Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.
Müdafiə Nazirliyindən Elchi.az-a verilən məlumata görə, Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü
Azərbaycanın İslamabadakı səfiri İrfan Davudov Pakistan Xarici İşlər Nazirliyinin İƏT və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Həsən Əli Zaiğamla...





















Son şərhlər