Rusiya və Azərbaycan arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılacaq.
Bu sözləri Elchi.az-a açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.
“Azərbaycan və Rusiya parlamentləri Vyaçeslav Volodinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərində müzakirə edilən məsələlər və parlament komponenti ilə məşğul olacaq yüksək səviyyəli Komissiyanın yaradılması barədə razılığa gəliblər. Rusiya tərəfindən yüksək səviyyəli komissiyaya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev rəhbərlik edəcək”, – Kalaşnikov bildirib.
Kalaşnikovun sözlərinə görə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Rusiya Dövlət Dumasında möhtəşəm sərginin təşkil olunması planlaşdırılır.
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?
Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...






















Son şərhlər