"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Elementar tərbiyəsi olmayan insanlar…”

07 Sentyabr 2020 - 19:08
in MANŞET, SİYASƏT
FacebookVatsap

“…Ölkənin ictimai – siyasi həyatına daxil olub, orada özlərinə yer edə bilir, heç bir mənəvi haqları olmadığı halda başqalarını ittiham etməkdən çəkinmirlər”

Bunu da oxuyun

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

– Qüdrət bəy, hər zaman islahatların dərinləşdirilməsindən, ölkəmizi inkişafın yeni mərhələsinə keçirməyin zəruriliyindən danışırsınız. Bu istiqamətdə qarşımızda duran əsas problem kimi nəyi görürsünüz?

– İlk növbədə insan və xarici təsir faktorunu. Bizim vətəndaşların demokratiya, qanunun aliliyi, fərqli fikrə dözümlülük haqqında təsəvvürləri olsa da, həmin dəyərlər bizim davranışımızda əsas motivasiya deyil. Ən böyük problemlərdən biri də mədəni səviyyənin aşağı olmasıdır. Bunun nəticəsidir ki, elementar tərbiyəsi olmayan insanlar ölkənin ictimai – siyasi həyatına daxil olub, orada özlərinə yer edə bilir, heç bir mənəvi haqları olmadığı halda başqalarını ittiham etməkdən çəkinmirlər. Ölkədə siyasətlə məşğul olanların böyük bir qismini bu cür insanlar təşkil edir.

– Xarici faktor isə ondan ibarətdir ki, böyük güclər fikirləşir ki, islahatlar Azərbaycanı gücləndirəcək və o öz torpaqlarını azad edəcək. Ona görə də hökumət bu istiqamətdə ciddi bir addım atan kimi “beşinci kolon”u hərəkətə gətirirlər. Hökuməti dövlət çevrilişi ilə qorxudub buranı Türkmənistana çevirmək, işğal barədə isə bizə müvəqqəti olraq danışmaq haqqı tanıyırlar. Hökumət isə dövlət çevrilişinin ölkəni məhv edəcəyini anladığından, yubanmanın gələcəkdə daha ağır nəticələr verə biləcəyinə əhəmiyyət vermədən dövlət çevrilişi ehtimalını önləmək üçün bəzi məsələləri zamanın ixtiyarına buraxır.

– Tənqidi necə qəbul edirsiniz?

– Tənqid siyasətçini öz üzərində daha çox işləməyə, səhvləri aradan qaldırmağa,öz mövqeyinə yenidən baxmağa sövq edir. Amma tənqidlə böhtanı, təhqiri qarışdırmaq lazım deyil. Sağlam tənqidi hər zaman faydalı saymışam. Bunu edənlərə qarşı da heç zaman kin saxlamamışam. Mən tənqiddən daha çox qərəzli və sifarişlə işləyən adamların böhtanları ilə üzləşirəm. Psixi problemləri olan bir ölüyaran “Nobel” namizədimiz var. Nədən danışır danışsın nökərçilik etdiyi ağasının tapşırığı ilə mütləq bir-iki ağız da mənim ünvanıma böhtan deməlidir. Yaxud zamanında Rusiyanın Azərbaycana repressiyalar üçün göndərdiyi ALLAHınVERDİyi addan imtina edib “çaqqal” ləqəbini qazanmış başqa birisi, yeri gəldi-gəlmədi ünvanıma böhtan və təhqirlərlə dolu çıxışlar edir. Partiya üzvülərimizdən bu ünsürlərə cavab verilsə də özüm çalışıram baş qoşmayım. Çünki bu, tək mənim üzləşdiyim problem deyil.

-Mətbuatda, dövlət idarəetməsində vəziyyət necədir?

Qeyd etdiyim faktorlar bütün sahələrə sirayət edir. Məsələn, iş tapana qədər müdrikcəsinə susmuş bir həmkarınız işi naminə iqtidarı təhqir edən bir-iki nadürüstə cavab verirsə, fikirləşir ki, hamının başına ağıl qoya, hər kəsə dil uzada bilər. Kimə istəsə yaltaqlana, kimə istəsə söz ata bilər. O hamıdan çox bu dövləti, bu iqtidarı istəyir və buna görə hamı onun kimi düşünməli və davranmalıdır və s.

Yaxud bu və digər səbəbdən vəzifədəsindən uzaqlaşdırılmış əzazil birisi dərhal olur “demokrat”, “ədalət carçısı” və başlayır repressiyaya məruz qalmasından, düzlükdən, qanunun aliliyindən, sədaqətdən danışmağa.Və ya yaxşı maskalanmış bir gəncə kiminsə təqdimatı əsasında etimad göstərilir, o da başlayır “vəsaitə qənaət etdim” deyib özünü gözə soxmaq üçün hər cür qanunsuzluq edərək yoxsul insanlara zülm etməyə. Ona görə demokratik cəmiyyət üçün həmin cəmiyyəti qura və qoruya biləcək insanlar, kadrlar yetişdirməliyik. Mentalitetin dəyişməsi zaman alan məsələdir. Hərdən mənim dediklərimi təkzib etmək üçün demokratik dövlət quruculuğu istiqamətində müəyyən uğurlara imza atmış keçmiş sovet pespublikalarını misal çəkirlər. Amma araşdırsalar görərlər ki, həmin respublikalarda sovet dövründə də həm əhalinin sosial durumu, həm qanunçuluğun vəziyyəti, həm də mədəni səviyyə bizdən yüksək olub

Previous Post

Qüdrət Həsənquliyev: “Elementar tərbiyəsi olmayan insanlar…”

Next Post

Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi

Bənzər yazılar

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32

"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək...

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

30 Sentyabr 2026 - 17:25

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın ölkəmizdəki səfiri Kestutis Vaskelyaviçyus ilə...

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

30 Sentyabr 2026 - 17:20

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli...

Səfir: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq

Səfir: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq

30 Sentyabr 2026 - 16:08

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Elchi.az xəbər verir ki, diplomat bu...

Next Post
Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi

Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi

Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi

Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi

Son xəbərlər

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

30 Sentyabr 2026 - 18:09
Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

30 Sentyabr 2026 - 17:59
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

30 Sentyabr 2026 - 17:25
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

30 Sentyabr 2026 - 17:20
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

30 Sentyabr 2026 - 17:12
İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

30 Sentyabr 2026 - 17:04
Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

30 Sentyabr 2026 - 16:57
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

30 Sentyabr 2026 - 16:49
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:45
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

30 Sentyabr 2026 - 16:40
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:37
Hərbçilərin əməkhaqları 22,8% artacaq

Hərbçilərin əməkhaqları 22,8% artacaq

30 Sentyabr 2026 - 16:24
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

30 Sentyabr 2026 - 16:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.