"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Neftin qiyməti niyə mənfiyə düşdü? – EKSPERT RƏYİ

21 Aprel 2020 - 16:08
in İQTİSADİYYAT, MANŞET
FacebookVatsap

“Aprelin 20-də ABŞ-ın Nyu-York şəhərindəki “Nyumex” əmtəə birjasında WTI markalı Qərbi Texas neftinin qiymətinin mənfiyə düşməsi iki səbəblə bağlıdır”.

Bunu da oxuyun

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Nyu-York birjasında təbii qaz bahalaşıb

Bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

“Birincisi, ötən gün səhər ABŞ-da birjalar açılanda qiymət 17,73 ABŞ dolları idi. Bu zaman xəbər yayıldı ki, ölkənin Oklohoma ştatında yerləşən, həm daxili, həm də xarici bazara neft ötürülən anbarlar dolub. Qısa müddətdə neftin qiyməti 10 ABŞ dollarına, sonra 5 ABŞ dollarına, bir qədər sonra isə Bakı vaxtı ilə saat 20:56-da, ABŞ vaxtı ilə isə saat 11:56-da 0 ABŞ dollarına düşdü. Tədricən isə qiymət mənfi oldu. Bu isə o deməkdir ki, satıcılar alıcılara hər barel neftə görə pul verirdilər. Dünya neft tarixində belə bir şey görünməyib.

İkinci səbəb isə odur ki, Səudiyyə Ərəbistanından hər birinin tutumu 1 milyon barel olan 20 tankerin ABŞ-a istiqamətlənməsi ilə bağlı xəbər yayıldı. Bu tankerlər gələn ayın ortalarında ABŞ-a çatmalıdır. Təbii ki, ABŞ neftlə aşıb-daşır, əlavə neftin gəlməsi xəbəri isə bazarda təzyiq yaratdı və qiymətlərə təsir etdi

Bundan əvvəl isə ABŞ-ın neft ehtiyatlarının artması ilə bağlı yerli Enerji Administrasiyasının hesabatları açıqlanıb. Bununla da dünyanın ən böyük neft istehlak edən ölkələrinin birində neft bazarının çökməsini və bunun ardınca günün ikinci yarısında ABŞ fond birjalarının bütün indekslərinin qırmızı xətlə aşağı düşməsinin müşahidə etdik”, – o deyib.

Ekspertin sözlərinə görə, ötən gün axşama doğru London əmtəə birjasında “Brent” markalı neftin də ucuzlaşması müşahidə olunub: “İlk dəfə Rusiyanın “Urals” markalı nefti mənfi qiymətlərlə (-1,63 ABŞ dollarına alıcılara təklif edilib. Məlumdur ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə Avropa və Amerika bazarları karantin rejiminə keçib və istehlak daralıb, bu günə qədər də vəziyyət dəyişməyib.  Avropada bir neçə ölkə karantin rejimini qismən yumşaltsa da, istehsal, hava nəqliyyatı ilə uçuşlar dayanıb və istehlak minimuma düşüb. Nəticə etibarı ilə bazarda neftin ucuz olmasından istifadə edən şirkətlər, ölkələr, neftayırma zavodları çoxlu neft alıblar. Yəni, onlar öz enerji ehtiyatlarını görüblər və bu ehtiyatlarda azalma olmayıb, odur ki, sonda neft bazarı çöküb. Bu da gözlənilən hal idi”.

İ.Şabanın fikrincə, Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələrin (OPEC+) aprelin 9-da gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı qəbul etdiyi qərar neftin bahalaşmasına səbəb  olmayacaq: “Çünki, bu, 2016-cı ilin oktyabr ayının göstəricisidir. Reallıqda Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik hasilatın azaldılması 2,5 milyon bareldirsə, mart və yaxud aprel ayının göstəriciləri Rusiya üçün 1,8 milyon barel, Səudiyyə Ərəbistanı üçün isə 1,3 milyon barel olub. Yəni kağız üzərində neftin gündəlik hasilatının azaldılması 10 milyon bareldirsə, təcrübədə hamı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə belə, cəmi 6-7 milyon barel yığışdırılması deməkdir. Bu isə bazar üçün real nəticələr deyil. Çünki, aprel ayının yekunları üzrə bazarda gündəlik olaraq 29 milyon barel izafi neft mövcuddur. Bu qədər nefti alan yoxdur, ancaq istehsal davam edir. Təbii ki, neftin qiyməti düşməlidir. Burada heç bir siyasi qüvvənin, hər hansı qrup ölkələrin digər bir qrup ölkələrə qarşı birləşməsi halı görünmür. Bu, sırf olaraq təklifin tələbi dəfələrlə üstələməsi amilidir”.

Previous Post

Neftin qiyməti niyə mənfiyə düşdü? – EKSPERT RƏYİ

Next Post

Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”

Bənzər yazılar

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,06% azalaraq 1...

Next Post
Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”

Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”

Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”

Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.