“Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının II turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.
Budapeşt təmsilçisi Bakıda “Qarabağ”a qarşı oynayacağı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı ilə bağlı bu addımı atıb.
Yolun uzaq olmasını və görüşün önəmini nəzərə alan paytaxt klubu yerli futbol liqasına müraciət edərək, çempionat matçının başqa vaxta keçirilməsini xahiş edib. Liqa rəhbərliyi komandanın istəyinə müsbət cavab verib.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək “Qarabağ” – “Ferentsvaroş” görüşü saat 20:00-da başlayacaq.
Premyer Liqa: “Sabah” XII turda böyükhesablı qələbə qazanıb
"Sabah" Misli Premyer Liqasının XII turunda qələbə qazanıb. Elchi.az -ın məlumatına görə, Bakı təmsilçisi səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Mehdi Hüseynzadə...





















Son şərhlər