"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Bələdiyyələrə qadınları seçən seçicilər uduzmayacaq” – Eksperdən seçkilərlə bağlı çağırış

23 Oktyabr 2019 - 17:40
in CƏMİYYƏT
FacebookVatsap

Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində hazırlanıb.



Mərkəzi Seçki Komissiyasının (MSK) Oktyabrın 18-də keçirilən iclasda ölkədə növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb. MSK sədri bildirib ki, bələdiyyələrin səlahiyyət müddəti başa çatır. Buna görə də Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməlidir. Bu seçkilərdə respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

O qədər də çox vaxt qalmayıb. Femida.az keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı araşdırma aparıb. Bildiyiniz kimi Azərbaycanda bütün sahələrdə olduğu kimi, idaəetmə sahəsində də qadınlar böyük aktivlik göstərir. Mətbuatda, siyasətdə, tibb sahəsində, idmanda və digər sahələrdə qadınların aktiv şəkildə iştirakına aid nümunələr çoxdur. 

Bəs bələdiyyə seçkilərində necə? Qadınlar nə dərəcədə aktiv şəkildə bu sahədə təmsil olunmağa maraqlıdır?


Mövzu ilə bağlı Gender üzrə ekspert və Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının dəstəklədiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə Gender əsaslı Bələdiyyələrin təşviqi” adlı layihənin koordinatoru xanım Lyudmila Xəlilova ilə müsahibəni təqdim edirik. 

Qeyd edək ki, layihə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir:

– Lyudmila xanım, artıq tarix müəyyən edilib. Bu seçkilərdən nələri gözləyirsiniz? 

– Bildiyiniz kimi 1999-cu ildən etibarən Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Bu il sayca beşinci seçkilər keçiriləcək və bizim bələdiyyə idarəçiliyi sahəsində artıq 20 illik təcrübəmiz var. Bu tarixi müddət olmasada belə, amma kifayət qədər vaxtdır ki, hesab edirəm ölkədə bələdiyyələr bu zaman çərçivəsində institusional olaraq tam formalaşıb və öz fəaliyyətlərini qanunvericiliyə uyğun olar həyata keçirir. Qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasının yerli özünüidarəetməni əhatə edən 4-cü bölməsinin 9-cu fəsili Yerli özünüidarəni həyata keçirən bələdiyyələrin seçkilər əsasında yaradıldığını bəyan edir. Burada Bələdiyyələrin işinin təşkili, onların səlahiyyətləri və məsuliyyəti, həmçinin yerli qərarlarların qəbulu və müstəqilliyinin təminatları müəyyən olunur. Seçkilərə gəldikdə isə, yenədə Konstitusiyamızın 25-ci, 54-cü və 56-ci maddələri vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək hüququ, eyni zamanda cəmiyyətin və dövlətin siyasi həyatında hamımızın bərabər şəkildə iştirakımı təmin edir. Yetər ki biz bu hüquq və imkanlardan maksimal dərəcədə faydalanaq, bələdiyyə seçkilərində aktiv vətandaş mövqeyi nümayış etdirək, namizəd, seçici və müşahidəçi mədəniyyətimiz inkişaf etdirək, hamılıqla yerli problemlərin həllində aktiv iştirak edək. Biz təşkilat olaraq buna maraqlıyıq və bu seçkilərdən ümidlərimiz böyükdür. 




– Mövzumuz seçkilərdə qadınların aktiv iştirakı ilə bağlıdır. Seçici qadın namizədi niyə seçməlidir?

– Ölkəmizdə bir çox sahələrdə xanımlar aktiv fəaliyyətə malikdirlər. Bu çox sevindiricidir və təbbi ki, bunun fonunda yerli idarəetmədə də qadınların aktiv şəkildə təmsil olunması arzuolunandır. Misal üçün, Türkiyədə bələdiyyələri anailə müqayisə edirlər. Çünki bələdiyyə insanlara xidmət etməlidir, doğulan gündən məzara gedənə qədər onların qayğıları ilə məşğul olmalı, yerli problemlərin həllini təmin edən əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar həyata keçirməlidir. Həmçinin onlara etimad qazandıran seçicilərin tapşırıqlarını seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar. Reallıq ondan ibarətdir ki, qadın cəmiyyətdə qayğı çəkmək yükünü üzərində daşıyır və yerlərdə mövcud olan problemləri daha yaxşı bilir. Biz təşkilat olaraq qadınların bu seçkilərdə fəal iştirakına nail olmağına çalışırıq. Hesab edirik ki, bütün sahələrdə olduğu kimi bələdiyyə idarəçiliyində də peşəkar və təşəbbüskar, bilikli və təcrübəli insanlar təmsil olunmalıdır. 

– Qadınların yerli səviyyədə daha fəal iştirakını əsaslandıran 5 əsas arqumenti diqqətə çəkmək istərdim. İlk növbədə Cinsi bərabərlik, çünki qadınlar əhalinin yarsını təşkil edir və onlar yerli özünüidarəetmədə də proporsional olaraq təmsil olunmalıdır. Biz mütləq nümayəndəlik demokratiyasının prinsiplərinə riayət etməliyik. Bələdiyyə siyasəti sahəsində kişilərin inhisarı var. Belə olan halda qadınların təmsilçiliyinin yetərincə olmaması üzündən mövcud bələdiyyə orqanlarının bütün cəmiyyətin maraqlarına cavab verməsini şübhə altına alır.

– Çox önəmli məqamlardan biri maraqların fərqliliyi. Bilirsiz, tarixən uzun müddət qadınlar çox məhdud (siyasi) hüquqlara malik olublar. Bununla yanaşı, təssüflər olsun ki, əmək sahəsində qadınlar üfüqi və şaquli istiqamətlərdə ayrıseçkiliyə məruz qalır. Belə olan halda qadınlarda işçi qüvvə istehsalı və uşaqların tərbiyəsində məsuliyyət hissinin aşılanması ailədə gender bölgüsünün əsasını qoyub. Baxmayaraq ki, qadınlar da öz obyektiv maraqlarını müəyyənləşdirə və əsaslandıra bilirlər. Zamanın tələbi ictiami siyasətə yeni baxış bucağı. Bu arqument bələdiyyə sisteminin və yerli özünüidarəetmənin çərçivəsində, qərarların qəbul olunmasının konsepsiya və mədəniyyəti sahəsində əksini tapır. Belə ki, artıq Avropada 30 ildən çoxdur ki, siyasi məsələ sayıla biləcək sahələrin sayı artır və əlavə olunan məsələlər; uşaqlara qayğı, ailə planlaması, qadınlara qarşı zorakılıq və s. bura daxildir. Və nahayət insan resurslarının inkişafı və onlardan daha səmərəli istifadə. Qadın və kişələr müxtəlif təcrübəyə, biliyə və intuisiyaya malikdirlər. Bütün anlayışların nəzərə alınması daha müəyyənləşdirilmiş və səmərəli yerli idarəetmə siyasətinin formalaşmasına zəmin yaradır. 




Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Previous Post

“Bələdiyyələrə qadınları seçən seçicilər uduzmayacaq” – Eksperdən seçkilərlə bağlı çağırış

Next Post

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post
Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur – FOTO

Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur – FOTO

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.