Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
O, ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi
2026-cı il noyabrın 20-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Elchi.az xəbər verir ki, bu barədə şura məlumat yayıb. Bildirilib ki,...





















Son şərhlər