Bu gün Baş naziri Əli Əsədov Dövlət Neft Şirkətinin Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiyavə yenidənqurma işləri ilə tanış olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, aparılan işlərlə tanışlıqdan sonra Baş nazirin sədrliyi və Dövlət Neft Şirkətinin Müşahidə Şurası sədrinin və üzvlərinin, Şirkətin prezidentinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə modernizasiyavə yenidənqurma işlərinin cədvələ uyğun aparılması məsələsi diqqət mərkəzində olub, görülən və görüləcək işlər müzakirə edilib.
Qarşıda duran məsələlər müəyyən edilərək müvafiq işlərin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarında minifutbol millimizin qələbəsi ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:...





















Son şərhlər