"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetləri açıqlanıb

19 Yanvar 2022 - 18:27
in MANŞET
FacebookVatsap

19 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında çıxış edib.

Bunu da oxuyun

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

DİN-in şəxsi heyəti Zəfər parkında olub

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elchi.az-a verilən xəbərə görə, çıxış zamanı Azərbaycanın TƏF sədrliyinin prioritet məsələlərindən və müəyyən edilmiş Təhlükəsizlik Dialoqlarından danışan nazir bildirib ki, Azərbaycanın TƏF-də sədrliyi sonuncu dəfə 17 il bundan öncə olub və o vaxtdan bəri ATƏT regionunda ümumi təhlükəsizlik mühitini mürəkkəbləşdirən bir çox hadisələr baş verib: “Dəyişilməz qalan isə bizim həm ATƏT, həm də TƏF çərçivəsində əməkdaşlığımızın təməl prinsipləridir. Buraya, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental normalara, prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmət, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi daxildir”.

XİN başçısının sözlərinə görə, dövlətlərarası davranışın əsas prinsiplərinin kobud şəkildə pozulması nəticəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri təhlükə altına düşmüşdü. Lakin, 2020-ci ilin payızında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı bu vəziyyətə son qoydu.

C. Bayramov vurğulayıb ki, Azərbaycanın sədrlik gündəliyinə TƏF üçün yüksək əhəmiyyət kəsb edən və aktual məsələlər üzrə Təhlükəsizlik Dialoqlarının həyata keçirilməsi daxil edilib: “Belə ki, ilk Təhlükəsizlik Dialoqu gələn həftə beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslərin müdafiəsi mövzusu üzrə keçiriləcək. Biz, bu Təhlükəsizlik Dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etməyi hədəfləyirik”.

Nazir diqqətə çatdırıb ki, digər iki Təhlükəsizlik Dialoqunu Yüngül və Atıcı Silahların və Adi Sursat Ehtiyatlarının müxtəlif aspektlərinə həsr edəcəyik: “Onlardan biri əldə edilmiş təcrübəyə diqqət yetirməklə, ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsi mövzunu əhatə edəcək. Digər Təhlükəsizlik Dialoqu minalarla mübarizə məsələsinə diqqət yetirəcək”.

O qeyd edib ki, ATƏT-in hərtərəfli və çoxölçülü təhlükəsizlik konsepsiyası nöqteyi-nəzərindən, praktiki yardım layihələrinin həyata keçirilməsi digər təhlükəsizlik sahələrində, məsələn, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı öhdəliklərimizin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Xarici işlər naziri əlavə edib ki, ATƏT-in ‘hərbi-siyasi bloka qoşulmayan’ iştirakçı dövləti olan Azərbaycan, həmişə ATƏT-i ümumavropa təhlükəsizlik arxitekturasının əsas sütunu kimi görüb və hesab edib ki, ATƏT-in fundamental sənədlərində dəstəklənən təhlükəsizliyin bölünməzliyi qorunmalıdır: “Sədrliyimiz çərçivəsində Təhlükəsizlik Dialoqlarından biri də, heç bir siyasi-hərbi alyansa daxil olmayan ölkələrin Avropa təhlükəsizlik arxitekturasındakı yeri və roluna, eləcə də ATƏT məkanında təhlükəsizlik və sabitliyə töhfə verməklə bağlı yanaşma və təcrübələrinə həsr olunacaq”.

Nazir onu da qeyd edib ki, Azərbaycanın sədrliyinin növbəti Təhlükəsizlik Dialoqu terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə həsr olunacaq: “ATƏT özünün unikal hərtərəfli təhlükəsizlik konsepsiyasına əsaslanaraq, terrorizmin maliyyələşdirilməsi, xarici terrorçu döyüşçülər fenomeni və terrorizm, o cümlədən çirkli pullarla muzdluların və terrorçuların maliyyələşdirilməsi, habelə separatizm və zorakı ekstremizm, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyətlər arasında əlaqələr daxil olmaqla, vahid yanaşma vasitəsilə terrorizmlə mübarizə və onun qarşısının alınması üçün yaxşı mövqeyə malikdir”.

C. Bayramov bildirib ki, növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək: “Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışlara yaxşı bələddir. Son otuz ilə yaxın müddətdə biz, ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yanlış cəhdlər çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə, habelə etimad və təhlükəsizlik tədbirlərinə qəsdən məhəl qoyulmadığının və onlardan boyun qaçırıldığının şahidi olduq. Bu təcrübəyə əsaslanaraq, biz əminik ki, dövlətlərin mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərini yerinə yetirməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər”.

Nazir deyib ki, nəhayət, yekun Təhlükəsizlik Dialoqumuz münaqişədən sonrakı yenidənqurma məsələlərinə diqqət yetirəcək və ATƏT regionunda əldə edilmiş təcrübəyə əsaslanacaq. ATƏT-in münaqişə dövrü ilə bağlı alətləri Təşkilatın münaqişədən sonrakı yenidənqurmada geniş və əhatəli şəkildə iştirakı üçün əsası təmin edir.

“Azərbaycan TƏF sədrliyi müddətində Təşkilatın əsasını təşkil edən fundamental prinsiplərə hörməti təmin etməklə yanaşı, ümumi siyasi və hərbi öhdəliklərimizin həyata keçirilməsini təşviq etmək və gücləndirmək üçün digər iştirakçı dövlətlərlə fəal şəkildə işləyəcək”, – XİN rəhbəri vurğulayıb.

İclasın sonunda nazir Ceyhun Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə etdi, səsləndirilmiş bir sıra rəy və təkliflərə münasibət bildirdi. Eyni zamanda, müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddialar rədd edilib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırılıb.

Previous Post

Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetləri açıqlanıb

Next Post

XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Bənzər yazılar

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. Elchi.az...

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

26 Sentyabr 2026 - 10:13

İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Elchi.az xəbər verir ki, bu fikriləri Prezident İlham...

Next Post
Azərbaycanla Çin arasında müqavilə imzalandı

XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Azərbaycanla Çin arasında müqavilə imzalandı

XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.