Krımda baş verən partlayışların bir neçə mümkün səbəbi var, lakin onları dəqiqləşdirmək hələ ki, mümkün deyil.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya tərəfinin məlumatına görə, onların hava hücumundan müdafiəsi pilotsuz uçuş aparatı vurub. İndi Rusiya hava hücumundan müdafiə qüvvələrinin Ukrayna PUA-nı vurub-vurmadığını, Kerçdə və ya Belbekdə PUA-nın olub-olmadığını müstəqil şəkildə yoxlamaq mümkün deyil. Ukrayna Rusiyanın maddi-texniki imkanlarını zəiflətmək, Dnepr çayının qərb sahilindəki əməliyyatları dəstəkləmək üçün Krımdakı hərbi obyektlərə zərbələri davam etdirəcək”, – məlumatda deyilib.
ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir
ABŞ hərbçiləri İrandan yola düşən istənilən gəminin dənizdə yük qəbul etməsini dəniz blokadasını yarmaq cəhdi kimi qiymətləndirəcək. Elchi.az "Ynet"ə istinadən...





















Son şərhlər