2022-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz artaraq 15 247,2 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 8 532,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,0 faiz azalaraq 6 714,6 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17 faizi isə paytaxtın məhsul bazarlarında realizə edilib.
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər