"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

18 Avqust 2022 - 15:24
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib.

Elchi.az xəbər verir ki, səfir Adum Danqay Nokur Qet etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında da sıx əməkdaşlıq həyata keçirildiyini bildirdi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiyini dedi. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasının Çad tərəfindən dəstəklənməsini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda Çadın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini və Qarabağın işğaldan azad edilməsini alqışlamasını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda maddi-mədəniyyət abidələrimizin, İslam dininə aid mədəni irsimizin, 65 məscidimizin yerlə-yeksan olunduğunu qeyd etdi.

Azərbaycan Prezidenti siyasi əlaqələrimizin yaxşı səviyyəsi nəzərə alınaraq, iqtisadi-ticari əməkdaşlığın da müsbət nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Çadın nümayəndəsi – İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Tahanın Azərbaycana səfərini, eyni zamanda, işğaldan azad edilmiş Şuşada olmasını və bu yaxınlarda onunla Konyada İslam Həmrəyliyi Oyunları çərçivəsində görüşünü məmnunluqla xatırladı.

Adum Danqay Nokur Qet səfir kimi fəaliyyətində əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Səfir dedi: “Siz İslam ümmətində öz müdrik rəhbərliyinizlə seçilən bir şəxsiniz və həmçinin bu ümmətə aid olan bütün ölkələr, qardaşlıq telləri ilə bir-birinə bağlı olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində, işbirliyinin daha da möhkəm bünövrə əsasında qurulmasında öz yanaşmanızla seçilən bir insansınız”.

Səfir Adum Danqay Nokur Qet Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi humanitar xarakterli layihələrin böyük önəm daşıdığını vurğuladı və bunu yüksək qiymətləndirdi. Diplomat bu təşkilatların üzv ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almaları üçün ölkəmiz tərəfindən qrantların ayrılmasını xüsusi vurğuladı.

Previous Post

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

Next Post

Bu şəxslərin maaşı 827 manat oldu

Bənzər yazılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

08 Noyabr 2026 - 21:00

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Elchi.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava...

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

08 Noyabr 2026 - 19:18

Qarabağ Zəfərinin 6-cı ildönümündə sizinlə olmağın bəxtiyarlığı içindəyəm. Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham...

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

08 Noyabr 2026 - 19:09

Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizi daha da ruhlandırdı. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti...

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

08 Noyabr 2026 - 18:48

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. Elchi.az...

Next Post
Bu şəxslərin maaşı 827 manat oldu

Bu şəxslərin maaşı 827 manat oldu

Bu şəxslərin maaşı 827 manat oldu

Bu şəxslərin maaşı 827 manat oldu

Son xəbərlər

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

09 Noyabr 2026 - 17:26
İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

09 Noyabr 2026 - 17:19
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

09 Noyabr 2026 - 17:10
Adanada zəlzələ olub

Adanada zəlzələ olub

09 Noyabr 2026 - 16:59
Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

09 Noyabr 2026 - 16:39
Yağışa görə bu oyun təxirə düşdü

Yağışa görə bu oyun təxirə düşdü

09 Noyabr 2026 - 16:30
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

09 Noyabr 2026 - 16:14
Özgür Özəl İlham Əliyevi təbrik etdi

Özgür Özəl İlham Əliyevi təbrik etdi

09 Noyabr 2026 - 16:01
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.