Vikipediya açıq platformasının tərtib etdiyi yeni xəritədə Qazaxın 7 kəndi anklav kimi deyil, Azərbaycanın əsas ərazisinə birləşdirilmiş formada verilib.
Elchi.az Publika.az-a istinadən xəbər verir ki, hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qazaxın 7 yaşayış məntəqəsi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli kəndləri Azərbaycanın Ermənistan ərazisindəki anklavları olsa da, yeni xəritədə “quru yolla” Azərbaycana birləşdirilib.
Bildirək ki, həmin kəndlər SSRİ dövründə aparılan qeyri-qanuni delimitasiya işləri zamanı Azərbaycanın əsas hissəsindən ayrı salınıb.
Eyni zamanda, məlumat üçün xatırladaq ki, həmin 7 kənd 1990-92-ci illərdə Ermənistan ordusu tərəfindən işğal edilib.
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib
Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil...





















Son şərhlər