Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Elchi.az Modern-az-a istinadən xəbər verir ki bu barədə İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.
***
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.
Elchi.az-ın APA-ya istinadən məlumatına görə, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.
Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.





















Son şərhlər