"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“İqtidarın deyə bilmədiklərini müxalifət deyir”

24 Sentyabr 2020 - 11:13
in MANŞET, SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Prezidenti müdafiə etdiyini bəyan edən vicdanlı iqtidar təmsilçiləri bizi fəaliyyətimizə görə etika çərçivəsində tənqid edə bilərlər, amma əsassız hücum etməməli, əksinə onların demədiklərini dediyimizə görə bizə minnətdar olmalıdırlar”

Bunu da oxuyun

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxucularımıza təqdim edirik:

– Qüdrət bəy, Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfərini necə qiymətləndirərdiniz?

– Çox yüksək qiymətləndirirəm. Rusiya bizim böyük qonşumuzdur və bizim iki milyona qədər soydaşımız orada yaşayır. Bundan başqa, həmişə hesab etmişəm ki, böyük qanlarsız Qarabağ probleminin həlli daha çox Rusiyadan asılıdır. Ona görə də bağlı qapılar arxasında Rusiya ilə bu istiqamətdə danışıqlar aparılmasının tərəfdarı olmuşam. Mətbuata verilmiş açıqlamalardan belə anlamaq olar ki, Rusiya rəhbərliyi Paşinyanın siyasətindən narazıdır. Xüsusilə Dövlət Dumasının sədri VyaçeslavVolodinin “Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq yaradır və sülh prosesinə töhfə vermir” deməsi çox əhəmiyyətlidir. Sahibə xanıma Federasiya Şurasında senatorlar qarşısında çıxış etmək imkanının yaradılması və onun milli maraqlara cavab verən yüksək səviyyəli çıxışı,Valentina Matviyenkonun bu səfəri əməkdaşlığın gələcəyinə dair müzakirələr üçün gözəl fürsət adlandırması, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması və Azərbaycana strateji tərəfdaş kimi önəm verilməsinin xüsusi vurğulanması diqqətəlayiq məqamlardır. Ümid edirəm bağlı qapılar arxasınada ciddi müzakirələr aparılmışdır. Ölkəmizin ərazi bütövlüyünün bərpası üçün belə danışıqları vacib sayıram.Əgər bu danışıqların nəticəsi olmayacaqsa, Rusiya Ermənistana münaqişənin beynəlxalq hüquqa uyğun həlli üçün təzyiq etməyəcəksə Azərbaycan neytrallıq siyasətindən imtina etməli, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında saziş imzalamalı və Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır.

– Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olduğu üçün onun Ermənistana təzyiq etmək ehtimalı varmı?

– Siyasətdə hər şey mümkündür. Dövlətləri də insanlar kimi maraqlar birləşdirir. Rusiya görür ki, Paşinyan tədrici addımlarla Ermənistanı Rusiyadan uzaqlaşdırır, vəzifələrə “Sorosun uşaqları” təyin olunur, müasir silahları da artıq Qərb ölkələrindən alır. Rusiya onun da fərqindədir ki, xüsusilə son illərdə Azərbaycan Respublikası Prezidentinin səyləri nəticəsində Ermənistanın işğalçı siyasəti beynəlxalq aləmdə tamamilə ifşa olunmuşdur və belə bir siyasəti müdafiə etmək Rusiyanın özü üçün də problemə çevrilir. Biz Rusiyanı inandıra bilsək ki, ərazi bütövlüyümüzü bərpa edəcəyimiz halda regionda onların maraqlarını müdafiə edə bilərik, ola bilsin Rusiyanın ədalətli mövqe sərgiləməsinə nail olaq. Yox, heç bir halda Rusiya Qarabağ münaqişəsinə münasibətini dəyişməyəcəksə o halda xalqla açıq danışılmalı və qərbyönümlü xarici siyasət kursu seçilməlidir.

– Qarabağ münaqişəsinə münasibətdə müxalifətdə olan partiyaların iqtidardan fərqli təşəbbüslərlə çıxış etməsi ümumi işin xeyrinədir,yoxsa ziyan vurur?

– Söhbətin hansı müxalifətdən və hansı təkliflərdən getdiyinə diqqət yetirməliyik.Əvvəla qeyd edim ki,ərazi bütövlüyümüzün bərpa olunmasının zəruriliyi məsələsində bütün partiyalar eyni mövqedən çıxış edir.Amma onun necə təmin olunması məsələsində fərqli fikirlər var və bunun olması təbiidir.
Xaricdəki ermənipərəst dairələrin əlində oyuncağa çevrilmiş,iqtidarın legitimliyini tanımayan radikal qruplar faktiki olaraq ölkəmizə qarşı düşmənçilik siyasəti aparırlar.Onların “başbilənlərindən” biri Arif Məmmədov dünənə qədər hakimiyyəti tənqid edirdisə ki,niyə torpaqları azad etmirsiniz, bu gün hökuməti müharibə edib ölkəni Suriyaya çevirmək istəməsində ittiham edir, Prezidenti, Birinci vitse-prezidenti ölkəmizin gələcəyi üçün təhlükə hesab edirlər.Yaxud hökumətin həm islahatların dərinləşdirilməsi,həm Qarabağ məsələsində ciddi qərarlar qəbul etmək ərəfəsində olduğu bir zamanda Milli Şura hakimiyyət təmsilçilərinə sanksiya tətbiq edilməsi tələbi ilə beynəlxalq ictimaiyyətə müraciət edir. Bu artıq müxalifətçilik yox,düşmənşilikdir.

Onlardan fərqli olaraq parlament müxalifəti Prezidentə və Birinci vitse-prezidentə sabitliyin təminatçısı və ölkəmizi qansız-qadasız yeni mərhələyə keçirəcək islahatları aparmaq gücündə olan şəxslər kimi baxır və haqlı saydığı, dövlət maraqlarının tələb etdiyi məsələlərdə müdafiə edir.
BAXCP olaraq biz bəzən ölkəmizin maraqları naminə çox da populyar olmayan, bəzən gerçəkləşdirilməsi çətin olan təşəbbüslərlə çıxış edirik. Bəzi qonşu və Qərb ölkələrinin, beynəlxalq təşkilatların dost olmayan, yalnış və ikili standartlar siyasətini kəskin tənqid edirik, onların siyasətinin mahiyyəti barədə xalqımıza obyektiv məlumat verməyə çalışırıq. Bu zaman həmin dövlətlər müxtəlif yollarla, o cümlədən hakimiyyətdəki nüfuz dəllalları, əlaltıları vasitəsilə bizə əsassız hücumlar təşkil edirlər. Həm də təkcə onlar yox, sabitliyə ciddi təhlükə olan klanların təmsilçiləri də həmçinin. Amma anlamırlar ki, bu hücumları ilə onlar heç nəyə nail olmayacaqlar. Zaman bəzi qərarların qəbulunu diqtə edir. Prezident parlamentin açılışında söylədi ki, bizim demədiklərimizi deputatlar deməlidir. Mən bu müraciətin daha çox parlamentdəki müxalifətə hədəfləndiyini düşünürəm. Bütün sivil dünyada da bu belədir. İqtidarın deyə bilmədiklərini müxalifət deyir. Mənim Rusiya ilə danışıqlar nəticə verməsə Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması barədə çıxışımın yuxarıda qeyd etdiyim şəxslərdə ciddi qıcıq doğurduğunun fərqindəyəm. Prezidenti müdafiə etdiyini bəyan edən vicdanlı iqtidar təmsilçiləri bizi fəaliyyətimizə görə etika çərçivəsində tənqid edə bilərlər, amma əsassız hücum etməməli, əksinə onların demədiklərini dediyimizə görə bizə minnətdar olmalıdırlar.

Previous Post

“İqtidarın deyə bilmədiklərini müxalifət deyir”

Next Post

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Bənzər yazılar

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb. Elchi.az IRIB-yə istinadən xəbər verir...

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20

"Suverenlik, konstitusiya, kimlik, azadlıq və demokratiya kimi anlayışlar xüsusilə öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkələr üçün xüsusi...

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07

"Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". Elchi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü münasibətilə Bakıda...

Next Post
Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.