Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə deyib.
“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupunun üzvüdür”, – İlham Əliyev bildirib.
Qeyd edək ki, Hindistan BMT TŞ-nin iclasında Azərbaycanı “təcavüzkar” adlandırmaqla ədalətsiz mövqe sərgiləmişdi.
Prezident İlham Əliyev Çin liderini təbrik edib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...





















Son şərhlər