"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Dövlət Komitəsi Avropa Parlamentinin qətnaməsinə etiraz edib

17 Mart 2022 - 11:49
in SİYASƏT
FacebookVatsap

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul edib və həmin sənəd Avropa Parlamentinə göndərilib.

Bunu da oxuyun

Zakir Həsənov Pakistana başsağlığı verib

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Komitədən verilən xəbərə görə, bəyanatda sözügedən qətnamə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınmasına, aqressiv separatizmin açıq şəkildə dəstəklənməsinə, o cümlədən azad edilmiş ərazilərdə Azərbaycana məxsus tarixi, dini-mədəni irsin erməniləşdirilməsinə hüquqi don geyindirilməsi cəhdlərinə yönəlik addım kimi şiddətlə qınanılıb və qərəzli hesab edilib.

Sənədin erməni lobbi qruplarının təsiri altında hazırlandığı bildirilərək, onun real vəziyyəti əks etdirmədiyini, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda ermənilərin saxta iddialarını özündə əks etdirdiyi təəssüflə qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, qətnamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “erməni” abidələri heç bir fakta söykənməyən rəqəmlərlə göstərildiyi halda Azərbaycana məxsus tarixi-dini abidələrin aqibətinə göz yumulur. Belə ki, azad edilmiş ərazilərdə (67 məsciddən 65-i dağıdılmış, Ağdam Cümə məscidi hərbi məqsəd naminə qismən salamat saxlanılıb, Şuşadakı Yuxarı Gövhərağa məscidi isə təmir adı altında saxtalaşdırılaraq fars məscidi kimi təqdim edilib) və bugünkü Ermənistan ərazisində qarşı tərəfdən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımın həyata keçirilməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi, yüzlərlə tarixi-mədəni abidələrlə bərabər, məscid, ziyarətgahların dağıdılması və heyvanlar saxlanılmaqla dini dəyərlərin təhqir edilməsi, həmçinin ölkəmizin Xristianlığa aid irsinin – Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının varisi olduğu Qafqaz Albaniyasının Alban Apostol kilsəsinin, eləcə də pravoslav xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya məhv edilməsi faktı məqsədli şəkildə göstərilmir. Ümumiyyətlə, Azərbaycanın dini-mədəni irsinin məruz qaldığı vandalizm aktları barədə heç bir qeydə rast gəlmək mümkün deyil.

Dövlət Komitəsinin bəyanatında işğal dövründə erməni vandalları tərəfindən hətta qəbiristanlıqlara da aman verilmədiyinə, ümumilikdə təqribən 900-dən çox qəbiristanlığın tamamilə dağıdılaraq yerlə bir edilməsinə, qəbir daşlarının sındırılmasına, məzarların qazılaraq cəsədlərin çıxarılmasına, təhqir olunmasına, qəbirüstü abidələrin talan edilməsinə, Azərbaycan vətəndaşlarının 30 il ərzində öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilməsinə diqqət yönəldilib.

Etiraz Bəyanatında 44 günlük Vətən müharibəsi müddətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməməsi xarici jurnalistlərin belə dəfələrlə təsdiqlədiyi fakt kimi bir daha vurğulanmışdır. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa edilməsinin bəyan edilməsi, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesinin başlandığı öz əksini tapmışdır. Habelə Azərbaycan tərəfindən bütün ölkə miqyasında olduğu kimi, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin Azərbaycan irsinə məxsusluğu və onların qorunmasının Azərbaycan dövlətinin öhdəliyində olmasının müxtəlif kürsülərdən ən yüksək səviyyədə dəfələrlə bildirildiyi qeyd edilib.

Şuşada məscidlərlə yanaşı, iki kilsənin bərpası Azərbaycanın abidələrə qarşı fərq qoymaması, əksinə müxtəlif mədəniyyətlərə və dinlərə hörmət nümayiş etdirməsi , bütün dini nümunələri milli-mənəvi dəyərlərinin bir parçası kimi qəbul etməsinin bariz göstəricisi kimi vurğulanıb.

Qeyd edilənlərlə yanaşı, Azərbaycanın Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmədiyi və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqliyi, qarşı tərəfin isə əksinə, Konvensiya ilə bərabər “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozduğu ifadə edilmişdir.

Bəyanatda 2022-ci il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Avropa İttifaqına sədrliyi qismində Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilməsi Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqi olduğu bildirilmiş, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə nədənsə bu məsələyə ümumiyyətlə toxunulmaması təəssüflə qarşılanıb.

Sonda Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınamaqla sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna çağırıb.

Previous Post

Dövlət Komitəsi Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Next Post

Türkiyənin bir neçə TV kanalının Azərbaycan peyki üzərindən yayımına başlanılıb

Bənzər yazılar

Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal...

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00

“Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala,məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün özmüstəqil...

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan...

Next Post
Türkiyənin bir neçə TV kanalının Azərbaycan peyki üzərindən yayımına başlanılıb

Türkiyənin bir neçə TV kanalının Azərbaycan peyki üzərindən yayımına başlanılıb

Türkiyənin bir neçə TV kanalının Azərbaycan peyki üzərindən yayımına başlanılıb

Türkiyənin bir neçə TV kanalının Azərbaycan peyki üzərindən yayımına başlanılıb

Son xəbərlər

Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

21 Sentyabr 2026 - 10:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.