"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Bu, Ermənistan və onun gələcəyi üçün yaxşı nəsə vəd etmir”-Politoloq

27 Sentyabr 2022 - 18:04
in SİYASƏT
FacebookVatsap

“II Qarabağ savaşında Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etməsi nədənsə cənub qonşumuz İranı hərkəsdən daha çox narahat edir. Ona görə də həm II Qarabağ savaşı zamanı, həm də ondan sonrakı mərhələdə İran tərəfi əlindən gələn bütün yardımları Ermənistan üçün etməkdədir. Hətta dəfələrlə İran məxsus yük maşınları Azərbaycandan icazə alınmadan Laçın dəhlizindən keçərək qondarma rejimin hələ də məskunlaşdığı Azərbaycanın Xankəndi şəhərinə yüklərin daşınmasını həyata keçirməkdədir”.

Bunu da oxuyun

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

Elchi.az xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov FB hesabında bildirib:

“Təbii ki, Azərbaycan tərəfi öz sərhədlərinin təhlükəsizliyinin təmin olunması və daşınan qanunsuz yüklərin qarşısını almaq məqsədi ilə öz ərazisindən keçən Gorus-Qafan yolunda polis və gömrük postları quraraq keçən nəqliyyat vastələrinin və daşınan yüklərin baxışını həyata keçirməyə başladı ki, bu da Rusiya və Ermənistandandan çox İranı narahat etməyə başladı.
İranın narahatlığı o yerə çatdı ki, son ay yarımda İranın Azərbaycandakı səfiri Seyid Abbasəli Musəvi iki dəfə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və bir dəfə baş nazirin müavini Şahin Mustafayevlə göreşdü. İran tərəfi hətta bununla da kifayətlənmədi. İranın ali dini lideri Seyid Əli Xomeyinin Ərdəbil üzrə nümayəndəsi və Ərdəbilin imamcüməsi Seyid Həsən Amuli ənənəvi olaraq yenidən hədə və şantaj kampaniyasını davam etdirərək Azərbaycana qarşı sərsəm fikirlər səsləndirməkdədir. İran tərəfi Azərbaycanın atdığı addıma görə hirsi soyumadı və bu dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin paralelində Aslandüzdən başlayaraq İran Culfasına qədər geniş ərazidə hərbi təlimlər göstərməyə başladı. Şübhəsiz ki, hər kəs tərəfindən məlum idi ki, keçrilən bu təlimlərin məqsədi Azərbaycana əzələ nümayiş etdirməkdən ibarət idi. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verərkən son zamanlar İranın atdığı addımlara toxunaraq İranı fakt qarşısında qoymaqla yanaşı həm də suallar qarşısında qoyaraq bildirdi ki, “Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır”.
Ölkə başçısı bu müsahibə zamanı regionla bağlı Azərbaycanın istəklərini dilə gətirərk bildirdi ki, “Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”. Azərbaycan tərəfi dəfələrlə dostluq və mehriban qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirsə də, İrandakı bəzi dairələrin əsas məqsədi iki dövlət arasında münasibətləri düşmənçilik səviyyəsinə çatdırmaqdır.
Hesab edirəm ki, ölkə başçısı cənab İlham Əliyevin həm sualları, həm də fikirləri kifayət qədər aydın idi. Artıq İran fakt qarşısındadır və Azərbaycan Respublikasının Prezidentinin verdiyi suallara cavab verməyə borcludur.
Müharibənin başlamasında iki il keçməsinə baxmayaraq hələ də bölgədə suaların durulmasına imkan verməyən qüvvələrin olduğunu demək mümkündür. Əlbəttə Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi, İran daxilində baş verən etiraz aksiyaları Azərbaycanın regionla bağlı ümidlərini və istəklərini möhkəmləndirir, amma son nəticədə Ermənistanın mütəmadi şəkildə sərhəd təxribatları və bunun fonunda 4 Brüssel görüşü və 3 Rusiya görüşünün nəticələrini sıfıra bərabər edir.
Baxmayaraq ki, Azərbaycan tərəfi sülh danışıqları üçün Ermənistana 5 maddəlik şərt irəli sürüb. Bu şərtlər təkcə Azərbaycanın deyil, eyni zamanda Ermənistanın da maraqlarına cavab verir. Bununla belə, həm Ermənistan daxilindəki qüvvələr, həm də kənar qüvvələrin “cəhdi”nəticəsində sülhün əldə edilməsi prosesi ləngiyir. Bu isə Ermənistan və onun gələcəyi üçün yaxşı nəsə vəd etmir”.

Yeganə

Previous Post

“Bu, Ermənistan və onun gələcəyi üçün yaxşı nəsə vəd etmir”-Politoloq

Next Post

Laçında ermənilərə məxsus PUA ələ keçirildi – Video

Bənzər yazılar

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04

İran hökuməti ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətin İslam ölkələrini yaxınlaşdırdığına inanır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirakı zamanı "Türk Evi"ndə Vyetnam Prezidenti To...

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46

ABŞ, Yaponiya və Koreya Respublikası dəniz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Arktika regionunda üçtərəfli tərəfdaşlıq...

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

21 Sentyabr 2026 - 21:44

İran Xarici İşlər Nazirliyi (XİN) Fransa XİN-in bəyanatında yer alan və bu ölkənin Tehrandakı səfirliyinə bağlı təhsil müəssisəsi barədə əsassız,...

Next Post
Laçında ermənilərə məxsus PUA ələ keçirildi – Video

Laçında ermənilərə məxsus PUA ələ keçirildi - Video

Laçında ermənilərə məxsus PUA ələ keçirildi – Video

Laçında ermənilərə məxsus PUA ələ keçirildi - Video

Son xəbərlər

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21 Sentyabr 2026 - 22:54
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52
“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

21 Sentyabr 2026 - 21:49
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

21 Sentyabr 2026 - 21:44
Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

21 Sentyabr 2026 - 21:43
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

21 Sentyabr 2026 - 20:09
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.