"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək”

02 İyul 2020 - 09:10
in CƏMİYYƏT
FacebookVatsap

TƏBİB rəsmisi Yaqut Qarayeva belə izah edir ki, əgər 14 günlük sərt karantin rejimi tətbiq olunmasaydı, bu rəqəmlər gündəlik 1000 ola bilərdi. Halbuki sərt karantindən öncə yoluxma sayı 400-450 idi.

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat


Həkimlər, professorlar isə bildirirlər ki, iki həftəlik sərt karantinlə heç bir müsbət irəliləyiş olmayacaq. Lakin gedişat və açıqlamalar daha 14 gün sərt karantin tətbiq olunacağına işarə verir.


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də son brifinqdə eyham vurdu ki, karantinin uzadılması barədə rəylər var, yekun məlumat veriləcək.


O deməkdir ki, 5 iyuldan sonra da SMS icazə ilə yaşamağa davam edə bilərik. Fəqət Operativ Qərargahın yeni yanaşmalar, alternativlər ortaya qoymasına ehtiyac var.


Çünki sərt karantin rejimi yoluxmanın ciddi şəkildə azalmasına gətirib çıxarmır, digər tərəfdən, bir çox xidmət sahələrinin qapadılması əhalinin sosial vəziyyətini çətinləşdirir, iqtisadiyyata zərbələri artırır.


Hazırda xeyli sayda iş adamı, obyekt sahibi, kafe-restoranda işləyənlər çörəksiz qalıblar. Onların pandemiyaya görə üzləşdikləri problemlər hələ ki kompensasiya olunmur.

 
Bu baxımdan daha 2 həftə sərt karantin rejiminin uzadılması ciddi sosial gərginliyin yaranmasına səbəb ola bilər.


Hazırda sərt karantinin bitməsinə sayılı günlər qalıb, əgər uzadılmasa iyulun 5-dən SMS icazə ləğv oluna, postlar yığışdırıla bilər.


Respublikanın Baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev “Yeni Müsavat”a bildirdi ki, sərt karantin rejiminin uzadılması istisna edilmir. Onun sözlərinə görə, qərar situasiyadan asılı olacaq.

 
C.İsayev qeyd etdi ki, hazırda 500-550 civarında yoluxma stabilləşmədən xəbər verir.


Onun fikrincə, daha çox yoluxma ilə üzləşə bilərdik: “Kimsə deyə bilər ki, sərt karantin dövründə yoluxmalar 500-dən yuxarıdır. Amma nəzərə alın ki, biz gündəlik 600-700 nəfərin yoluxması statistikası ilə üzbəüz qala bilərdik. Hazırkı rəqəmlər göstərir ki, stabilləşmə gedir, artım olmayıb. Yəni karantin rejimi sərtləşdirilməsəydi, vəziyyət daha da pisləşə bilərdi”.

 
Baş infeksionist hesab edir ki, insanların regionlara getməsinə şərait yaradılmalı, paytaxtın yükü azaldılmalıdır: “Bu təklifi əvvəl də vermişəm. Amma hər şeydən əvvəl tövsiyələrə əməl olunmasıdır. Sən sərt karantin tətbiq elə, insanlar əməl etməsinlər, təbii ki, yoluxmalar artacaq. Tövsiyələr də dəyişməz olaraq qalır – maska taxsınlar, yaxın təmasdan uzaq olsunlar, gigiyenik qaydalara riayət eləsinlər. Bu gün virusla mübarizə üçün başqa yollar yoxdur”.

 
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev facebookda yazıb ki, bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstəxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir: “100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? Bütün karantin rejimləri ləğv edilməlidir”.

 
Onun sözlərinə görə, insanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq, təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir: “Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq. Çünki immunitetimiz sıfıra düşəcək. Broyler toyuqlarına dönürük.


Bütün qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar”.


Deputat Fazil Mustafa həmkarı Fəzail Ağamalının fövqəladə rejim elan olunması təklifinə münasibət bildirərkən isə deyib ki, ən sərt karantin rejimi tətbiq edilsə, yoluxma sayı xeyli azalar: “Lakin hazırda bunu etmək mümkün deyil. Çünki sərt karantin rejiminin tətbiq edilməsi insanların iş yerləri ilə bağlı problemin yenidən yaranmasına gətirib çıxaracaq. Məhdudlaşmaya getmək mümkündür, amma ən sərt karantin rejiminə keçmək hazırda heç də doğru qərar olmazdı”.


F.Mustafa vurğulayıb ki, mövcud şəraitdə vətəndaşların qoruyucu vasitələrdən istifadə edib, sosial məsafəni gözləmələri vacibdir: “Artıq maska taxmayanlar və karantin rejiminin tələblərini pozanlara qarşı cərimələr sərtləşdirilib.


Bununla belə, maska taxmayan, sosial məsafə gözləməyən insanlara cəmiyyətimizdə təzyiqlər olmalıdır. Yəni qadağalardan, cərimələrdən öncə insanlar özləri bir-birilərinə irad bildirməlidirlər”.

 
Bu arada sərt karantin rejimi tətbiq olunan yerlərdə, xüsusən Bakıda elə gün olmadı ki, vətəndaşlar qaydaları pozmasınlar.


Baş Dövlət Yol Polisi İdarəsinin iyulun 1-də yaydığı məlumata görə, karantin rejimi qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 
Bundan başqa, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla, 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla, 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla, 315 nəqliyyat vasitəsi geri qaytarılıb.


Ümumilikdə 800-dən çox nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Previous Post

Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək”

Next Post

Azərbaycanda zəlzələ oldu

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.