Dekabrın 25-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Aleksandr Lukaşenko dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti barədə məlumat yayıb. XİN-dən Elchi.az-a verilən məlumatda...





















Son şərhlər