"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İtaliyalı deputatlar Azərbaycana dəstək verdi

15 Sentyabr 2022 - 18:17
in GÜNDƏM
FacebookVatsap

Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

Bunu da oxuyun

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Prezident Naftalana yeni icra başçısı təyin etdi

Elchi.az xəbər verir ki, İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatlar Azərbaycan-Ermənistan dövlət sərhədindəki sonuncu hərbi təxribatları pisləyən, verilmiş qurbanlara görə Azərbaycan xalqının ağrısını bölüşən, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini dəstəkləyən, həmçinin iki ölkə arasında qarşılıqlı olaraq ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında sülh müqaviləsinin imzalanmasına çağıran açıqlamalar veriblər. Parlamentarların açıqlamaları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də onların rəsmi sosial şəbəkə hesablarında dərc olunub.

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “Leqa” partiyasının təmsilçisi, senator Stefano Luçidi “Azərbaycan və Ermənistan arasında mümkün qədər tez sülh müqaviləsi” başlıqlı açıqlamasında Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin Ermənistan tərəfindən törədildiyinə diqqət çəkərək bildirib: “Azərbaycanın Qarabağ bölgəsindən uzaqda Ermənistanla Azərbaycan sərhədində baş verən son toqquşmalara aydınlıq gətirməliyik. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətinin bariz sübutu olaraq bu yaxınlarda Azərbaycan Prezidenti ölkəmizdə səfərdə olmuşdur. Azərbaycan əlbəttə ki, Ermənistanla münasibətlərin gərginləşməsində maraqlı deyil”.

Senator açıqlamasında bütün tərəfləri məsuliyyətli olmağa və Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyanat ilə götürülmüş öhdəliklərə hörmət etməyə çağırıb, eləcə də bu mürəkkəb şəraitdə bütün beynəlxalq ictimaiyyətin yeganə məqsədinin bu iki ölkəyə regionda davamlı sülhün təmin olunması üçün bir yol tapmaqda kömək etmək olduğunu qeyd edib. İki ölkə arasında sərhəd məsələlərinin həllinin və sülh müqaviləsinin tezliklə imzalanmasının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əhəmiyyətli olduğunu vurğulayan Senator Luçidi deyib: “Bu məqsədlə, ilk növbədə, mümkün qədər tez bir zamanda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini, həmçinin Ermənistan və Azərbaycan arasında zəruri sülh danışıqlarını və sülh sazişinin imzalanmasını dəstəkləmək lazımdır”.

İtaliya Senatının üzvü, “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi Canluka Ferrara “Azərbaycan xalqı ilə həmrəylik” başlığı ilə verdiyi açıqlamada bildirib: “Mən Azərbaycan xalqına son bir neçə gün ərzində verdiyi qurbanlara görə həmrəyliyimi bildirirəm. Azərbaycan xalqı uzun illər müharibədən, işğaldan, haqsızlıqlardan əziyyət çəkib. Nəhayət, bütün regionun sabitlik və sülhə qovuşacağı vaxt gəlib çatıb. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycana tarixin ağrılı səhifəsini çevirməyə və ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh sazişinin imzalanmasına kömək etməlidir. Bu məsələdə yersiz ideoloji yanaşma deyil, beynəlxalq hüquq üstünlük təşkil etməlidir.

İtaliya Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının həmsədri, deputat Ettore Rosato mətbuata açıqlamasında 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanması ilə ikinci Qarabağ müharibəsinə son qoyulduğuna diqqət çəkərək iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası üzrə Komissiyanın fəaliyyətinə dəstək verməyə çağırıb, habelə bu xüsusda, Avropa İttifaqının rolunun əhəmiyyətli olduğunu vurğulayıb: “Ermənistan və Azərbaycan sərhədində silahlı toqquşmaların yenidən başlanması xəbərləri çox narahatedicidir. Bu, ikinci Qarabağ müharibəsinə son qoyan 2020-ci ilin Üçtərəfli Bəyanatı ilə əldə edilmiş razılaşmaların açıq şəkildə pozulmasıdır. İki ölkə arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı qəti həll yolu tapmaq üçün məsul komissiyanın fəaliyyətini davam etdirməsinə imkan yaratmaq və Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün tezliklə danışıqlar masasına qayıtmaq lazımdır. Beynəlxalq gərginliyin onsuz da yüksək olduğu bir vaxtda biz yeni müharibə cəbhəsinin açılmasına yol verə bilmərik və bu səbəbdən Avropa İttifaqının bölgədə sabitlik və təhlükəsizliyi təmin etmək üçün həyata keçirdiyi vasitəçilik işi çox əhəmiyyətlidir”.

İtaliya Senatının üzvü, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, “İrəli İtaliya” partiyasının təmsilçisi, senator Maria Rizzotti “Ermənistan və Azərbaycan arasında davamlı sülh üçün çalışılmalıdır” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında münaqişənin bitdiyini nəzərə alaraq, onun yenidən başlamasına imkan verilməməli olduğunu vurğulayıb: “Bu gün Ermənistan və Azərbaycan sərhədindən gələn xəbərlər çox narahatedicidir, dünya artıq digər cəbhələrdə baş verənlərdən çox narahatdır və biz yeni müharibə ocaqlarının açılmasına və ya yenidən açılmasına imkan verə bilmərik. Biz mümkün olan hər şeyi etməliyik”.

Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanatın öhdəliklərinin yerinə yetirilməsini və iki ölkə arasında sülh danışıqlarını dəstəkləməyə çağıran Senator Rizzotti sözlərinə belə davam edib: “Davamlı sülhün bərqərar olması və Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması üçün iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasına cavabdeh olan Komissiyanın fəaliyyətinə və sülh danışıqlarına dəstək göstərməliyik. Bəşəriyyətin qardaşlıq və sülhün qoruyucu qanadları altında yenidən çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

İtaliya Senatının “5 Ulduz Hərəkatı” partiyasından olan üzvü Canluka Kastaldi “Ermənistan və Azərbaycan arasında iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə 2020-ci ildə son qoyulduğunu bildirərək yenidən münaqişənin başlamasına imkan verilməməli olduğunu və iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacib olduğunu qeyd edib: “2020-ci ilin Üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə son qoysa da, son bir neçə saat ərzində biz hərbi əməliyyatların yenidən başlanmasının şahidi olduq ki, bu da böyük narahatlıq doğurur. Yeni cəbhələrin açılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Tərəflərin qeyd olunan Üçtərəfli Bəyanat ilə götürdükləri öhdəliklərə hörmət etmələri, son nəticədə iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası işlərinə məsul Komissiyaya işlərini yekunlaşdırmasına, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün danışıqlar masasına qayıtmaları vacibdir”.

İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi vacibdir” başlıqlı açıqlamasında sonuncu hərbi təxribatları pisləyərək Üçtərəfli Bəyanata riayət edilməsinin vacibliyinə diqqət çəkib: “Çoxsaylı münaqişələrdən əziyyət çəkdiyimiz bu anda yeni gərginliklərin yaranmaması üçün əlimizdən gələni etmək lazımdır. Xüsusilə, Azərbaycan və Ermənistanla bağlı da beynəlxalq ictimaiyyət tərəflərə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyanat ilə üzərlərinə götürdüyü öhdəliklərə hörmət edilməsinin vacib olduğunu xatırlatmalıdır”.

Senator, habelə əlavə edib: “Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsi üçün delimitasiya və demarkasiyaya cavabdeh olan Komissiyanın fəaliyyətinə dəstəyimizi ifadə edirik. Bu gün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına və ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında sülh sazişinin imzalanmasına hər zamankından daha çox dəstək vermək lazımdır”.

Previous Post

İtaliyalı deputatlar Azərbaycana dəstək verdi

Next Post

Ordumuz erməni hərbi hissəsini bu hala saldı – Video

Bənzər yazılar

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat...

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58

Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam...

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə...

Next Post
Ordumuz erməni hərbi hissəsini bu hala saldı – Video

Ordumuz erməni hərbi hissəsini bu hala saldı - Video

Ordumuz erməni hərbi hissəsini bu hala saldı – Video

Ordumuz erməni hərbi hissəsini bu hala saldı - Video

Son xəbərlər

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

30 Sentyabr 2026 - 18:09
Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

30 Sentyabr 2026 - 17:59
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.