"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

Ermənistanın ərazisi 1920-ci ildə neçə min kv.km idi?

05 Noyabr 2020 - 09:44
in FLƏŞ, MANŞET, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Ermənistan Prezidenti Armen Sərkisyanın Qarabağ müharibəsinin əsasının əslində 1920-ci ilə gedib çıxdığını deməsi onun savadsızlığından irəli gəlir. Bəli, münaqişənin başlanma tarixi bu dövrə təsadüf edir, lakin inkişafı tam fərqli baş verib.

Bunu da oxuyun

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Bu sözləri Elchi.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Ermənistan Prezidenti Armen Sərkisyanın RBK kanalına müsahibəsində səsləndirdiyi bir çox tarixi təhriflər haqda danışarkən deyib. O bildirib ki, 1921-ci il iyul ayının 5-i, daha sonra isə 7-si ilk dəfə Sovet hökuməti Dağlıq Qarabağla bağlı məsələni gündəmə gətirib:

“Cümhuriyyət tarixinə nəzər salsaq, görə bilərik ki, Qarabağda hər hansı bir muxtariyyət olmayıb. Ermənilərə Qarabağın dağlıq hissəsinin verilməsi deyilən bir məsələ də olmayıb. Digər bir faktı da deyim ki, Ermənistan deyilən bir dövlətin qurulması 1918-ci il mayın 29-da AXC Milli Şurasının qəbul etdiyi bağışlanmaz qərar nəticəsində oldu. Bu qərardan sonra Ermənistana güzəştə gedilən ərazi İrəvan şəhəri və ətrafı ilə birlikdə 9 min kvadrat kilometr idi. Bu tarixə qədər Cənubi Qafqazda istənilən – rus, türk, fars, Azərbaycan mənbələrinə baxsanız, Ermənistan deyilən bir dövlətə rast gələ bilməzsiniz.

Ermənilərə İrəvan şəhəri və ətraf ərazilər o şərtlə verilmişdi ki, onlar gələcəkdə Zəngəzur, Naxçıvan və Qarabağa heç bir ərazi iddiası ilə çıxış etməsin”.

Tarixçi alim bildirib ki, bolşeviklər 1920-ci ildə Azərbaycanı işğal edəndən sonra həmin ilin sonunda Ermənistana bir sıra torpaqlarımız qanunsuz olaraq verildi:

“Stalin Ermənistanı işğal etdikdən sonra belə bir təklif irəli sürdü ki, əgər ermənilər sovetləşməyi qəbul etsə, Zəngəzuru Ermənistana verə bilər. Baxın, faktiki olaraq Azərbaycanın torpaqlarını sovet hökuməti hərraca qoydu. 1921-ci il iyulun 5-də müzakirə zamanı Dağlıq Qarabağın da Ermənistana verilməsi istənildi. Lakin bu zaman Nəriman Nərimanov buna etiraz edərək iyulun 7-də Dağlıq Qarabağ ərazisinə Azərbaycanın tərkibində muxtariyyət verilərək saxlanılmasına nail oldu. Yəni bu gün Dağlıq Qarabağ münaqişəsinin təməlini qoyan məhz sovet hökuməti idi.

1923-cü ilin avqustunda muxtar vilayətin təşkilindən sonra ermənilər Xankəndini məskən seçdi və şəhərin adını dəyişdirərək, bandit Stepan Şaumyanın şərəfinə adlandırdı.

İndiki Ermənistan ərazisinə sovet dövründə məxfi qərar ilə 500 min erməni köçürülüb. Həmin 500 min erməni məhz Zəngəzur ərazisinə yerləşdirildi. Bu hadisədən sonra – 1921-ci ildən etibarən 1929-cu il fevralın 29-na qədər həmin ərazilər hissə-hissə Azərbaycan xalqının iradəsi olmadan, heç bir referendum keçirilmədən Ermənistana verildi. Beləliklə, Naxçıvan ilə Azərbaycan arasında əlaqə də kəsilmiş oldu. Bu isə sonralar bu ərazinin də işğal edilmək istənməsi ilə bağlı idi.

Göründüyü kimi, istənilən halda bu münaqişə ilə bağlı real faktlar saxtalaşdırılmağa çalışılsa da bizim əlimizdə tarixi sənədlər, xəritələr var. Cümhuriyyət dövründə Cənubi Qafqazın real siyasi xəritəsi var və dünya ölkələri də bunu belə qəbul edib. Sovet işğalından sonra dəyişən xəritələr də mövcuddur. Buna görə də ermənilər sovet tarixini inkar edirsə, onda biz Cümhuriyyət tarixinə və ərazilərinə böyük həvəslə qayıda bilərik”.

Previous Post

Ermənistanın ərazisi 1920-ci ildə neçə min kv.km idi?

Next Post

Lukaşenko Putindən neft yatağı istədi

Bənzər yazılar

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00

Papa XIV Leo Fransadan qayıdarkən mətbuat qrupundakı jurnalistlərlə söhbətində Rusiya və Ukraynaya müraciət edib. Elchi.az xəbər verir ki, "TASS" agentliyi...

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

29 Sentyabr 2026 - 11:09

Çinin xarici işlər naziri Vanq Yi xəbərdarlıq edib ki, əgər Yaponiya İkinci Dünya Müharibəsi dövründəki təcavüzkarlıq tarixindən dərs çıxarmazsa və...

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan "Patriot" raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər....

Next Post
Lukaşenko Putindən neft yatağı istədi

Lukaşenko Putindən neft yatağı istədi

Lukaşenko Putindən neft yatağı istədi

Lukaşenko Putindən neft yatağı istədi

Son xəbərlər

Yasamalda içməli su xəttində qəza baş verib

Yasamalda içməli su xəttində qəza baş verib

30 Sentyabr 2026 - 12:10
Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

30 Sentyabr 2026 - 11:38
Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

30 Sentyabr 2026 - 11:04
Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

30 Sentyabr 2026 - 10:44
Yaponiyada 6,0 bal gücündə zəlzələ

Yaponiyada 6,0 bal gücündə zəlzələ

30 Sentyabr 2026 - 10:36
Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

30 Sentyabr 2026 - 10:25
Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17
Yeni süni intellekt qalmaqalı: Bioloji silahların necə hazırlanacağını izah edib

Yeni süni intellekt qalmaqalı: Bioloji silahların necə hazırlanacağını izah edib

30 Sentyabr 2026 - 10:08
Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

30 Sentyabr 2026 - 10:02
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

30 Sentyabr 2026 - 09:53
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

30 Sentyabr 2026 - 09:49
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr 2026 - 09:41
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək

Nəsimi rayonunun bir sıra küçələrində qaz təchizatı dayandırılacaq

30 Sentyabr 2026 - 09:25
Qlobal fond bazarlarında eniş davam edib

Qlobal fond bazarlarında eniş davam edib

30 Sentyabr 2026 - 09:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.