"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

ƏƏSMN-in vəzifəli şəxsləri rüşvətə görə həbs edildi

29 İyun 2020 - 15:39
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib.

Bunu da oxuyun

AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Elchi.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birgə məlumat yayıb.

“Ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Bu çərçivədə Baş Prokurorluq tərəfindən həyata keçirilməkdə olan belə tədbirlərdən biri – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmanın aparılmasıdır.

Keçirilən istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak edən cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – birgə məlumatda qeyd olunub.

Previous Post

ƏƏSMN-in vəzifəli şəxsləri rüşvətə görə həbs edildi

Next Post

Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Bənzər yazılar

AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

28 Sentyabr 2026 - 16:58

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

28 Sentyabr 2026 - 16:25

Sentyabrın 29-da bəzi bölgələrdə küləyin sürəti güclənəcək. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Goranboy, Naftalan, Daşkəsən,...

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan "Patriot" raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər....

Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

28 Sentyabr 2026 - 15:16

Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı...

Next Post
Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Son xəbərlər

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə həll etməyə çağırıb

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə həll etməyə çağırıb

28 Sentyabr 2026 - 17:24
“Real Madrid”in saytı 10-cu dəfə dünyada 1-ci oldu

“Real Madrid”in saytı 10-cu dəfə dünyada 1-ci oldu

28 Sentyabr 2026 - 17:13
Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vuruldu

Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vuruldu

28 Sentyabr 2026 - 17:05
AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

28 Sentyabr 2026 - 16:58
Aİ Ukrayna üçün hərbi təlim missiyasının mandatını 2028-ci ilə qədər uzadıb

Aİ Ukrayna üçün hərbi təlim missiyasının mandatını 2028-ci ilə qədər uzadıb

28 Sentyabr 2026 - 16:46
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

28 Sentyabr 2026 - 16:39
Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəməri ilə ixracı bərpa edib

Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəməri ilə ixracı bərpa edib

28 Sentyabr 2026 - 16:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

28 Sentyabr 2026 - 16:25
Azərbaycanın U-17 millisi İrlandiyaya 0:16 hesabı ilə uduzdu

Azərbaycanın U-17 millisi İrlandiyaya 0:16 hesabı ilə uduzdu

28 Sentyabr 2026 - 16:17
Portuqaliya klubu Suaresin qiymətini açıqladı

Portuqaliya klubu Suaresin qiymətini açıqladı

28 Sentyabr 2026 - 16:06
Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28 Sentyabr 2026 - 15:47
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

28 Sentyabr 2026 - 15:30
Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

28 Sentyabr 2026 - 15:16
Tramp Zelenskinin verdiyi vəd barədə danışdı

Tramp Zelenskinin verdiyi vəd barədə danışdı

28 Sentyabr 2026 - 15:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.