"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Ərzaq təhlükəsizliyini təhdid edən faktorlar…

15 Avqust 2022 - 19:43
in İQTİSADİYYAT
FacebookVatsap

Dünya üzrə ərzaq çatışmazlığı ilə bağlı böhranlı durum getdikcə dərinləşir. Bunun mənfi təsirləri postsovet məkanından da yan keçməyəcək. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olacaq.

Bunu da oxuyun

Azərbaycanda mal əti bahalaşdı

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

Elchi.az Report-a istinadən xəbər verir ki, ilkin proqnozlara görə, bu il və gələn il dünyada taxıl ehtiyatının həcmi “tələbatı ödəmək üçün kifayət olmayacaq”. Qlobal ərzaq çatışmazlığının kökündə bir sıra obyektiv faktorlar durur. Bunlardan biri iqlim faktorudur. Dünyanı ağuşuna alan daşğınlar, şaxtalı hava, ardınca da gələn quraqlıqlar məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı saldı. Avropa iqlim böhranın bir addımlığındadır. Belə ki, “köhnə kontinent” son 500 ilin ən pis quraqlığı ilə üzləşə bilər. Quraqlıqdan dolayı çaylar qurumağa başlayıb. Dünyanın ən iri tədarükçülərindən biri Avropanın isə ikinci ən iri meyvə və tərəvəz ixracatçısı olan Niderlandda ötən ayın ortalarında su defisitinin ola biləcəyini xarakterizə edən birinci səviyyəli təhlükə elan edildi. Hazırda təhlükə ikinci səviyyəyə kimi qalxıb. Bu isə artıq su çatışmazlığı ilə bağlı problemlərin başladığı anlamına gəlir. Analoji vəziyyət İtaliya, Fransa, İspaniya, Portuqaliya və Yunanıstanda da yaşanmaqdadır.

Qlobal ərzaq təhlükəsizliyi ciddi təhdid yaradan digər faktor Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Hər iki ölkə qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidirlər. Dünyanın taxıla olan tələbatının 1/3-nə yaxını, günəbaxan yağına – 2/3-si Rusiya və Ukraynanın hesabına təmin edilir. Ukrayna həmdə günəbaxan yağı ixracı üzrə dünya lideridir. O, dünya üzrə qarğıdalı ixracına görə dördüncü, buğda ixracı üzrə 6-cı yerdə olub. Bu ölkə ənənəvi olaraq aqrar məhsullarının 90 %-ni limanlar vasitəsilə xarici bazarlara çıxarır. Müharibə başlayandan sonra isə Qara dəniz limanları, o cümlədən Odessa, Nikolayev və Mariupol limanları Rusiya hərbi gəmiləri tərəfindən bloklanıb. Ukrayna quru yolu ilə Avropa istiqamətində kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın ixracını təmin etsədə həmin logistik kanalların ötürücülük qabiliyyəti dəniz yolu ilə daşımalardan dəfələrlə aşağı idi. Belə ki, ölkə ərazisində xarici bazarlar üçün nəzərdə tutulmuş 25 milyon ton taxıl yığılıb qalıb. Türkiyənin vasitəçiliyi ilə ötən ayın 22-də Rusiya və Ukrayna tərəfi Qara dəniz vasitəsilə taxılın çıxarılması barədə razılaşma imzaladı. Avqustun əvvəlində isə taxılla dolu bir neçə gəmi Ukrayna limanlarından yola düşdü. Lakin bu addımın vəziyyəti əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişəcəyi az inandırıcı gəlir.

Əvvəla cəbhədəki vəziyyətdən asılı olaraq Rusiyanın bu razılaşmanı pozmaq imkanları qalmaqdadır. Razılaşmadan bir sutka keçməmiş Rusiya Odessa limanına raket zərbəsi endirdi. Qarşı tərəf limandakı hərbi hədəfləri nişan aldığını bildirildi. Taxıl infrastrukturuna ziyan dəymədiyi üçün texniki olaraq İstambul anlaşması pozulmuş sayılmır. Lakin bu hal razılaşmanın nə dərəcədə kövrək olmasının bariz nümunəsidir. Digər tərəfdən Ukraynada cari mövsümdə 14,2 milyon hektar kənd təsərrüfatı torpaqları əkilib ki, bu da ötənilki göstəricidən 2,8 milyon hektar azdır.

O ki, qaldı Rusiyaya burada da vəziyyət ürək açan deyil. Ölkə bu günə kimi heç bir ölkəyə qarşı tətbiq olunmayan sayda məhdudiyyətlər altındadır. Bu gün daxili tələbatın ödənilməsi ön plana çıxıb. Qiymət artımı və qıtlığın doğura biləcəyi sosial partlayışı önləmək üçün şəkər, taxıl kimi bir sıra strateji məhsulların ixracı məhdudlaşdırılıb. 2022-ci ildə ölkə taxıl ixracını 1,5 dəfə azaldıb. Bu isə dünya bazarındakı təklif üzərində əlavə təzyiq yaradır.

Rusiyada toxumçuluq sahəsindəki fəlakətli vəziyyət gələcək perspektivin ürək açan olamayacağından xəbər verir. Bu ölkə şəkər çuğunduru toxumlarına olan tələbatının 95 %-ni xaricdən alır. Qarğıdalı, kartof və günəbaxan toxumlarına olan ehtiyacın 60 %-i xarici mənbələr hesabına ödənilir. Sanksiyalardan dolayı toxum idxalı ilə bağlı ciddi problemlər yaranıb. Artıq Avropa İttifaqı Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləyir. Nə qədər ki, müharibə davam edəcək Rusiyaya qarşı məhdudiyyətlərin də ardı gələcək.

Görünən odur ki, vəziyyət getdikcə daha da pisləşəcək. Bu isə taxıla olan tələbatın əhəmiyyətli hissəsini xarici mənbələr hesabına ödəyən ölkələr üçün ciddi risklər yaratmaqda davam edəcək.

Previous Post

Ərzaq təhlükəsizliyini təhdid edən faktorlar…

Next Post

“Pfizer”in direktoru koronavirusa yoluxdu

Bənzər yazılar

Azərbaycanda mal əti bahalaşdı

Azərbaycanda mal əti bahalaşdı

22 Sentyabr 2026 - 15:30

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Elchi.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan...

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

22 Sentyabr 2026 - 12:39

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib. Elchi.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Bank...

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

22 Sentyabr 2026 - 09:54

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX...

İran Türkiyəyə qaz ixracını dayandırdı

Nyu-York birjasında təbii qaz bahalaşıb

22 Sentyabr 2026 - 09:46

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin oktyabr ayında çatdırmaq şərti...

Next Post
“Pfizer”in direktoru koronavirusa yoluxdu

“Pfizer”in direktoru koronavirusa yoluxdu

Çexiya çempionunun Bakıya səfər proqramı açıqlanıb

Çexiya çempionunun Bakıya səfər proqramı açıqlanıb

Son xəbərlər

Bu qurumlar sabahdan distant iş rejiminə keçir

Bu qurumlar sabahdan distant iş rejiminə keçir

22 Sentyabr 2026 - 17:15
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22 Sentyabr 2026 - 17:09
Portuqaliya səfirinin cəsədi Sofiyadakı iqamətgahında tapılıb

Portuqaliya səfirinin cəsədi Sofiyadakı iqamətgahında tapılıb

22 Sentyabr 2026 - 16:58
Rubio: Tramp Zelenski ilə “energetika barışığı”nı müzakirə edəcək

Rubio: Tramp Zelenski ilə “energetika barışığı”nı müzakirə edəcək

22 Sentyabr 2026 - 16:44
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

22 Sentyabr 2026 - 16:37
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib

Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib

22 Sentyabr 2026 - 16:25
Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş sabahdan pulsuz olacaq

Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş sabahdan pulsuz olacaq

22 Sentyabr 2026 - 16:19
Bakıda 40 kq narkotik aşkarlanıb

Bakıda 40 kq narkotik aşkarlanıb

22 Sentyabr 2026 - 16:07
Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

22 Sentyabr 2026 - 16:00
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

22 Sentyabr 2026 - 15:52
Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

22 Sentyabr 2026 - 15:43
Azərbaycanda mal əti bahalaşdı

Azərbaycanda mal əti bahalaşdı

22 Sentyabr 2026 - 15:30
Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

22 Sentyabr 2026 - 15:16
DİN-də xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

DİN-də xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

22 Sentyabr 2026 - 15:08
Merts Aİ üçün ciddi bir problem yaratdı

Merts Aİ üçün ciddi bir problem yaratdı

22 Sentyabr 2026 - 15:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.