Sentyabrın 19-da Nyu York şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik.
Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, üçtərəfli görüşdə Ermənistanın sərhəddə törətdiyi son təxribatlar geniş müzakirə olunub:
“Görüşdə əsas müzakirə mövzularından biri delimitasiya olunmamış dövlət sərhədindəki qarşıdurma və onun nəticələri idi. Biz bu barədə mövqeyimizi bildirdik. Razılaşmaların, o cümlədən Brüssel formatında əldə olunmuş razılıqların ləngiməsinə diqqət çəkdik”.
Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO
Prezident İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakına dair videoçarx paylaşılıb. Elchi.az videonu təqdim edir.





















Son şərhlər