"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Axşamlar gedirdim, səhər 10-da qayıdırdım” – İlkin Süleymanov

05 May 2022 - 17:54
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

Məleykə Abbaszadə BDU-nun da kollektivə təqdim olunub

Bakıda və bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Elchi.az-ın məlumatına görə, prosesdə İlkin Süleymanov ifadə verib. O bildirib ki, Nərminin oğurlanmasının da, öldürülməsinin də ona heç bir aidiyyəti yoxdur.

“Moskvada ali təhsil almışam, bir müddət də orada işləmişəm. Xeyli vaxtdır ki, Dondar Quşçu kəndində yaşlı valideynlərimlə birlikdə yaşayırdım. 2019-cu il oktyabrın 12-də atam insult keçirdiyinə görə eyni kənddə yaşayan bacım İlhamə Süleymanova o vaxtdan tez-tez bizə gəlib, atama qulluq edirdi. İlhamə bizdə qaldığı müddətdə, yaxud da Bakıda yaşayan övladlarının yanına getdiyi dövrdə onların kənddəki evində qalırdım. Çünki darvazanın qıfılı olsa da, evin, içəridəki otaqların açar-kilidi yox idi. Üstəlik, həyətdə toyuq-cücə vardı. Axşamlar gedirdim, səhər saat 10.00 radələrində qayıdırdım”, – təqsirləndirilən şəxs bildirib.

O, Nərmin itkin düşdüyü gün axşam bacısının evində qaldığını deyir. Onun sözlərinə görə, bunu təsdiqləyən şahidlər də var: “Noyabrın 21-də axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər bacımgildən gedəndə gördüm ki, Arifgilin qapısında polis maşınları var. Maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən heç o vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur”.

İlkin Süleymanov 2020-ci il yanvarın 6-da yaşadığı evin qarşısında dərəlik ərazidə yanan meyiti necə görməsi haqda da danışıb:

“Mən valideynlərimin yanında olmasın deyə, siqareti küçədə çəkirəm. Həmin gün gündüz Gəncəyə yas yerinə getmişdim. Axşam 7 radələrində yemək yeyəndən sonra siqaret çəkmək üçün darvazanın qarşısına çıxdım. Onda gördüm ki, qarşıda – dərə tərəfdə, Nazim dayının hasarının yanında nəsə yanır. Ora tərəf qaçdım. Orada meyvə, qoz ağacları var. Ora qonşular gizlicə zibil atır, yandırırlar. Bir müddət əvvəl yanğın o qədər hündürə qalxmışdı ki, ağaclara keçmişdi. Yanan ağaclar arasında bizim ağaclar da vardı. Qorxdum ki, yenə yanğın yuxarı qalxar, ağaclara ziyan dəyər. Yaxınlaşıb baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim dayıgilin evidir, ona görə tez onlara qaçdım, qapını döymədən içəri girdim. Dedim, deyəsən, adam yanır”.

İlkin Süleymanov vurğulayıb ki, hadisə yerində böyük ölçüdə ayaqqabı izləri və araba təkərinin yerlərini görüb. Ona görə Nazim Vəliyevə deyib ki, çalışıb o izləri tapdamasın, hüquq-mühafizə orqanlarına lazım ola bilər. Yanğını telefonuyla videoya çəkəndə Nazim Vəliyevlə bu haqda danışıqları da orada əks olunub.

O, ifadəsini mayın 11-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.

Xatırladaq ki, İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

Previous Post

“Axşamlar gedirdim, səhər 10-da qayıdırdım” – İlkin Süleymanov

Next Post

Ümumtəhsil orta məktəblərdə sosial-psixoloji maarifləndirmə kampaniyasına yekun vuruldu

Bənzər yazılar

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

19 Noyabr 2026 - 20:21

Badamdarda sürüşmə prosesi aktiv fazadadır. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. "Sorğunuza cavab olaraq bildiririk ki,...

Məleykə Abbaszadə BDU-nun da kollektivə təqdim olunub

19 Noyabr 2026 - 17:38

Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub. Elchi.az-ın məlumatına görə, yeni rektoru kollektivə elm və...

Bakıda və bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

19 Noyabr 2026 - 17:17

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda...

Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib

Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib

19 Noyabr 2026 - 16:15

Bu gün riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Ümumtəhsil orta məktəblərdə sosial-psixoloji maarifləndirmə kampaniyasına yekun vuruldu

Ümumtəhsil orta məktəblərdə sosial-psixoloji maarifləndirmə kampaniyasına yekun vuruldu

Sülhməramlılar Qarabağdakı iki postu TƏRK ETDİLƏR

Sülhməramlılar Qarabağdakı iki postu TƏRK ETDİLƏR

Son xəbərlər

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

19 Noyabr 2026 - 20:21
Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

19 Noyabr 2026 - 20:18
SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

19 Noyabr 2026 - 20:15
ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb

ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb

19 Noyabr 2026 - 20:13
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək

Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək

19 Noyabr 2026 - 19:25
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

19 Noyabr 2026 - 19:07
Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi

Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi

19 Noyabr 2026 - 18:55
XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

19 Noyabr 2026 - 18:47
Bakıda Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi olub

Bakıda Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi olub

19 Noyabr 2026 - 18:34
İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

19 Noyabr 2026 - 18:21
Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

19 Noyabr 2026 - 18:13
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq

19 Noyabr 2026 - 17:59
APEC-in növbəti sammitlərinin keçiriləcəyi ölkələr açıqlanıb

APEC-in növbəti sammitlərinin keçiriləcəyi ölkələr açıqlanıb

19 Noyabr 2026 - 17:45

Məleykə Abbaszadə BDU-nun da kollektivə təqdim olunub

19 Noyabr 2026 - 17:38
Tçuameni “Real Madrid”lə müqaviləsini uzatdı

Tçuameni “Real Madrid”lə müqaviləsini uzatdı

19 Noyabr 2026 - 17:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.