Səbail rayonunda dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi ilə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a bildirilib ki, rayon dövlət yol polisi şöbəsinin əməkdaşları qaydalara əməl etməyən sürücülərə qarşı, eyni zamanda, yeraltı-yerüstü piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla bağlı təbliğat xarakterli profilaktik işləri genişləndirib.
Yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar aşkarlanaraq barələrində müvafiq tədbirlər görülməklə, onların hər biri ilə profilaktik söhbətlər aparılıb.
Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı qaydalara əməl etməli, özünün və digər şəxslərin həyatına, sağlamlığına, əmlakına etinasızlıq göstərməməlidir.
20 yaşlı oğlan dənizdə batdı – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil...





















Son şərhlər