“Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib”.
Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
Putin bildirib ki, Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.
“Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”, – o qeyd edib.
Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”
NATO müttəfiqləri, o cümlədən ABŞ, münaqişənin tənzimlənəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Elchi.az xəbər verir ki, bu barədə alyansın...





















Son şərhlər