"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Hakimiyyət strukturunda formalaşan “5-ci kolon” zərərsizləşdirilməlidir” – PARTİYA SƏDRİ

16 May 2020 - 14:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Cahandar Bayoğlu: “Əgər ölkə başçısı bu işi başladıbsa, o zaman ölkənin bütün aydın insanları, Azərbaycan dövlətinin taleyini düşünən hər bir siyasi qüvvə bu işin yanında olmalıdır”

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

“Başladılan antikorrupsiya tədbirləri davam etdirilməli, icra başçılarından sonra hədəf nazirliklər və nazirlər olmalıdır”

Turan Partiyasının başqanı Cahandar Bayoğluyla korrupsiya ilə mübarizə istiqamətində görülən tədbirlər, icra başçıları və digər yüksək çinli məmurların həbsi, onların qeyri-qanuni yollarla mənimsədikləri sərvətin taleyi, korrupsiyanın vüsət almasının səbəbləri, müxalifətin başladılan antikorrupsiya əməliyyatlarına münasibəti və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“Piramidanın yuxarısında olan adamlar yığdıqları pulların böyük bir hissəsini xaricdəki ağalarına ötürüblər”

– Cahandar bəy, sizcə Azərbaycanda korrupsiyaya hansı səbəblər şərait yaradır?

– Korrupsiyaya şərait yaradan bir neçə səbəb var. Hesab edirəm ki, Qərb siyasəti yürüdən xarici qüvvələrin əlində oyuncaq olan, sovet imperiyasından miras qalan, dövlətçilik ənənələri qırılan bir məmləkətdə insanların korrupsiyaya yuvarlanması həm özlərinin şəxsi maraqlarından yaranır, həm də xarici qüvvələr tərəfindən idarə olunur ki, dövlət çökdürülsün.

– Bildiyiniz kimi, korrupsiya ilə mübarizə istiqamətində başlanılan tədbirlər çərçivəsində artıq bir neçə icra başçısı, Mədəniyyət Nazirliyinin yetkili şəxsləri, eləcə də digər səlahiyyətli məmurlar həbs edilib. Bunu necə qiymətləndirirsiniz? Həbs dalğası davam etdirilməlidirmi?

– İcra başçılarının hamısını deməzdim, lakin axtarsaq, müvafiq araşdırma aparılsa, o zaman böyük əksəriyyətində bu cür halların olması mümkündür. Çünki prezidentin özü də deyir ki, icra başçıları rüşvət verib vəzifəyə gəliblər. Təbii ki, bu halda icra başçılarının kimə rüşvət verdiyi ortaya çıxarılmalıdır. Görünür, bu, böyük bir şəbəkədir və onun başı ən yuxarılarda olub. İcra başçılarının əksəriyyəti rüşvət verib hakimiyyətə gəliblər və sonra yığdıqları rüşvətin böyük bir qismini piramida şəklində yuxarılara ötürüblər. Sözsüz ki, bu cür rüşvət mexanizmində korrupsiya güclənib. Mən belə hesab edirəm ki, piramidanın yuxarısında olan adamlar yığdıqları pulların böyük bir hissəsini xaricdəki ağalarına ötürüblər. Artıq demək olar, hər kəsə məlumdur ki, bir ara oliqarx nazirlər ölkə üzrə rayon icra hakimiyyəti başçısı postunu öz aralarında paylaşmışdılar. Bunun da nəticəsində hər oliqarxın 10-15 icra başçısı vardı. Həmin oliqarx nazirləri idarə edən, piramidanın başında duran adam da vardı. Bu, mənim təhlilimdir ki, “prezident rüşvət verilib” deyirsə, deməli rüşvət alan bir başqasıdır. Çox güman ki, bu rüşvət Ramiz Mehdiyevə verilib. Ramiz Mehdiyev isə nazirləri idarə edib, nazirlər də ayrı-ayrı rayon icra başçılarını idarə edib. Yəni, burda ciddi bir şəbəkə var. Düşünürəm ki, başladılan antikorrupsiya tədbirləri davam etdirilməli, icra başçılarından sonra hədəf nazirliklər və nazirlər olmalıdır. Eyni zamanda, hakimiyyət strukturunda formalaşan “5-ci kolon” tamamilə zərərsizləşdirilməlidir.

– Necə düşünürsünüz, icra başçısı həbs olunan rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyətə cəlb olunmalıdır?

– Hesab edirəm ki, istintaq zamanı adıçəkilən, korrupsiya əməllərində bu və digər formada iştirakçı olan hər kəs məsuliyyətə cəlb olunmalıdır.

“Ölkəmizin varlığının qorunub saxlanılmasında hər kəs iştirak etməlidir”

– Müxalifətin başladılan antikorrupsiya əməliyyatlarına münasibəti sizi qane edirmi?

– Qeyd edim ki, müxalifətin böyük əksəriyyəti bu korrupsiya sistemi ilə iş birliyindədir. Yəni məhz müxalifətin də həmin bu korrupsiya şəbəkəsindən qidalanan, onlarla iş birliyində olan, həm yerli mafioz qruplaşmaların, həm də xarici qüvvələrin burda yaratdığı şəbəkəylə bu və digər formada əlaqələri olub. Ona görə də Azərbaycanda müxalifət adlı əksər qüvvələr heç zaman korrupsiyaya qarşı mübarizə aparmayıb. Bu səbəbdən də hesab edirəm ki, ölkədə yeni siyasi mühitin yaranması vacibdir. Ölkənin bu hala düşməsinə görə cavabdehlik daşıyan iqtidar və müxalifət yetkililəri bu məsuliyyəti bölüşməlidirlər. Xalq siyasi mühitdə və Azərbaycan dövlətinin gələcəyi kimi bir taleyüklü məsələdə onların iştirakını sıfırlamalıdır. Azərbaycanın müstəqilliyini və milli maraqlarını hər şeydən üstün tutaraq yeni siyasi mühit formalaşmalıdır. Düşünürəm ki, ölkəmizin varlığının qorunub saxlanılmasında hər kəs iştirak etməlidir. Əgər ölkə başçısı bu işi başladıbsa, o zaman ölkənin bütün aydın insanları və Azərbaycan dövlətinin taleyini düşünən hər bir siyasi qüvvə onunla bərabər bu işin yanında olmalıdır.

– Cahandar bəy, sizcə, icra başçıları və digər məmurlar tərəfindən dövlət büdcəsindən oğurlanan pulların geri qaytarılması istiqamtində hansı proqramlar həyata keçirilməlidir?

– Belə hesab edirəm ki, istintaq prosesi tamamlanıb faktlar təsdiqləndikdən sonra dövlət başçısı birbaşa xalqa müraciət etməlidir. İstintaq materiallarına əsaslanaraq ölkədəki durumu xalqa bildirməklə, korrupsiyanın, dövlətçiliyimizə qəsd siyasətinin qarşısının alınması prosesində birgəlik nümayiş etdirməli və dünyanın harasında olmasından asılı olmayaraq, bu insanların mülkləri müsadirə olunmalı, Azərbaycan dövlətinin büdcəsinə qaytarılmalıdır.

Previous Post

“Hakimiyyət strukturunda formalaşan “5-ci kolon” zərərsizləşdirilməlidir” – PARTİYA SƏDRİ

Next Post

“İnsanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər”

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
“İnsanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər”

"İnsanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər"

“İnsanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər”

"İnsanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər"

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.