İyunun 3-ü saat 15 radələrində Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovaya bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərdən aparıldığı xəstəxanada ölmüşdür.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Sabir Şabanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib
Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb. Elci.az -ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində...





















Son şərhlər