"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Çin Tayvan kartının qisasını almağa girişib: ABŞ-a digər səhnədən “atəş açılır” – TƏHLİL

31 Avqust 2022 - 13:29
in DÜNYA
FacebookVatsap

“ABŞ-la Çin arasındakı rəqabətdə qarşılıqlı həmlələrin miqyası böyüyür. İqtisadi ekspansiyanı qlobal maraqlarının mərkəzində tutan Çin ABŞ-ın Tayvanla bağlı siyasətindən narahatlıqlarını soyuqqanlı bir yanaşma ilə əvəzləyir”.

Bunu da oxuyun

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Tayvanla bağlı Çinə diş qıcadıqca Pekin də Ağ Evi eyni məntiqlə əzmək istəyir, Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı anlaşılmazlıqlar isə Çinə müstəsna qisasçılıq üçün unikal bir şans gətirir.

“Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı gərginliklərdən böyük ustalıqla istifadə edib Vaşinqtonu Körfəz regionunda sıxışdırmaq Çin lideri Si Cinpinin planlarında yer alır.
İki məqam:

-Çin üçün Səudiyyə Ərəbistanı etibarlı enerji təchizatçısıdır;

-Çin ABŞ-ın Cənubi Çin dənizindəki genişlənən nüfuzuna cavab olaraq Körfəz regionuna boylanır.
Çin, onsuz da, Səudiyyə Ərəbistanının tərəfdaşıdır, iki ölkənin yüksək profilli əməkdaşlığı indi Körfəz ölkələrinin yerləşdiyi coğrafiyada ABŞ-ın dar nöqtəyə sıxışdırılmasına zəmin yarada bilər”.

A.Kərimov vurğulayıb ki, Çin Sədri Si Cinpinin bu yaxınlarda Səudiyyə Ərəbistanına gözlənilən səfərinin təməli qarşıdurmadan mənfəət götürmək prinsipinə əsaslanır:

“Cinpinin baş tutacaq səfəri Çinin Körfəz regionuna nüfuz ixrac etmək qabiliyyətinin yeni tənliklərlə hesablanması deməkdir.
Bəli, ABŞ-la Çin Körfəz səhnəsində kəllə-kəlləyə gəlirlər. Çin ağıllı və təmkinli görünür, ABŞ isə Körfəzi əlindən buraxmasa da, buradakı nüfuzunu Pekin qarşısında itirir.
ABŞ-ın təsirinin zəifləməsi təhlükəsizliyə dair narahatlıqları artırır, buna görə də region ölkələrinin son illərdə dərinləşən emosiyaları onları Çinə yaxınlaşdırır.
ABŞ Körfəz bölgəsinin özü üçün böyük, həyati əhəmiyyətindən bəhs edir, hərçənd ki, bu da narahatlıqları aradan qaldırmır, çünki ABŞ, yuxarıda qeyd etdiyimiz kimi, təsir gücünü zəiflədib.
Bu, Ər-Riyada onun himayədarının əl dəyişdirməsi üçün bəhanə verə bilər, amma həmin tendensiyanın inkişafı Çinin Səudiyyə Ərəbistanını inandırmaq bacarığından asılıdır.
Lakin Səudiyyə krallığı, çətin ki, ABŞ-ın öz üzərindəki çəkisini azaldacaq, amma situativ dəyişikliklər balansı dəyişmək imkanlarını genişləndirə bilər.
Pekin Səudiyyədən neft asılılığına malikdir və bunu elə yönləndirib ki, qarşılıqlı iqtisadi əlaqələrə dair nümunə yaranıb, Çin indi bu əlaqələrlə öyünür. Çin qürrələnmənin doğurduğu çağırışlarla Səudiyyə Ərəbistanının Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasına çalışır.
Çin investisiya iştahası ilə Ər-Riyadı ələ almaqla formalaşan yeni dünya nizamını öz mənfəətlərinə uyğunlaşdırmaqda davam edəcək.
Çindən Səudiyyə Ərəbistanına ixrac ediləcək pul kütləsi özünü investisiyaların çoxalmasında göstərəcək, ABŞ-ın isə bu iqtisadi alətlərə qarşı effektiv dirənişi çətinləşəcək.
ABŞ-Çin qarşıdurması dərinləşdikcə hər iki ölkə Səudiyyə Ərəbistanını əlində saxlamağa məcbur qalacaq. Ər-Riyad isə yeni eksklüziv münasibətlər sisteminə tam hazır deyil və hər iki ölkə ilə əlaqələri qoruyub-saxlayacaq.

Şayəstə

Previous Post

Çin Tayvan kartının qisasını almağa girişib: ABŞ-a digər səhnədən “atəş açılır” – TƏHLİL

Next Post

Putin Qorbaçovun ölümündən danışdı

Bənzər yazılar

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38

Nigerin qərbində, "İslam Dövləti"nin regional qolu da daxil olmaqla cihadçı qrupların fəal olduğu Sahel bölgəsində iki hücum nəticəsində ölkənin təhlükəsizlik...

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30

ABŞ Rumıniyaya 9 piyada desant amfibiya maşını (AAV) tədarük edib. Elchi/az xəbər verir ki, bu barədə ABŞ-nin Rumıniyadakı səfirliyinin mətbuat...

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Endryu Beyli bir ildən çox tutduğu vəzifəsindən getdiyini elan edib. Elchi.az xəbər verir...

Reuters: ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirilə bilər

Reuters: ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirilə bilər

28 Sentyabr 2026 - 18:19

Vasitəçilər Tehranın təkmilləşdirilmiş yeddid günlük təklif variantını müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ və İran nümayəndələri...

Next Post
Putin Qorbaçovun ölümündən danışdı

Putin Qorbaçovun ölümündən danışdı

Putin Qorbaçovun ölümündən danışdı

Putin Qorbaçovun ölümündən danışdı

Son xəbərlər

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

28 Sentyabr 2026 - 23:46
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

28 Sentyabr 2026 - 23:42
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

28 Sentyabr 2026 - 21:33
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35
Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

28 Sentyabr 2026 - 20:31
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

28 Sentyabr 2026 - 20:29
FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28
Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

28 Sentyabr 2026 - 19:11
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58
Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

28 Sentyabr 2026 - 18:49
Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.