti 37 dollara yaxınlaşıb. Ancaq bu proses nə dərəcədə davamlı olacaq, bunu demək müəyyən qədər çətindir. Çünki, yaza doğru neftə olan tələbat azalır. Bu gün fevral ayı yeni bitib, mart ayıdır və aprel ayının kontraktları imzalanır. İki aydan sonra isə may ayının kontraktı imzalanacaq və may ayının nefti satılmağa başlayacaq. May isə yaz ayıdır və neftə tələbatın azaldığı dövrdür. Bu baxımdan hələ ki, əsaslı bir qiymət artımı gözlənilmir. Ola bilər ki, neftin qiyməti 40 dollara qədər qalxsın. Amma bu həddin nə dərəcədə uzunmüddətli olacağı məlum deyil”.
Samir Əliyevin sözlərinə görə, hazırda OPEC ölkələri və ABŞ-ın neft şirkətləri hasilatı azaltmaq haqqında məlumatlar yayırlar: “Onlar hasilatı azaltmaq hesabına qiyməti tənzimləməyə çalışırlar. Səudiyyə Ərəbistanı və İraq neft hasilatını azaltmağa başlayıb. İranda isə neft hasilatı artıb. Rusiyanın neft ixracında isə heç bir dəyişiklik yoxdur. Bu məlumatların mətbuatda getməsi bazara təsir edir. Lakin dekabr ayından başlayaraq, neft 40 dollardan aşağıdır. Ola bilsin ki, qiymət artsın. Proqnozlar var ki, neft ilin ikinci yarısında 60 dollara qədər bahalaşa bilər. Lakin hələ ki, bu barədə dəqiq fikir söyləmək çətindir. Ən aparıcı maliyyə institutları da il ərzində proqnozlarını dəyişmək məcburiyyətində qalırlar. Ona görə də, neftin qiymətinin nə qədər artacağını demək çətindir. Ancaq bir məsələ aydındır ki, söhbət 60-70 dollarlıq bahalaşmadan getmir. Ən yaxşı halda, bahalaşmanın 40-50 dollar arasında olacağı proqnozlaşdırılır”.
Previous Post

Azercell-lə sərfəli internet hər yerdə

Next Post

Sınaq imtahanlarının vaxtı – Abituriyentlərin nəzərinə

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Sınaq imtahanlarının vaxtı - Abituriyentlərin nəzərinə

Sınaq imtahanlarının vaxtı - Abituriyentlərin nəzərinə

Son xəbərlər

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.