"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik – İlham Əliyev

15 İyul 2022 - 21:47
in MÖVQE
FacebookVatsap

Bunu da oxuyun

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

“Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istərdim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik”.

Elchi.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur: “İkisi artıq inşa edilir, birinin də – Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik”.

Prezidentin sözlərinə görə, indi daha dərin təhlil aparılır: “Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır. Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, – su elektrik stansiyalarından başqa, – dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla – mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz əlbəttə ki, bu istiqamətdə işləyirik”.

Prezident İlham Əliyev perspektivli yataqlardan çıxarılacaq qazın həm daxili tələbatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir”.

Previous Post

Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik – İlham Əliyev

Next Post

Əlavə 2 milyard manat pul yığılıb – PREZİDENT

Bənzər yazılar

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08

Suriya lideri əl-Şara zarafatla Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib. Elchi.az xəbər verir ki, keçid dövrü üçün Suriya lideri...

Next Post
Əlavə 2 milyard manat pul yığılıb – PREZİDENT

Əlavə 2 milyard manat pul yığılıb - PREZİDENT

Əlavə 2 milyard manat pul yığılıb – PREZİDENT

Əlavə 2 milyard manat pul yığılıb - PREZİDENT

Son xəbərlər

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56
AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

29 Sentyabr 2026 - 16:44
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

29 Sentyabr 2026 - 16:37
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

29 Sentyabr 2026 - 16:25
Sabah yağıntılar kəsiləcək

Sabah yağıntılar kəsiləcək

29 Sentyabr 2026 - 16:17
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

29 Sentyabr 2026 - 16:04
Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00
“Azərpambıq” ixrac gəlirlərini 77 %-ə yaxın artırıb

“Azərpambıq” ixrac gəlirlərini 77 %-ə yaxın artırıb

29 Sentyabr 2026 - 15:52
İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib

İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib

29 Sentyabr 2026 - 15:43
“Qarabağ” – “Neftçi” oyununun vaxtı bəlli oldu

“Qarabağ” – “Neftçi” oyununun vaxtı bəlli oldu

29 Sentyabr 2026 - 15:30
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

29 Sentyabr 2026 - 15:16
FHN-in İdman-sağlamlıq klubunun idmançıları yarışlarda yüksək nəticələr göstəriblər

FHN-in İdman-sağlamlıq klubunun idmançıları yarışlarda yüksək nəticələr göstəriblər

29 Sentyabr 2026 - 15:08
Britaniyalılar Aİ ilə münasibətlərinə yenidən baxmaq istəyirlər

Britaniyalılar Aİ ilə münasibətlərinə yenidən baxmaq istəyirlər

29 Sentyabr 2026 - 15:00
QHT nümayəndələri Günərzi mərkəzindəki xidmətlərlə tanış olublar

QHT nümayəndələri Günərzi mərkəzindəki xidmətlərlə tanış olublar

29 Sentyabr 2026 - 14:52
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29 Sentyabr 2026 - 14:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.