Kunq-fu və Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu Tofiq Musayevə vəzifə verilib.
O, “Karapapak Fight club & Promotion”un vitse-prezidenti seçilib.
T.Musayev 2019-cu ildə MDB ölkələri arasında qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına daxil olub.
Bundan başqa, 2019-cu ildə dünyanın ən nüfuzlu təşkilatlarından olan “Rizin Fighting Federation”un təşkil etdiyi Rizin Qran-prisinin qalibi olub. Bir neçə gün öncə isə dünyanın iki ən məşhur turnirindən biri olan “Bellator 283” turniri çərçivəsində amerikalı rəqibi Sidney Outlavı döyüşün 27-ci saniyəsində nokaut edərək qələbə qazanıb.
Qeyd edək ki, Tofiq Musayev 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə yollanıb və ön xətdə fəal iştirak edib.
Prezident İlham Əliyevin sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. Elchi.az...





















Son şərhlər