"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Həsənlinin 3-cü videosu yayıldı: “etiraflar”ı alt-üst etdi

02 Aprel 2021 - 12:53
in GÜNDƏM, XƏBƏR LENTİ
FacebookVatsap

Bir neçə gündür ölkə gündəminin geniş müzakirə mövzusu Cəmil Həsənlinin qızı Günel Həsənlinin yayılan videolarıdır. Cəmil Həsənli ilk açıqlamasında bunu özünün siyasi fəaliyyətinə zərbə vurmaq cəhdi kimi dəyərləndirdi. Əlavə etdi ki, qızının şəxsi həyatına müdaxilə də yolverilməzdir. Əsas müzakirə mövzusu videonu çəkən, yayan şəxs və ya şəxslərin kimliyidir.

Bunu da oxuyun

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

Müzakirələr davam edən ərəfədə Günel Həsənlinin yaydığı açıqlama müxtəlif fikirlərin ortaya çıxmasına səbəb oldu.

Əvvəlcə onu bildirək ki, Günel Həsənlinin adından ilk olaraq “videolardakı şəxs mən deyiləm” kimi fikirlər yayılmışdı. Amma sonradan təkzib olundu. Martın 31-də isə Günel Həsənli baş verənlərlə bağlı ətraflı izahat verdi. Videoda onunla birlikdə olan şəxsin adını da açıqladı.

Günel Həsənli həmin açıqlamasına belə başlayır:

“Mən, Həsənli Günel Cəmil qızı, sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram…”

Cəmil Həsənlinin qızı bunların arxasında ustalıqla qurulmuş geniş bir əməliyyat olduğunu, özünü isə bu əməliyyatın hədəfi kimi təqdim edir. Mahir adlı şəxsin onunla evlənmək niyyətində olduğunu, hətta ona qızıl üzük də aldığını, etimadını qazandığını və sonda aldadıldığını deyib.

Günel Həsənli son görüşdə ona meyvə şirəsi verildiyini və sonra olanları xatırlamadığını bildirib.

Baxanlara bəlli olduğu kimi, məlum iyrənc kadrlarda üzü gizlədilən kişi portnyoru Günel Həsənliyə pul verir. Cəmil Həsənlinin qızı həmin pul məsələsini belə izah edir: “Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və ”özün nə istəyirsən, al” dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam”.

Günel Həsənlinin bu açıqlamalarından sonra üçüncü intim video yayımlandı. Həmin video açıqlamanı və oradakı iddiaları əhəmiyyətli şəkildə təsirsizləşdirir. Çünki Günel Həsənli açıqlamasında bu görüşün bir dəfə olduğunu, həmin zaman da aldadıldığını izah etməyə çalışırdı. Lakin ortada 3 ayrı vaxtda çəkilmiş videogörüntülər var.

Azərbaycan Xalq Partiyasının sədri Pəhah Hüseyn və YAP-çı deputat Elman Nəsirov da bu məsələyə münasibət bildirib. Elman Nəsirov Musavat.com-a açıqlamasında baş verən hadisəni üçüncü bir tərəfin təxribatı kimi dəyərləndirib:

“Azərbaycan cəmiyyətinin mahiyyətinə, xislətinə, xalqımızın dünya görüşünə və tərbiyəsinə uyğun gəlməyən məsələlərdir. Bu işin mənəvi tərəfidir. Məsələnin qanuni tərəfi isə belədir ki, ölkəmizdə keçirilən referendumda konstitusiyaya düzəliş oldu. Bu düzəlişdə insanın icazəsi olmadan onun şəklini, videosunu çəkmək və paylaşmaq olmaz. Bu, konstitusiya ilə qadağan olunub. İndiki məqamda müəyyən siyasi dairələrin məqsədi Azərbaycanda bizim dövlətçiliyin mahiyyətinə, xalqımızın mənəvi əxlaqi dəyərlərinə uyğun gəlməyən məsələləri qabartmaqdır. Xaricdə bir qrup söyüşcül blogerlər var. Bu da onun başqa bir formada təzahürüdür. Mənim gəldiyim qənaət belədir ki, dövlət iki halda çox ciddi beynəlxalq siyasi dairələrin təsiri altına düşür. Birincisi, zəif olanda, ikincisi isə nə qədər paradoksal səslənsə də güclü olanda. Heç bir halda həzm edə bilmirlər ki, nədən Azərbaycan dövləti özü birbaşa qərar qəbul elədi və öz ərazi bütövlüyünü bərpa elədi. Bunun nəticəsidir ki, həmin dairələr müxtəlif bəhanələrlə ölkə daxilində cəmiyyəti, vətəndaş həmrəyliyini pozmağa çalışırlar. Bu videolar da həmin siyasi qruplaşmaların niyyətidir ki, Azərbaycan dövlətinə ləkə atsınlar, dövlətin müvafiq qurumlarını gözdən salsınlar”.

Deputat deyib ki, Azərbaycan dövlətini, onun müvafiq qurumlarını bu cür məsələlərdə ittiham etmək kökündən yanlışdır. Elman Nəsirov fikrilərinə əlavə edib ki, məsələ qanun çərçivəsində araşdırılmalıdır:

“Xüsusi xidmət orqanları bu məsələni araşdıracaq və cinayətkarı aşkar edəcək. Bu kimi cinayətlər daha əvvəllər də olub. Həmin cinayəti törədən şəxslər cəzalandırılıb. Sadəcə, bu dəfə həmin şəxs Cəmil Həsənlinin qızı olduğu üçün məsələ bu qədər ajiotaj yaradıb”.

YAP-çı deputat onu da əlavə edib ki, baş verən hadisənin özü də məyusedicidir:

“Bizim milli mənəvi dəyərlərimizə də tam ziddir. İnsan bir insanla görüşə bilər. Amma burada üçüncü bir xanımın da iştirakı var. Bu kimi hallar məyusedicidir. Bu kimi məsələlərdə tələm-tələsik fikirlər bildirmək, qərarlar vermək olmaz. Rəsmi qurumların araşdırmasını gözləmək lazımdır”.

Pənah Hüseyn isə məsələyə emosional yanaşaraq baş verənlərin təcili şəkildə araşdırılmasının tərəfdarı olduğunu bildirib:

“Bu hadisə kim tərəfindən törədilibsə, çox alçaq bir cinayətdir. Ortalıqda bir fakt var. İndiki iqtidarın prinsipial tənqidçilərindən biri olan şəxsin siyasi fəaliyyəti ilə əlaqələndirilən bir cinayətin törədilməsi və bu cinayətin arxasında konkret rəsmi qurumların durması haqda ciddi rəy var. Bəli, bir qurumu ittiham edirsənsə, bunu sübut etməlisən. Amma bu hadisə həmin kateqoriyaya aid etmək olmaz. Burada dövlətin, dövlətin əsas qurumlarının üzərinə ləkə atıldığına görə dövlət dərhal müraciət gözləmədən hərəkətə keçməlidir. İctimai rəyi qane edəcək dərəcədə inandırıcı dəlil və sübutlarla işin üstü açılmalıdır. Bu hərəkəti kim edibsə, ciddi şəkildə cəzalandırılmalıdır. Bizə deyilib ki, bu məsələ ciddi şəkildə nəzarətə götürülüb və bu istiqamətdə ciddi irəliləyişlər var. İctimai rəydə fikirləri dövlətin üstünə yönəltməyə çalışırlar. Buna görə də dövlət özü maraqlı olmalı və qısa zamanda məsələnin üstünü və gerçəkləri açmalıdır. Mən bu cür məsələlərdə dözümsüz və emosionalam”.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin araşdırılması istiqamətində işlər görülür.

Previous Post

Həsənlinin 3-cü videosu yayıldı: “etiraflar”ı alt-üst etdi

Next Post

Deputat sərt danışdı: Dərmanları qazilərin özünə aldırırlar

Bənzər yazılar

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib, bu mərhələdə münaqişəyə son qoymaq üçün kütləvi hücumların bərpa olunub-olunmaması...

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də...

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Elchi.az -ın "Sveriges Radio"ya istinadən...

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52

ABŞ əvvəllər Almaniya tərəfindən alınmış və dəyəri 29,6 milyon dollar olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə 10 ədəd...

Next Post

Deputat sərt danışdı: Dərmanları qazilərin özünə aldırırlar

Deputat sərt danışdı: Dərmanları qazilərin özünə aldırırlar

Son xəbərlər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.