"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Rəşad Mahmudov: Avropa İttifaqının sülh təşəbbüsü mühüm hadisədir

08 Aprel 2022 - 11:06
in MANŞET
FacebookVatsap

Avropa İttifaqı (Aİ) ilə əlaqələr müstəqilliyimizin ilk illərinə təsadüf edir. Azərbaycan ilk illərdə sağlam, qarşılıqlı və faydalı əlaqələrə söykənən fəaliyyəti ilə Aİ ilə əməkdaşlıq niyyətini bəyan edib və bu istiqamətdə ciddi uğurlara imza atıb. Bunun məntiqi nəticəsi olaraq hazırda Azərbaycanla Aİ arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Xüsusilə, Azərbaycan Avropa üçün energetika sahəsində tərəfdaş ölkə olmaqla yanaşı, əməkdaşlığın digər sahələrinə də mühüm töhfələr verir. Məsələn, nəhəng Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa bazarlarına təbii qazın çatdırılması istiqamətində görülən işləri diplomatiyamızın təntənəsi hesab etmək olar. Beləliklə, milli maraqlara söykənən ölkəmizin xarici siyasət kursu praktiki baxımdan yüksək səviyyədə həyata keçirilir.

Bunu da oxuyun

Tənhalıq ömrü 6 il azalda bilər

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

O, qeyd edib ki, Aİ Azərbaycan Prezidentinin liderliyini qəbul edir, dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda ölkə rəhbəri ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları Prezident İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisidir.Prezident İlham Əliyevin Brüssel səfərinin də bu cəhətdən, eləcə də regional təhlükəsizlik və davamlı sülhə nail olmaq baxımından əhəmiyyətini vurğulayan deputat deyib:

“Belçikada Şarl Mişel tərəfindən yüksək qonaqpərvərlik və ehtiramla qəbul edilən dövlətimizin başçısı İlham Əliyevin timsalında Aİ Azərbaycana əhəmiyyətli dərəcədə önəm verir. Bununla yanaşı, regionda sülhün bərqərar olması istiqamətində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkili baxımdan da Aİ-nin təşəbbüsü, şübhəsiz ki, mühüm önəm daşıyan hadisədir. Dövlətimizin başçısı ilə təkbətək və üçtərəfli istiqamətdə reallaşan görüşdən sonra Şarl Mişelin bəyanatı bütövlükdə, fikrimcə, Azərbaycan diplomatiyasının növbəti uğurudur.Aİ Şurasının Prezidentinin bəyanatında hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyasının zəruri olduğu diqqətə çatdırılıb və bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə edildiyi bildirilib. Bundan başqa, Şarl Mişel 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurətini də vurğulayıb. Yeri gəlmişkən, görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi qeyd edilərək, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi diqqətə çatdırılıb. Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti xatırladılıb. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib”.

2020-ci il 9-10 noyabr tarixli üçtərəfli Bəyanatın Azərbaycanın milli maraqlarına tam cavab verən tarixi sənəd olduğunu diqqətə çatdıran R.Mahmudov deyib ki, bu sənəd döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də birmənalı şəkildə qələbəmizi özündə əks etdirir:

“Bütün bunlar dövlətimizin başçısının xalqımız qarşısında növbəti danılmaz xidmətidir. Xalq, dövlət isə o zaman yenilməz olur ki, taleyini yüksək intellektli, praqmatik, çevik qərarlar qəbul edən, Vətənini sevən bir liderlə bağlayır. Bu baxımdan çətin, taleyüklü zamanda Prezident İlham Əliyev kimi ölkəsinə şərəflə xidmət edən bir Prezidenti olduğu üçün biz xoşbəxt xalqıq. Brüssel görüşü bu xidmətin davamı idi”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Previous Post

Rəşad Mahmudov: Avropa İttifaqının sülh təşəbbüsü mühüm hadisədir

Next Post

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Bənzər yazılar

Tənhalıq ömrü 6 il azalda bilər

Tənhalıq ömrü 6 il azalda bilər

28 Sentyabr 2026 - 11:43

Yeni tədqiqatlar göstərir ki, təklik və sosial təcrid yaşayan insanlar xəstəliksiz keçən illərini itirə bilərlər. Ən ciddi təsir psixi sağlamlıqda...

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

28 Sentyabr 2026 - 10:55

Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi hadisə deyil, eyni zamanda cəmiyyətin milli həmrəylik, dövlətçilik və məsuliyyət...

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Next Post
Azərbaycan nefti kəskin UCUZLAŞDI

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Son xəbərlər

Yanvar-avqust aylarında 32 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında 32 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

28 Sentyabr 2026 - 12:24
ABŞ-da Apple şirkətinə qarşı 5,7 milyard dollarlıq patent cəriməsi

ABŞ-da Apple şirkətinə qarşı 5,7 milyard dollarlıq patent cəriməsi

28 Sentyabr 2026 - 12:12
SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

28 Sentyabr 2026 - 12:04
Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb

Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb

28 Sentyabr 2026 - 11:53
Tənhalıq ömrü 6 il azalda bilər

Tənhalıq ömrü 6 il azalda bilər

28 Sentyabr 2026 - 11:43
“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13
DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

28 Sentyabr 2026 - 11:06
“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

28 Sentyabr 2026 - 10:55
Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:41
Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:33
FHN: İmişli Şəkər Zavodunun anbarında yanğın baş verib

FHN: İmişli Şəkər Zavodunun anbarında yanğın baş verib

28 Sentyabr 2026 - 10:00
FHN: Ötən həftə 469 yanğına çıxış olub – VİDEO

FHN: Ötən həftə 469 yanğına çıxış olub – VİDEO

28 Sentyabr 2026 - 09:48
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 Sentyabr 2026 - 09:37
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Suraxanı və Qaradağ rayonlarının bəzi ərazilərində qaz olmayacaq

28 Sentyabr 2026 - 09:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.