"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bu gündən xüsusi karantin rejimi məhdudiyyətləri yumşaldıldı

18 May 2020 - 09:09
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanından Operativ Qərargahın mayın 15-də verdiyi qərar bu gündən qüvvəyə minib.

Bunu da oxuyun

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Elchi.az xəbər verir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub;bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb;restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub;65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;toy məclislərinin təşkilinin qadağan olunması;bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);massaj və hamam xidmətlərinin göstərilməsi;Qeyd olunub ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Operativ Qərargah bir daha vurğulayır ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:

“Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir”.

Previous Post

Bu gündən xüsusi karantin rejimi məhdudiyyətləri yumşaldıldı

Next Post

Laçının işğalından 28 il ötür

Bənzər yazılar

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

10 Avqust 2026 - 16:00

2027-ci ildə keçirilməsi nəzərdə tutulan seçkilər ərəfəsində İtaliyanın Baş naziri Corciya Meloni Kiyevə verdiyi dəstəyi seçiciləri qarşısında əsaslandırmaq məcburiyyətində qalıb....

AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

10 Avqust 2026 - 15:51

Azərbaycan Hava Yolları (AZAL) avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən...

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

10 Avqust 2026 - 15:25

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən...

Tibb Universitetində təhsil haqları aşağı salındı – Qiymətlər

Tibb Universitetində təhsil haqları aşağı salındı – Qiymətlər

10 Avqust 2026 - 14:30

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsil haqları və plan yerləri məlum olub....

Next Post
Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

Bu gündən Azərbaycanda SMS icazə sistemi ləğv olundu

Bu gündən Azərbaycanda SMS icazə sistemi ləğv olundu

Son xəbərlər

Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

10 Avqust 2026 - 16:36
Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

10 Avqust 2026 - 16:29
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 mlrd. manatı ötüb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 mlrd. manatı ötüb

10 Avqust 2026 - 16:20
Əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

10 Avqust 2026 - 16:11
İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

10 Avqust 2026 - 16:00
AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

10 Avqust 2026 - 15:51
Azərbaycanda əhalinin gəlirləri 10%-ə yaxın artıb

Azərbaycanda əhalinin gəlirləri 10%-ə yaxın artıb

10 Avqust 2026 - 15:42
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

10 Avqust 2026 - 15:34
Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

10 Avqust 2026 - 15:25
Azərbaycan iqtisadiyyatında artım olub

Azərbaycan iqtisadiyyatında artım olub

10 Avqust 2026 - 15:16
Tramp İranın pulunun qalmadığını bildirdi

Tramp İranın pulunun qalmadığını bildirdi

10 Avqust 2026 - 15:00
Messi jurnalistləri məhkəməyə verir

Messi jurnalistləri məhkəməyə verir

10 Avqust 2026 - 14:45
Tibb Universitetində təhsil haqları aşağı salındı – Qiymətlər

Tibb Universitetində təhsil haqları aşağı salındı – Qiymətlər

10 Avqust 2026 - 14:30
Azərbaycan XİN Ekvadoru təbrik etdi

Azərbaycan XİN Ekvadoru təbrik etdi

10 Avqust 2026 - 14:14
Maskın atası tanışlarına Rusiyaya köçməyi tövsiyə etdi

Maskın atası tanışlarına Rusiyaya köçməyi tövsiyə etdi

10 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.