Qərb nüvə müharibəsi törətmək qorxusundan dolayı öz qətiyyətsizliyi ilə hətta Vladimir Putini ruhlandırıb. Qərb Kiyevə öz ordusundan başqa hər şeylə kömək etməlidir ki, Ukrayna işğaldakı əraziləri azad edə bilsin.
Bu sözləri Latviyanın müdafiə naziri Artis Pabriks deyib.
“Rusiya informasiya müharibəsi və təbliğatının əhəmiyyətli təsiri oldu. Qərbdə çoxları həqiqətən inanırlar ki, Ukraynaya hər hansı dəstək daha da gərginləşməyə gətirib çıxara bilər və Putini, Kremli, Rusiyanı narahat edər. Bu, böyük səhv idi, çünki Rusiyanı provokasiyaya çəkən yeganə şey zəiflikdir”, – Pabriks vurğulayıb.
“Ukraynanın Qərbdən zirehli texnika almaması üçün heç bir səbəb görmürəm. Niyə də olmasın? Sadəcə ona görə ki, Rusiya əsəbiləşə bilər?” – nazir əlavə edib.
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb
Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...





















Son şərhlər