"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycan Ermənistanın 2 zabitini “İnterpol” xətti ilə axtarışa verdi

10 Sentyabr 2020 - 12:22
in MANŞET, SİYASƏT
FacebookVatsap

Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Qurumun Mətbuat xidmətindən Elchi.az-a daxil olan məlumatda deyilir:

“Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə  hər vəchlə  vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir. 

Ermənistan tərəfinin təxribat xarakterli vaxtaşırı hücumları sülh prosesinin üzərindən xətt çəkməklə Beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının  qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır. 

Təcavüzkar əməllərin davamı olaraq, Ermənistanın xüsusi xidmət orqanlarının tapşırığı ilə respublikamızın təhlükəsizliyi zərərinə – ölkəmizin müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə yolların, əlaqə vasitələrinin dağıdılmasına yönəldilən partlayışlar, o cümlədən təxribatların, habelə ölkəmizə qarşı ağır və xüsusilə ağır cinayətlərin törədilməsi ilə vəzifələndirilmiş silahlı qüvvələrin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Alaverdyan Qurqen Vladimiroviçin avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçib müdafiə mövqelərimizə basqın edərkən Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmiş və bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. 

Məlum olduğu kimi, 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə iriçaplı artilleriya qurğularından istifadə etməklə mövqelərimizi ələ keçirmək məqsədilə atəşə tutub, o cümlədən təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisini hədəfə almaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər. 

İyulun 12-dən başlayaraq Qazax rayonunun Xanlıqlar, Tovuz rayonun Ağdam və Dondar Quşçu kəndlərində dinc mülki əhaliyə qarşı törədilən, həmçinin avqustun 23-də diversiya-kəşfiyyat qrupunun icra etdiyi cinayət əməllərinin davam edən hərbi qarşıdurma fonunda baş verməsi Ermənistan silahlı qüvvələri tərəfindən planlaşdırılaraq törədilməsi və eyni xarakterli olması nəzərə alınmaqla həmin faktlarla bağlı başlanmış cinayət işləri bir icraatda birləşdirilərək Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsif edilməklə sülh və insanlıq əleyhinə olan cinayətlər kimi qiymətləndirilib.

Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Qurqen Alaverdyanın ifadəsi və digər istintaq sübutlara əsasən, Q.Alaverdyanın Azərbaycan Respublikasının işğal olunmuş ərazisində qanunsuz yaradılan silahlı birləşmədə kəşfiyyat bölüyündə tağım komandiri olmaqla cinayətkar birliyin tərkibində təcavüzkar müharibənin aparılmasında iştirak etməsinə, habelə işğalçı Ermənistan tərəfindən yaradılmış cinayətkar birlikdə (təşkilatda) struktur bölməsinə rəhbərlik etməsinə, 23 avqust 2020-ci il tarixdə xidmət etdiyi qanunsuz silahlı birləşmənin komandiri Vazgen Vartanyanın göstərişi ilə 2 nəfər erməni hərbçisi ilə – Armen Camalyan və istintaqın hazırki mərhələsində şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın etməsinə, habelə çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) digər üzvləri ilə birlikdə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamasına, gəzdirməsinə və qanunsuz olaraq döyüş sursatını, partlayıcı maddələri daşımasına, cinayətkar birliyin (təşkilatın) tərkibində odlu silahdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması təhlükəsi yaradan partlayışlar, yanğınlar törətməyə, yəni terrorçuluğa cəhd etməsinə, cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin iki nəfərdən çox üzvlərini milli ədavət və düşmənçilik niyyəti ilə, eləcə də terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd etməsinə, həmçinin çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) tərkibində partlayışlar törətməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Həmçinin, Ermənistan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunda yerləşən postlarında müdafiəni təşkil edən qanunsuz silahlı birləşmənin komandiri Vartanyan Vazgen Baxşikoviç və  tağım komandiri Camalyan Armen Gneloviçin də eyni əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 276 (casusluq), 279.2 (silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci ( qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 29, 214.2.3 (terrorçuluğa cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Baş Prokurorluğun təqdimatı əsasında məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib. 

Baş Prokurorluq tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Previous Post

Azərbaycan Ermənistanın 2 zabitini “İnterpol” xətti ilə axtarışa verdi

Next Post

Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Next Post
Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.