"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclis Avropa Parlamentini təxribatlardan çəkinməyə çağırıb

11 Mart 2022 - 18:43
in SİYASƏT
FacebookVatsap

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qətnaməsinə dair bəyanat verib.

Bunu da oxuyun

İran, ABŞ və Livan birgə komissiya yaradır

Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər

Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bəyanatda bildirilir ki, martın 10-da Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib.

Qeyd edilib ki, Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu qətnamə eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır. Beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdən bu qətnaməni birmənalı şəkildə “Avropa demokratiyasının növbəti qürubu” adlandırmaq olar: “Avropa xalqlarının ayrı-ayrı nümayəndələrinin toplaşdığı Avropa Parlamentinin ümumbəşəri dəyərlərə etinasızlığı və laqeyd münasibəti ciddi suallar doğurur. Avropa Parlamentinin qətnaməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. İşğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunub. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla erməniləşdirilməsinə cəhd göstərilib”.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan işğal dövründə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını alıb. Beynəlxalq qurumların qətiyyətsizliyi Ermənistanı, əksinə, dağıntıların miqyasını daha da genişləndirməyə təşviq edib: “Öz qətnaməsində UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ qaldırmaması olduqca düşündürücüdür. Avropa Parlamentinin hazırkı qətnaməsi nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir. Çir faktı da vurğulamaq lazımdır ki, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edib. Bu, Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqidir. Avropa Parlamenti isə nədənsə bu məsələyə ümumiyyətlə toxunmur. Avropa Parlamenti ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin və bəşəriyyətin ümumi irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edən düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. Ümumiyyətlə, qətnamədə Azərbaycanın mədəni irsi ifadəsinə heç bir yerdə rast gəlmək mümkün deyil. Qətnamədə həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci ilin dekabr qərarının mahiyyəti təhrif edilərək, bütövlükdə Ermənistan tərəfindən Məhkəmə qarşısında qaldırılmış, lakin rədd edilmiş iddialara istinad edilir. Ümumiyyətlə, Avropa Parlamentinin bu qətnaməsi Avropa İttifaqı rəhbərliyinin son dövrlərdə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi xoşməramlı səylərə bütövlükdə ziddir. Azərbaycan ərazisində bütün dinlərin məbədləri, bütün mədəniyyət abidələri dövlət tərəfindən qorunur və bərpa olunur. Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan xalqının yüksək milli, mənəvi və mədəni dəyərlərinə kölgə sala bilməyəcək adi bir kağız parçasıdır. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qərəzli şəkildə yalan məlumatlar yaymaq cəhdini şiddətlə qınayır və regionda normallaşma prosesinə ziyan vuracaq təxribatlardan çəkinməyə çağırır”.

Previous Post

Milli Məclis Avropa Parlamentini təxribatlardan çəkinməyə çağırıb

Next Post

Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşüb

Bənzər yazılar

İran, ABŞ və Livan birgə komissiya yaradır

İran, ABŞ və Livan birgə komissiya yaradır

01 İyul 2026 - 00:10

İran, ABŞ və Livan arasında birgə komissiya yaradılır. Elchi.az  xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində...

Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər

Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər

30 İyun 2026 - 22:21

Qahirədə Misir və Türkiyə kəşfiyyat xidmətləri nümayəndələrinin HƏMAS hərəkatının rəhbərliyi ilə görüşü keçirilib, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin...

Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb

Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb

30 İyun 2026 - 20:59

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarda Avropa İttifaqının (Aİ) rəsmiləri ilə görüşüb. Elchi.az  xəbər verir ki, bu barədə "TRT...

Bəqai: NATO ABŞ-nin İrana hücumlarını dəstəkləyir

Bəqai: NATO ABŞ-nin İrana hücumlarını dəstəkləyir

30 İyun 2026 - 20:55

İran NATO Baş katibi Mark Ruttenin bəyanatlarını ABŞ-nin İslam Respublikasına hücumlarının alyans tərəfindən dəstəklənməsi sayır. Elchi.az  xəbər verir ki, bu...

Next Post
Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşüb

Son xəbərlər

İran, ABŞ və Livan birgə komissiya yaradır

İran, ABŞ və Livan birgə komissiya yaradır

01 İyul 2026 - 00:10
ABŞ ilə razılaşmadan sonra İran nefti 20 % bahalaşıb

ABŞ ilə razılaşmadan sonra İran nefti 20 % bahalaşıb

01 İyul 2026 - 00:09
İran Fars körfəzində baş verənləri atəşkəsin pozulması hesab edir

İran Fars körfəzində baş verənləri atəşkəsin pozulması hesab edir

01 İyul 2026 - 00:07
Fars körfəzi ölkələri və ABŞ “Hizbullah”ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq edib

Fars körfəzi ölkələri və ABŞ “Hizbullah”ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq edib

30 İyun 2026 - 23:40
Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü ötüb, 10 mindən çox insan yaralanıb

Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü ötüb, 10 mindən çox insan yaralanıb

30 İyun 2026 - 23:38
Sabah İstanbul boğazında gəmilərin keçidi təşkil olunacaq

Sabah İstanbul boğazında gəmilərin keçidi təşkil olunacaq

30 İyun 2026 - 23:37
“Sovetski”də bir evin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirilib

“Sovetski”də bir evin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirilib

30 İyun 2026 - 22:22
Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər

Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər

30 İyun 2026 - 22:21
Sabah Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək

Sabah Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək

30 İyun 2026 - 22:19
Füzulidə “Qarabağda Yenidən Doğan Səslər” adlı tədbir keçirilib

Füzulidə “Qarabağda Yenidən Doğan Səslər” adlı tədbir keçirilib

30 İyun 2026 - 22:17
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

30 İyun 2026 - 21:02
Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb

Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb

30 İyun 2026 - 20:59
Bəqai: NATO ABŞ-nin İrana hücumlarını dəstəkləyir

Bəqai: NATO ABŞ-nin İrana hücumlarını dəstəkləyir

30 İyun 2026 - 20:55
Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər

Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər

30 İyun 2026 - 20:52
BDT: Hörmüz boğazı üçün könüllü ödəniş fondu yaradıla bilər

BDT: Hörmüz boğazı üçün könüllü ödəniş fondu yaradıla bilər

30 İyun 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.