"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Putinin “əsl kişi” hesab etdiyi dostları KİMLƏRDİR…

18 Avqust 2022 - 10:33
in SİYASƏT
FacebookVatsap

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlardan sonra dünya liderləri Prezident Vladimir Putinin hərəkətlərini qınamağa başlayıblar. Kreml rəhbəri isə Ukraynanı dəstəkləyən ölkələri təhdid edərək, onları gərginliyi artırmaqda günahlandırıb, eyni zamanda Rusiyanın müttəfiqlərinin əsl kişi xarakteri nümayiş etdirdiyini bildirib.

Bunu da oxuyun

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

“Bunlar hegemon deyilən dövlətin qarşısında əyilməyən dövlətlərdir. Onların liderləri əsl kişi xarakteri nümayiş etdirir və əyilmir”, – deyə Putin Moskvanın müttəfiqlərini tərifləyib.

Rusiya lideri çıxışında kimləri tərifləyirdi? Həmin ölkələr hansılardır?

Elchi.az xəbər verir ki, Rusiya hazırda qlobal etirazçıların dediyi kimi təcrid olunmuş vəziyyətdə deyil. Əksinə Belarus, Çin və Hindistan kimi ölkələri əhatə edən güclü tərəfdaşlar və müttəfiqlər tərəfindən dəstəklənir. Rusiyanın bir sıra ardıcıl müttəfiqləri var ki, bunlar xüsusən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələridir.

Sözügedən ittifaq ilk dəfə 2011-ci ildə Putin tərəfindən təklif edilib və Rusiya ilə yanaşı ilk üzv dövlətlər Belarus və Qazaxıstan tərəfindən təsdiqlənib. Ermənistan və Qırğızıstan isə 2015-ci ildə ittifaqa qəbul edilib. Tacikistan da potensial gələcək üzv və Rusiyanın müttəfiqi kimi qeyd olunur.

Qərbin qorxusunda gizlənən rus sevgisi…

Adları çəkilən ölkələrlə yanaşı, Moskvanın KTMT üzvləri arasında ən güclü dəstəkçilərində biri Ermənistandır. İndiyə qədər Ermənistan Rusiyanın hərəkətlərini dəstəkləməmək üçün ehtiyatlı davranırdı, lakin siyasi müstəvidə İrəvanın Rusiyanın işğalçı siyasətinə dəstək verməsi heç kimə sirr deyil. Ermənistan rəhbərliyi dünya ictimaiyyətinin qəzəbinə tuş gəlməmək üçün Ukraynanın Donetsk və Luqansk separatçı bölgələrini tanımır. Amma Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan Rusiyanın ələ keçirdiyi ərazilərdəki separatçı rejimləri dəstəkləyərək, Ermənistanı da eyni addımı atmağa çağırıb. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakarayan isə Rusiyanın işğalına görə Ukraynanın siyasi elitasını günahlandırıb. Ümumi mənzərə ondan xəbər verir ki, Ermənistan rəhbərliyi onsuz da əsəblərin gərildiyi dünya güclərinin nifrətinə tuş gəlmək istəmir. Bir sözlər desək, həm Rusiyanı, həm də Qərbi itirməməyə çalışırlar.

Onu da bildirək ki, Rusiya indiyə qədər Ermənistanın əsas ticarət tərəfdaşıdır. Bundan əlavə, iki ölkə arasında hərbi əməkdaşlıq da xüsusi önəm daşıyır.

Putinin kiçik qardaşı…

Belarus Ermənistandan fərqli olaraq nəinki Rusiyanın işğalını dəstəkləyir, həm də Rusiyadan asılı olan Prezident Aleksandr Lukaşenko Mosvanın planlarını yerinə yetirməsinə bilavasitə fəal kömək edir. Yerli KİV-lərdə yer alan xəbərlərə görə, birgə hərbi təlimlər keçirmək üçün Belarusda yerləşdirilmiş rus qoşunları Ukraynanın şimalına daxil olmaq üçün ölkədən effektiv şəkildə istifadə edib. Bu da Ukraynaya qarşı döyüşlərdə Rusiyaya böyük üstünlük qazandırıb.

Dünya gücləri arasında Hindistan Rusiyanın ən qədim və davamlı müttəfiqidir. İki ölkə arasında tərəfdaşlıq hələ sovet dövründən başlayıb. 1971-ci ildə Hindistan və Sovet İttifaqı Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalayıblar.

Son illərdə dünyanın ən böyük silah idxalçılarından biri olan Yeni Dehli Moskvadan nüvə sualtı qayıqları və S-400 yer-hava raket sistemi alıb.

Çin və Rusiya əlaqələri

Çin və Rusiya Federasiyası arasında əməkdaşlıq son iki onillikdə, xüsusən də Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra inkişaf edib. 2001-ci ildə Çin və Rusiya arasında dostluq müqaviləsi imzalanıb və bu, hərbi əlaqələrin və strateji əməkdaşlığın genişlənməsinə zəmin yaradıb.

Bundan başqa Kuba və Özbəkistanın da Rusiyanın müttəfiqi olduğu bildirilir. Rusiya ilə ədalətli münasibətlər saxlayan ölkələr də var ki, bunlara İsrail, Türkiyə və Azərbaycan daxildir.

Hansı ölkələr Ukraynaya qarşı döyüşdə Rusiyaya dəstək verib?

Belarus Ukrayna savaşında açıq-aşkar Rusiyanın tərəfini tutur və Putinin qüvvələrinə kömək üçün yardım göndərir. Digər dövlət isə Myanmadır. Bu ölkə Ukraynanın işğalını “haqlı” hesab edir. Venesuela Ukraynanın işğalını açıq şəkildə dəstəkləməsə də, ABŞ-ı Minsk razılaşmasının pozulmasına yardım etməkdə qınayır.

Qeyd edək ki, Putinin Ukraynaya hücum əmrini Suriya da dəstəkləyib. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Putinlə telefon danışığı zamanı Ukraynaya hərbi müdaxiləsini təriflədiyini bildirib. Əsəd Putinə deyib ki, Ukraynada baş verənlər tarixin düzəldilməsi və Sovet İttifaqının dağılmasından sonra dünyada itirilən tarazlığın bərpasıdır.

Previous Post

Putinin “əsl kişi” hesab etdiyi dostları KİMLƏRDİR…

Next Post

Neftimiz bahalaşdı

Bənzər yazılar

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35

Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı Qərbi Azərbaycan Tv-də professor, filologoya elmlər doktoru Mahirə Nağıqızının müəllif olduğu “Ziyalı”...

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26

Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib. Bu barədə Elchi.az-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat...

Next Post
Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Səhər bu dərmanları heç vaxt qəbul etmək olmaz – SƏBƏBİ AÇIQLANDI

Səhər bu dərmanları heç vaxt qəbul etmək olmaz – SƏBƏBİ AÇIQLANDI

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.