"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Azərbaycan 4%-ə görə vassal ölkəyə çevrilməz”

13 Yanvar 2021 - 17:08
in SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Dağlıq Qarabağda baş verənlərə görə səmimi olaraq narahatçılıq keçirən vətəndaşlarımıza üzümü tutub deyirəm ki, Prezidentə inanın, Dağlıq Qarabağ təkcə hüquqi baxımdan yox, həm də faktiki olaraq bizim olacaq!”

Bunu da oxuyun

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə və eyni adlı sayta müsahibəsi

– Qüdrət bəy, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 Yanvar Moskva Bəyənnaməsi barədə nə deyə bilərsiniz?

– Bu görüşü və onun nəticələrini növbəti uğurlu addım kimi qiymətləndirə bilərik. Atəşkəs haqqında 10 noyabr 2020-ci il birgə bəyanatından sonra onu bizimlə birlikdə imzalayan Rusiya və Ermənistan bəyanatın bəzi müddəalarını öz istəklərinə uyğun təfsir edib, ondan maksimum faydalanmağa çalışırlar. Müharibənin nəticəsi olaraq, biz torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etmişik. İndi addım-addım yeni siyasi reallıqları erməni ictimaiyyətinə qəbul etdirməliyik. Son Bəyənnamə də bu istiqamətdə atılan növbəti addımdır. Hazırda bölgədə gərginliyinin azaldılmasında daha çox Ermənistan rəhbərliyi maraqlı olmalıdır. Çünki koronavirusa qarşı peyvəndləmə başa çatan kimi dövlətlərarası sərhədlər açılacaq, gərginlik və yeni müharibə qorxusu altında, kasıbçılıq içərisində yaşamaq istəməyən ermənilər Dağlıq Qarabağdan və Ermənistandan köçüb gedəcəklər. Ona görə Ermənistan böyük miqrasiyanın qarşısını almaq və iqtisadiyyatını dirçəltmək istəyirsə, Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri qurmalıdır. Bunun isə tək yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan keçir. Faşist ideologiyasına yoluxdurulmuş Ermənistan xalqına bu həqiqətləri dərk etməsi üçün bir az zaman lazımdır. Ermənistanın atmalı olduğu bəzi addımların son bəyanatda öz əksini tapmaması da bundan qaynaqlanır. Azərbaycanla Ermənistan arasınada mövcud olmuş yolların bərpası və yenilərinin tikilməsi iqtisadi baxımdan daha çox Ermənistanın xeyrinədir. Çünki bizi Gürcüstan üzərindən Türkiyə ilə birləşdirən avtomobil və dəmir yol xətti var. Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələrində problemlər olsa da onun İran və Türkiyə ilə sərhədlərinin olması vəziyyəti əhəmiyyətli dərəcədə dəyişir. Buna görə Ermənistanın özünü naza qoyması sadəcə başa düşülən deyil.

– Niyə bir qrup insan bu görüşün nəticələrini uğursuzluq kimi dəyərləndirir və Rusiyanı işğalçı kimi təqdim edirlər?

– Həmin adamların bir qismi gerizəkalı olduğundan, digər qismi kiçik çaplı siyasi dələduz olduğuna görə, üçüncü qrup isə bölgədə marağı olan xarici güclərin tapşırığı ilə bu cür mövqe sərgiləyir. Ağıllı insanlar başa düşürlər ki, əgər mümkün olsaydı, o zaman Azərbaycan Ordusu dövlət sərhədlərimizə qədər işğalçıları qovub, bu problemi birdəfəlik həll edərdi. Ali Baş Komandan atəşkəsə imza atıb, rus sqlhməramlılarının münaqişə bölgəsinə gəlməsinə icazə veribsə, deməli ölkəmiz üçün ən uğurlu variant bu olub. İki gün öncə “YouTube”da Əli Kərimli Prezident İlham Əliyevi müharibəni dayandırdığına görə qınamaqla yanaşı, fəxarət hissi ilə bəyan edirdi ki, birinci Qarabağ savaşı zamanı müharibəni dayandırmaq istiqamətində ABŞ və Rusiya tərəfindən Azərbaycana edilən təzyiqlərə, hətta ABŞ-ın tətbiq etdiyi sanksiyaya Elçibəy prezident kimi əhəmiyyət vermədi və müharibəni davam etdirdi. Halbuki sonralar Elçibəy böyük üzüntü içərisində bəyan edirdi ki, gərək qaragüruh cəbhəçilərdən çəkinməyib “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin statusunu bərpa etməklə münaqişəyə son qoyulmasına dair Yeltsinin təklifini qəbul edərdim. Öz səhvindən nəticə çıxarmağı belə bacarmamış Əli Kərimli hələ də anlamır ki, döyüş meydanındakı real vəziyyəti dəyişmək imkanına malik böyük güclərin tələbini qulaqardına vurmaq xalqımız üçün hansı faciələrə gətirib çıxarardı. Həmin düşərgənin “ağıllısı” budursa digərlərinə nə deyəsən. Bölgəyə böyük təsir imkanları olan güclərlə anlaşmadan müharibə aparmağı yalnız siyasətdə ağsaqqallaşmaq əvəzinə saqqalını ağartmışlar, yaxud adaşına oxşamağa çalışan “əlikimilər” tələb edə bilər. Nə qədər vurnuxsalar da, dairələrini dəyişsələr də yerlərini tapa bilməyən, həqiqətləri xalqımıza deməyə cəsarətləri çatmayan bu uğursuz, artistlik etməklə sifətlərini gizlətməyə çalışan, təhqir etdikləri hakimiyyətin daxilindəki özlərikimilərdən maliyyələşən bu cür ünsürləri xalqımız artıq yaxşı tanıyır. Bu adamlardan nə qədər soruşulsa da ki, başqa cür Qarabağı necə azad edəcəkdiniz? Sadəcə susurlar.

– Onlar Sizi rusiyayönümlü siyasət aparmaqda ittiham edirlər…

– Çünki tapşırıq alıblar. Həm də bu böhtançı axmaqlar fikirləşirlər ki, bu cür böhtanlarla özlərini vətənpərvər və müxalifətçi kimi təqdim edə bilərlər. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş bir adam haqqında yalnız ləyaqətini itirmiş adamlar belə ittihamlar səsləndirə bilər. Bir daha təkrar edirəm,biz torpaqlarımızı işğaldan ona görə azad edə bildik ki, İlham Əliyev Rusiya ilə etimadlı münasibətlər qura bildi. Bundan sonra da Dağlıq Qarabağın nəzarətimizdə olmayan hissəsində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə Rusiya ilə strateji əməkdaşlığımızı davam və inkişaf etdirməliyik. Bunu başa düşməyənin siyasətdə nə işi var. Bu böhtan və təhqir dağarcıqları bir dəfə fikiləşdilərmi ki, niyə Qərbdə mövcud olan güclü erməni diasporu həmişə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa yox, onunla daha sıx əməkdaşlığa çağırıb. Bununla yanaşı, hər zaman söyləmişəm ki, qardaş Türkiyə ilə münasibətlərimiz ən yüksək səviyyəyə qaldırılmalı, Rusiya ilə əməkdaşlıq Qərblə əlaqələrimizin inkişafına mane olmamalıdır. Siyasi dələduzlardan fərqli olaraq, Türkiyəni özümüz saymışam və müharibəyə qədər mütəmadi olaraq çağırışlar etmişəm ki,Türkiyə hökuməti Qarabağın işğaldan azad olunması üçün bizsiz Rusiya ilə danışıqlar aparsın. Öz hökumətimizi də ona çağırırdım ki, Qarabağın azadlığı üçün forpost Ermənistanla yox, Rusiya ilə danışıqlar aparsın və nə qədər ki, Ərdoğan hakimiyyətdədir torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlayaq. Bunları ki ,siyasətlə maraqlanan hər kəs dəfələrlə oxuyub və bilir. Çünki heç kim təminat verə bilməzdi ki, yaxın illərdə Ərdoğan kimi haqqın yanında olmaqdan çəkinməyən, müstəqil, güclü və xarizmatik lider Türkiyədə hakimiyyətə gələcək. Həm də hər keçən gün Qarabağı bizdən daha da uzaqlaşdırırdı. Məmnunam ki, dediklərimiz gerçəkliyə çevrilməkdədir. Bu gün Rusiya sülhməramlılarının yalnış davranışını görən kimi buna sevinib, dərhal Rusiyanı düşmən və işğalçı elan etməməli, əməkdaşlıq ruhunda iradlarımızı bildirməklə, həmin yalnışlıqların düzəldilməsinə çalışmalıyıq. Rusiyanı dostcasına inandırmalıyıq ki,onun sülhməramlıları öz funksiyalarını mandatları çərçivəsində yerini yetirməsələr bu həm bizimlə, həm də Türkiyə ilə münasibətləri zədələyə bilər. Rusiya anlamalıdır ki, 20% torpaqları 30 il işğal altında qalsa da özünün müstəqil siyasətindən imtina etməyən Azərbaycan 4%-ə görə vassal ölkəyə çevrilməz. 17 milyon kvadrat kilometrdən çox ərazisi olan Rusiyanın müdrikliyi çatar ki, Azərbaycanın 3.5 min kvadrat kilometr ərazisinə nəzarət etməsinə görə Azərbaycanı Ukrayna, Gürcüstan, Moldova kimi düşmən dövlətə çevirməsin. Hazırda Qarabağın azadlığı üçün bizimlə bərabər Türkiyə də Rusiya ilə əməkdaşlıq edir və biz də BAXCP olaraq bu əməkdaşlığı dəstəkləyirik. Sonda Dağlıq Qarabağda baş verənlərə görə səmimi olaraq narahatçılıq keçirən vətəndaşlarımıza üzümü tutub deyirəm ki, Prezidentə inanın, Dağlıq Qarabağ təkcə hüquqi baxımdan yox, həm də faktiki olaraq bizim olacaq!

Previous Post

“Azərbaycan 4%-ə görə vassal ölkəyə çevrilməz”

Next Post

“Jurnalistin statusu”na aydınlıq gətirilməlidir – Əhməd İsmayılov

Bənzər yazılar

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

22 Sentyabr 2026 - 12:07

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına...

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04

İran hökuməti ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətin İslam ölkələrini yaxınlaşdırdığına inanır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirakı zamanı "Türk Evi"ndə Vyetnam Prezidenti To...

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46

ABŞ, Yaponiya və Koreya Respublikası dəniz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Arktika regionunda üçtərəfli tərəfdaşlıq...

Next Post
“Jurnalistin statusu”na aydınlıq gətirilməlidir – Əhməd İsmayılov

“Jurnalistin statusu”na aydınlıq gətirilməlidir - Əhməd İsmayılov

“Jurnalistin statusu”na aydınlıq gətirilməlidir – Əhməd İsmayılov

“Jurnalistin statusu”na aydınlıq gətirilməlidir - Əhməd İsmayılov

Son xəbərlər

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

22 Sentyabr 2026 - 12:28
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu

22 Sentyabr 2026 - 12:19
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

22 Sentyabr 2026 - 12:07
DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

22 Sentyabr 2026 - 11:56
Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

22 Sentyabr 2026 - 11:49
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

22 Sentyabr 2026 - 11:40
Alimlər ilk dəfə ekzoplanetdən gələn radio siqnallarını aşkar edib

Alimlər ilk dəfə ekzoplanetdən gələn radio siqnallarını aşkar edib

22 Sentyabr 2026 - 11:34
ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

22 Sentyabr 2026 - 11:21
Aİ və 6 ölkə çoxtərəfli sistemi gücləndirmək üçün təşəbbüsə başlayıb

Aİ və 6 ölkə çoxtərəfli sistemi gücləndirmək üçün təşəbbüsə başlayıb

22 Sentyabr 2026 - 11:13
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

22 Sentyabr 2026 - 11:00
Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

22 Sentyabr 2026 - 10:57
Aİ-nin Ali Nümayəndəsi Kallas “güclü təzyiq” altında olan BVM-in qorunmasına çağırır

Aİ-nin Ali Nümayəndəsi Kallas “güclü təzyiq” altında olan BVM-in qorunmasına çağırır

22 Sentyabr 2026 - 10:48
“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

22 Sentyabr 2026 - 10:46
Yaponiyada tayfun xəbərdarlığı: 2 ölü, 1,9 milyon nəfər təxliyə edilib

Yaponiyada tayfun xəbərdarlığı: 2 ölü, 1,9 milyon nəfər təxliyə edilib

22 Sentyabr 2026 - 10:37
Ağ Ev özünün “Trump TV” kanalını istifadəyə verib

Ağ Ev özünün “Trump TV” kanalını istifadəyə verib

22 Sentyabr 2026 - 10:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.