"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İtaliya şirkəti Azərbaycanda yeni layihələrə cəlb olunub

03 Fevral 2021 - 22:11
in XƏBƏR LENTİ
FacebookVatsap

“Biz 7 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. Biz ölkənizin sənayeləşdirilməsi işinə töhfəmizi veririk və artıq yeni layihələrə cəlb olunmuşuq”.Azvision.az xəbər verir ki, bunu İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amato Prezident İlham Əliyevlə görüşdə deyib:

Bunu da oxuyun

Vətən müharibəsinin başlamasından altı il ötür

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

Şəxsən özüm və “Maire Technimont Group” şirkətinin bütün heyəti adından Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik. Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir”, – o qeyd edib.

“Daha bir mövzu bizim yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlığımıza aiddir. Bizim buradakı heyətimiz bu gün tələbələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu, bizim ümumi yanaşmamızdır. Ancaq ölkənizdə bu yanaşmanın inkişafı üçün yaxşı imkanlar mövcuddur. Digər bir məsələ sənaye zəncirinin yerli məzmunu ilə bağlıdır. Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur. Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var. Sizinlə bərabər biz bu əməkdaşlığı davam etdirmək və ölkənizdə uzunmüddətli fəaliyyət sahəmizi genişləndirmək arzusundayıq. Bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanı doğma ölkə hesab edirik. Bu, işlədiyimiz hər bir ölkədə bizim prinsipimizdir”, – deyə şirkət rəhbəri bildirib.

“İstərdik, “yaşıl kimya” adlandırdığımız sahəni inkişaf etdirək. Fikrimizcə, dünyanın bu bölgəsində Azərbaycanın üzərinə mühüm rol düşür. Həmin ideyalarla bölüşməkdən çox şad olardıq. Bu, birinci məsələdir.

İkinci məsələyə gəlincə, biz əməkdaşlığı, məsələn, enerji istehsalı sahəsində də genişləndirməkdə çox maraqlıyıq. Yanaşmamız uzunmüddətlidir və ən əsası, insan kapitalına söykənir, gənclərin işə cəlb edilməsini nəzərdə tutur. Sizə bir faktı da söyləyim. Biz dünya miqyasında regional müşavirələr keçiririk və onlardan birində “Tecnimont” şirkətində çalışan gənc azərbaycanlı həmkarımız iştirak edib və dünya ictimaiyyəti qarşısında əməkdaşlığın faydası, mədəniyyətlərarası işbirliyi barədə çıxış edib. Onun çıxışı bütün insanlarımızda böyük hisslər doğurdu. Hər hansı böyük uğur hər ikimizə məmnunluq hissləri yaradır. İcazə verin, bildirim ki, yeni texnologiyaları inkişaf etdirmək və sizin çevikliyinizdən, sahibkarlıq imkanlarından istifadə etməkdən çox şad olardıq. Bu keyfiyyətlər İtaliyanın iş adamlarının da yanaşmasının əsasında dayanır və müəyyən dərəcədə “yaşıl kimya” sahəsində qabaqcıl mövqeyi şərtləndirir”, – deyə iş adamı fikrini yekunlaşdırıb.

Previous Post

İtaliya şirkəti Azərbaycanda yeni layihələrə cəlb olunub

Next Post

Atəşkəs zamanı təxribatçılar ələ keçirilərsə… – ŞƏRH

Bənzər yazılar

Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu...

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51

Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Çexiya gənclərinin birgə təşəbbüsləri” adlı layihəsi çərçivəsində Çex...

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07

Vətəndaş Həmrəyliyi Partiyası 27 Sentyabr- Anım Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik...

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28

Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən ordunun 3 zabiti ölüb. Elchi.az "Reuters" agentliyinə istinadən...

Next Post
Atəşkəs zamanı təxribatçılar ələ keçirilərsə… – ŞƏRH

Atəşkəs zamanı təxribatçılar ələ keçirilərsə... - ŞƏRH

Atəşkəs zamanı təxribatçılar ələ keçirilərsə… – ŞƏRH

Atəşkəs zamanı təxribatçılar ələ keçirilərsə... - ŞƏRH

Son xəbərlər

Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

26 Sentyabr 2026 - 15:58
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

26 Sentyabr 2026 - 15:40
Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

26 Sentyabr 2026 - 15:02
Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

26 Sentyabr 2026 - 13:49
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 2026 - 13:33
“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

26 Sentyabr 2026 - 13:13
Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00
Anım gününün hava proqnozu açıqlanıb

Anım gününün hava proqnozu açıqlanıb

26 Sentyabr 2026 - 12:47
Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 - 12:22
27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.