"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Xaricdə təhsil üzrə sənədlərin qəbulu proseduru müəyyənləşib

03 İyun 2022 - 10:32
in CƏMİYYƏT
FacebookVatsap

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənədlərin qəbulu proseduru müəyyənləşib.

Bunu da oxuyun

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”da əksini tapıb.

Qərara əsasən, Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə, hər tədris ilinin hər semestrinin başlanmasına azı 6 (altı) ay qalmış Nazirliyin rəsmi internet saytında verilir.

– Namizəd proqram iştirakçılarının seçimi prosedurunda iştirak etmək üçün sənədlərin qəbulu müddətində Nazirliyin rəsmi internet saytında “Xarici ali təhsil müəssisəsində bakalavriat və ya magistratura səviyyələri üzrə təhsil almaq üçün elektron ərizə”ni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” qanunun tələbləri, həmçinin namizədin uyğunluğunun qiymətləndirildiyi meyarlar nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

bakalavriat səviyyəsi üzrə təhsil almaq məqsədilə:

– namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil almasını təsdiq edən arayış və ya tam orta təhsil və ya orta ixtisas təhsili haqqında dövlət sənədinin surəti;

– namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənədin (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

– namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti;

– namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanının nəticəsi barədə məlumat;

– namizədin beynəlxalq təhsil proqramları üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında göstəricisini təsdiq edən müvafiq təhsil müəssisəsindən arayışın surəti;

– namizədin beynəlxalq səviyyədə tanınan imtahan (SAT və ya ACT) nəticəsi üzrə göstəricisini təsdiq edən müvafiq arayışın surəti;

– namizədin beynəlxalq olimpiada qalibi olduğunu təsdiq edən diplom və ya sertifikatın (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

– namizədin sağlamlığı haqqında arayış (forma AZS- 086/1) surəti;

magistratura səviyyəsi üzrə təhsil almaq məqsədilə:

– namizədin cari tədris ilində ali təhsil müəssisəsinin sonuncu tədris ilində təhsil almasını təsdiq edən arayış və ya bakalavr ali peşə-ixtisas dərəcəsi haqqında dövlət sənədinin surəti;

– namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq

edən sənədin (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

– bakalavriat səviyyəsi üzrə xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin (xaricdə ali təhsil aldıqda) surəti;

– namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd əmək fəaliyyəti ilə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər) surəti;

– namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti;

– namizədin transkriptinin (ÜOMG göstərilməklə) surəti;

– Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyun tarixli 1354 nömrəli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qalibi olduğunu təsdiq edən sənədin surəti;

– namizədin sağlamlığı haqqında arayışın (forma AZS-086/1) surəti.

Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra

namizəd üçün Nazirliyin rəsmi internet saytından girişi olan elektron şəxsi kabinet yaradılır. Elektron şəxsi kabinet vasitəsilə namizəd istənilən vaxt elektron ərizəsinin cari statusu barədə məlumatı əldə edə bilər, habelə bu Qayda ilə müəyyən edilmiş sənədləri və məlumatları təqdim və əldə edə bilər. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların tamlığı qanunla müəyyən edilmiş müddətdə yoxlanılır. Elektron şəxsi kabinetə ərizə və ya sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra namizəd 3 (üç) iş günü ərzində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra 30 (otuz) gün ərzində bu Qaydanın 2.3.1-ci yarımbəndinə əsasən namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsi aparılır və namizədin müsahibəyə buraxılması, yaxud müsahibəyə buraxılmaması barədə məlumat onun elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır:

– bakalvriat və magistratura səviyyələri üzrə sənədlər natamam təqdim olunduqda və ya həmin sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə;

– qiymətləndirmə nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı müəyyən edildikdə.

Eyni zamanda müsahibənin keçirilməsi qaydası da müəyyən edilib. Namizədlərlə müsahibələri Nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müsahibə komissiyaları aparır. Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla, Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarından və cəlb edilmiş mütəxəssislərdən formalaşdırılır. Müsahibə komissiyalarına üzv olan Nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edirlər.

Müsahibə komissiyalarının üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:

– müsahibəyə təyin edilmiş vaxtda gəlmək və ya qoşulmaq;

– müsahibəni üzrlü səbəb olmadan tərk etməmək;

– müsahibənin aparılmasına mane olan texniki, rabitə və digər vasitələrdən istifadə etməmək;

– meyarlara uyğunluğunun qiymətləndirilməsi üçün zəruri olan suallar vermək;

– sualları verərkən, 20 (iyirmi) dəqiqədən artıq olmamaqla vaxt həddinə riayət etmək;

– müsahibənin gedişi zamanı namizədin bu və ya digər meyara uyğun olub-olmaması barədə fikir bildirməmək;

– müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək;

– namizədin qiymətləndirilməsi nəticələrinin məxfiliyinə riayət etmək.

Namizədlər aşağıdakı tələblərə riayət etməlidirlər:

– müsahibəyə təyin edilmiş vaxtda gəlmək və ya qoşulmaq;

– üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə azı 1 (bir) iş günü qalmış Nazirliyə bu barədə məlumat vermək;

– müsahibəni üzrlü səbəb olmadan tərk etməmək;

– Qaydada göstərilən sənədlərin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətlərini (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini) müsahibədə müsahibə komissiyasına təqdim etmək;

– müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

– suallara mahiyyəti üzrə cavab vermək;

– müsahibənin aparılmasına mane olan texniki, rabitə və digər vasitələrdən istifadə etməmək.

Namizəd müsahibəyə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir. Məlumat vermədən müsahibədə iştirak etməyən namizədlə həmin tədris ili üçün aparılan seçim çərçivəsində yeni müsahibənin keçirilməsinə yol verilmir. Məlumat verməklə müsahibədə iştirak etməyən namizədlə İdarəetmə Qrupunun qərarı ilə həmin tədris ili üçün aparılan seçim çərçivəsində 1 (bir) dəfədən artıq olmamaqla yeni müsahibənin keçirilməsinə yol verilir. Müsahibə komissiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müsahibələrin nəticələri protokollaşdırılır. Müsahibənin nəticəsi barədə protokol müsahibə komissiyasının iclasında iştirak edən bütün üzvlər tərəfindən imzalanır.Hər iş günü ərzində müsahibələrin keçirilməsi üçün ayrılmış müddət 6 (altı) saatdan artıq olmamalıdır. Namizədləri əvvəlcədən məlumatlandırmaqla müsahibələrin videoçəkilişi aparılır. Müsahibənin keçirildiyi tarix və məkan barədə məlumat müsahibənin keçirilməsinə azı 3 (üç) iş günü qalmış müsahibə komissiyasının üzvlərinə, namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və bu Qaydada göstərilən qaydada namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsinin nəticələri müsahibə başlamazdan əvvəl müsahibə komissiyasına təqdim edilir. Hər bir namizədlə müsahibə fərdi qaydada, Azərbaycan dilində və (və ya) namizədin təhsil almaq istədiyi tədris dilində, 20 (iyirmi) dəqiqədən artıq olmamaqla aparılır.

Namizədin meyarlara uyğunluğunun qiymətləndirilməsi namizədin iştirakı olmadan, müsahibə komissiyasının müsahibədə iştirak edən hər bir üzvü tərəfindən verilən qiymətlər əsasında aparılır. Müsahibə komissiyalarının üzvləri tərəfindən namizədlərə verilən qiymətlərin yuxarı həddi aşağıdakı kimi müəyyən edilir:

– təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları – 20 bal;

– məntiqi mühakimə yeritmək bacarıqları – 15 bal; 4.16.3. kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti – 15 bal.

Namizədin meyarlara uyğun olub-olmaması onun müsahibənin nəticələrinə görə əldə etdiyi yekun qiymətlə müəyyən edilir. Namizədin əldə etdiyi yekun qiymət aşağıdakı düsturla hesablanır:

Y = (üzv1 + üzv2+…+ üzvn) ÷ n Y – namizədin əldə etdiyi yekun qiymət;

üzv1, üzv2, üzvn – müsahibə komissiyasının hər bir üzvü tərəfindən verilmiş qiymətlərin cəmi;

n – müsahibədə iştirak edən müsahibə komissiyası üzvlərinin sayı.

Namizədin yekun qiyməti 40 və daha artıq olduqda, namizəd bu Qaydada göstərilən meyarlara uyğun hesab olunur. Müsahibə nəticələrinə görə proqram iştirakçılarının sayı ayrılmış təhsil yerlərinin sayından çox olduqda, təhsil yerləri ilk növbədə bu Qaydaya uyğun olaraq proqram iştirakçısı hüququ qazanmış şəxslər arasında bölüşdürülür, qalan təhsil yerləri isə namizədlərin yekun müsahibə qiymətlərinə uyğun olaraq ən yüksəkdən başlayan sıralama ilə müəyyən edilir. Yekun müsahibə balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

– yüksək texnologiyalara əsaslanan ixtisaslar üzrə müraciət;

– namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində 600 bal və ondan yuxarı bal toplaması;

– beynəlxalq təhsil proqramlarında təhsil alması;

– namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə uyğun olaraq C2 səviyyəsində bilməsi;

– namizədin bakalavriat səviyyəsi üzrə məzun olduğu xarici ali təhsil müəssisəsinin beynəlxalq reytinqlərin (“Times Higher

Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities (Shanghai) hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması;

– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində yaradılmış “Savadlı, Bacarıqlı və Hazırlıqlı” tələbələrdən ibarət SABAH Qrupları üzrə məzun olması.

Namizədin yekun qiyməti namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir. Namizədin bu Qaydaya uyğun olaraq təqdim etdiyi sənədlər müsahibə başa çatdıqdan dərhal sonra namizədə qaytarılır. Namizəd qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verə bilər. Proqram iştirakçısı seçilmiş namizədlərin siyahısı Nazirliyin əmri ilə təsdiq edilir və onlarla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada xarici ali təhsil müəssisəsində təhsilin maliyyələşdirilməsini tənzimləyən müqavilə bağlanılır.

Previous Post

Xaricdə təhsil üzrə sənədlərin qəbulu proseduru müəyyənləşib

Next Post

Britaniya kəşfiyyatı: Rusiya strateji hədəflərindən heç birinə nail olmayıb

Bənzər yazılar

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37

Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların...

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na...

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya...

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

05 Oktyabr 2026 - 16:59

Bu ilin sentyabr ayında sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Elchi.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər...

Next Post
Britaniya kəşfiyyatı: Rusiya strateji hədəflərindən heç birinə nail olmayıb

Britaniya kəşfiyyatı: Rusiya strateji hədəflərindən heç birinə nail olmayıb

Britaniya kəşfiyyatı: Rusiya strateji hədəflərindən heç birinə nail olmayıb

Britaniya kəşfiyyatı: Rusiya strateji hədəflərindən heç birinə nail olmayıb

Son xəbərlər

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29
Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.