"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Yol hərəkətinin təhlükəsizliyi vəziyyəti təhlil ediləcək

24 Yanvar 2022 - 19:07
in MANŞET
FacebookVatsap

Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanma qaydası müəyyənləşib.

Bunu da oxuyun

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla təsdiqlənən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nda əksini tapıb.

Qərara əsasən, mobillik planının hazırlanması mərhələləri aşağıdakılardır:

– mövcud mobillik vəziyyətinə dair məlumatların toplanılması, ictimai rəyin öyrənilməsi və təhlili;
– mobillik planının tərtib edilməsi;
– mobillik planının yekun layihəsinin ictimai müzakirə üçün təqdim edilməsi;
– mobillik planının aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması;
– mobillik planının təsdiq edilməsi.

Mövcud mobillik vəziyyətinin təhlili üçün aşağıdakı məlumatlar toplanılır:
– ərazidə olan əhalinin sayı və yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar;
– mövcud nəqliyyat infrastrukturu, nəqliyyat parkı, nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı, hərəkətin təşkili, marşrut xətləri və parklanma yerlərinə dair məlumatlar;
– yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yolnəqliyyat hadisələrinin nəticələrinə dair məlumatlar;
– əhali artımına görə nəqliyyat tələbinin proqnozlaşdırılması;
– nəqliyyat axınlarının və əsas yerdəyişmə istiqamətlərinin araşdırılması;
– sərnişin yerdəyişmələrinin xüsusiyyətləri, hərəkətlilik səviyyəsinə dair məlumatlar;
– əhalinin istirahətinin təşkili üçün nəzərdə tutulmuş yerlərə dair məlumatlar;
– nəqliyyatın ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsinə dair məlumatlar;
– şəhərin Baş planının materialları.

Mobillik planında aşağıdakılar öz əksini tapmalıdır:
– izahat yazısının titul vərəqində sifarişçinin və layihəçinin adı, layihənin tam adı, layihənin hazırlanması ili və ayı, izahat yazısında isə mətn materiallarının siyahısı şəklində layihənin tərkibi və layihəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
– mobillik planında küçə-yol şəbəkəsinin, həmçinin nəqliyyat və piyada hərəkətinin inkişaf sxemləri göstərilir;
– hazırlanmış mobillik planı elektron daşıyıcıda və kağız üzərində sifarişçiyə təqdim edilir.
Aidiyyəti dövlət orqanları və qurumları mobillik planının layihəsi razılaşdırılmaq məqsədilə təqdim edildiyi gündən 30 (otuz) gün müddətində sənədlərə dair yazılı rəy verməlidir. Bu müddət ərzində onlar müvafiq rəy bildirmədikdə sifarişçi həmin orqanlarla və qurumlarla məsələni razılaşdırılmış hesab edir. Mobillik planının hazırlanması, planın məqsədləri və ehtimal olunan təsirləri, ərazinin yenidən qurulması və ya inkişafı barədə ictimai müzakirələrin aparılması “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq sifarişçi tərəfindən təmin edilir.

Mobillik planı tam hazır olduqdan sonra 10 (on) gün müddətində Nazirlər Kabinetinə təsdiq edilməsi üçün təqdim olunur. Mobillik planı aşağıda qeyd olunan orqanlar (qurumlar) ilə razılaşdırılmalıdır:
– Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;
– Daxili İşlər Nazirliyi;
– Fövqəladə Hallar Nazirliyi;
– Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
– Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi;
– Bakı Şəhər İcra Hakimiyyəti (Bakı şəhərinin inzibati ərazisi daxilində);
– “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (Bakı şəhərinin inzibati ərazisi daxilində);
– “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (aidiyyəti üzrə).

Previous Post

Yol hərəkətinin təhlükəsizliyi vəziyyəti təhlil ediləcək

Next Post

Şəhərdaxili hərəkət planının məzmunu açıqlanıb – SİYAHI

Bənzər yazılar

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

Next Post
Baş nazir şəhərdaxili hərəkət planının hazırlanması Qaydasını təsdiqləyib

Şəhərdaxili hərəkət planının məzmunu açıqlanıb - SİYAHI

Baş nazir şəhərdaxili hərəkət planının hazırlanması Qaydasını təsdiqləyib

Şəhərdaxili hərəkət planının məzmunu açıqlanıb - SİYAHI

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.