"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sahil Babayevin kərpickəsən RƏİSİ və arzuları

25 Sentyabr 2019 - 15:24
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumu başdan ayağa dəyişir və özününküləşdirir. Miq.Az-a daxil olan məlumata görə, Sahil Babayevin nazirliyin strukturu ilə bağlı hökümətə təqdim etdiyi isrlahatlar paketi olduqca əhatəlidir. Nazirliyin aparatı və Dövlət Əmək Müfəttişliyi Xidməti istisna olmaqla bütün struktur vahidləri publik hüquqi şəxsə çevrilir. Bununla da nazir Sahil Babayev həm inzibatçılıq, həm də maliyyə resurslarından sərbəst  istifadə etmə baxımından müstəqillik qazanır. 
Maliyyə nəzarəti onun korrupsiyalaşan proqramlarının icrasını çətinləşdirir
Sahil Babayevin ondan əvvəlki dövrlərdə işə götürülən  kadrları işdən çıxararkən müqavimətlə üzləşməsi və işə götürdüyü kadrların dövlət qulluğu imtahanlarından keçə bilməməsi onun kadr siyasətini istədiyi şəkildə həyata keçirməsini məhdudlaşdırır. Buna görə də o, həm İşsizlikdən Siğorta Fondunun, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsini istədiyi kimi talan edə bilmir. Bununla yanaşı Nazirliyin maliyyə hesabatlılığı və dövlətin maliyyə nəzarəti onun korrupsiyalaşan proqramlarının icrasını çətinləşdirir. Buna görə də, o nazirliyin Prezident Administrasiyasına, Milli Məclisə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına, Nazirlər Kabinetinə və digər səlahiyyətli qurumlara qarşı hesabatlılığını azaltmaq üçün var gücüylə çalışır. 
Sahil Babayev şəhid ailələrindən, Qarabağ qazilərindən, işsiz və yoxsul əhalidən qisas alır
Gənc nazir şəxsi münasibətlərindən və birinci ailəyə yaxın resurslardan istifadə edərək nazirliyin əksər struktur vahidlərini publik hüquqi şəxsə çevirmək və növbəti büdcə ilində nazirliyin maliyyə resurslarını rahat bir şəkildə talan etmək arzusundadır. Sahil Babayev özünü dövlətin sosial siyasətini həyata keçirən və dövlət qayğısına ehtiyacı olan həssas əhali qrupları ilə işləyən bir dövlət orqanının rəhbəri kimi aparmır. O, sanki şəhid ailələrindən, qarabağ qazilərindən, işsiz və yoxsul əhalidən qisas alır. 
Nazir ona salam verən fəhləni işdən qovub
Sahil Babayev rəhbərlik etdiyi qurumun əmək kollektivinə qarşı mərhəmətli davranmır. Vəzifə sərxoşluğundan gənc nazirin başı elə dumanlanıb ki, ona salam verən fəhləni işdən qovur və adamı olmayan işçiləri müxrtəlif qanunsuz yollarla sıxışdırıb işdən çıxarır. 23 aprel 2018-ci il tarixdən bu yana Sahil Babayevin müvafiq əmrləri ilə Nazirlikdə qulluq keçən 2000 nəfərə yaxın dövlət qulluqçusunun əmək müqaviləsinə xitam verilib və ya aşağı vəzifələrə keçirilib. Hazırda  900 nəfərə yaxın nazirlik əməkdaşı dövlət qulluğu imtahanlarından keçə bilmədiklərinə görə müddətli əmək müqavilələri ilə nazirlikdə yüksək vəzifələr tuturlar.  Bu şəxslər nazir Sahil Babayevin əvvəlki iş yerindən və biznes fəaliyyətindən tanıdığı, eyni zamanda qohumlarının və tanışlarının təqdimatıyla işə götürdüyü kadrlardı. 
Sahil Babayevin nazirlikdə apardığı represiyalar və məmur soyqırımı
Sahil Babayevin nazirlikdə apardığı represiyalar və məmur soyqırımı davam edir. Əfsuslar olsun ki, onun davranışları və əməlləri əhalini dözümsüzlük həddinə çatdırsa da, hakimiyyət dairələri bundan narahatlıq keçirmir. Bundan təngə gələn xalq isə məcburiyyət qarşısında qalıb səslərini ölkə rəhbərliyinə çatdırmaq üçün  hakimiyyətə daxildən və xaricdən daş atanlara üz tuturlar. Gəncə hadisələri və 19 yanvar mitinqi bunun baris nümunəsidir. Sahil Babayev xalqı üsyana sürükləyir. Onun struktur paketi 10 minə yaxın nazirlik kollektivini və bu nazirliyin xidmətlərindən yararlanan həssas əhali kütləsini hakimiyyətdən incik salmağa yönələn siyasi xəyanətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  oliqarx övladlarının hazırlıq kursuna çevrilib. Vəzifəli və imkanlı şəxslər təcrübə və sınaq üçün övladlarını buraya göndərir ki, yaramaz balaları burada səhvi görə-görə düzü öyrənsin. Orada gördüyü səhvləri öz şəxsi bizneslərində təcrübə etməsinlər. 
500 min manatlıq avtomobillə işə gəlib 650 manat maaş alan məmur

Bunu da oxuyun

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Təsəvvür edin ki, 650 manat aylıq əmək haqqı olan bir işə Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayevin oğlu Fuad Musayev 500 min manatlıq avtomobillə gəlir. O, özlərinə məxsus biznesdə çalışan xadiməyə öz əmək haqqının bir neçə misli zəhmət haqqı ödəyir.  Hələ bu harasıdır! 23 yaşlı Əliyev Sadiq Mürsəl oğluna Nazirlikdə ürəyincə bir vəzifə tapa bilmirlər. Sahil Babayev Mürsəl Əliyevin istəyini nəzərə alıb oğlu Sadiq Əliyev üçün Dövlət Əmək Müfəttişliyi Xidmətində bütün Bakını əhatə edən və daha geniş səlahiyyətləri olan bir vəzifə rica edib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifə tutan Mürsəl Əliyev özünü hər yerdə ölkənin birinci xanımı Mehriban Əliyevanın atası Arif Paşayevin biznes şəriki olaraq təqdim edir və bu münasibətlərdən istifadə edərək idarəçiliyi yarıtmaz övladını Bakının söz sahiblərindən etməyə çalışır. Sadiq Əliyevi Nazirlik kollektivi kərpiçkəsən oğlan olaraq tanıyır. O, bu gündə kərpiç zavodu işlədir və nazirlikdəki kabinetində oturub kərpiç satmaqla məşğuldur. Sadiq Əliyevdə 500 manatlıq işə 500 min manatlı avtomobillə gəlir. Sadiq Əliyevin Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı tərəfindən sünü təbliğatı aparılır. O, dövlətə və dövlətçiliyə xidmət edən savadlı və perespektivli bir gənc kimi ictimaiyyətə təqdim olunur. Halbuki, Sadiq Əliyev ilk olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatına sektor müdiri vəzifəsinə təyin edilmişdi. O, həmin sektorun işini bilmədiyinə görə xidmətin fəaliyyəti qısa müddətdə iflic olmuşdu.  Lakin, o işdən çıxarılmaq əvəzinə biraz daha irəli çəkildi. 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəis vəzifəsinə təyin olundu. Buranı da bərbad  hala salandan sonra onu daha geniş ərazisi olan 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəis vəzifəsinə təyin etdi. Kərpiçkəsən oğlan buranı da yarıtmaz vəziyyətə salıb. 
Korrupsiya və maliyyə fırıldaqçılığı pik həddə çatıb
Sahil Babayev Bakı müfəttişliklərini birləşdirib Sadiq Əliyevi ora rəis təyin etmək niyyətindədir. Gənc nazir Sadiq Əliyevin savadsız, təcrübəsiz və hakim ailəylə bağlarının olmasından məharətlə istifadə edir və  öz təbliğatını aparır. Eyni kriteryalarla nazirlikdə yüzlərlə oliqarx övladı xəyallarına qovuşur.  Azərbaycanın müstəqillik tarixində Sahil Babayev kimi uğursuz kadr təyinatı həyata keçirilməyib. Nazirlikdə heç bir zaman bu qədər iri həcimli korrupsiya olmayıb. Düzdür bu sahədə əvvəlki illərə nisbətən rüşvət azalıb. Lakin, korrupsiya və maliyyə fırıldaqçılığı pik həddə çatıb.
Qarşı tərəfin fikirləri bizim üçün önəmlidir və onların da bu haqda münasibətini ictimailəşdirməyə hazırıq.

Previous Post

“Sübutlara ehtiyacınız varsa, İsrail xəstəxanalarına baş çəkin…” – İran prezidenti

Next Post

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bənzər yazılar

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37

Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların...

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na...

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya...

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

05 Oktyabr 2026 - 16:59

Bu ilin sentyabr ayında sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Elchi.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər...

Next Post
Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Son xəbərlər

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.