"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir

25 İyul 2019 - 10:58
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin yüksək keyfiyyətli mobil şəbəkəsinin əhatə dairəsi sürətlə artır.

Bunu da oxuyun

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Babək rayonunda yanğın-taktiki təlim keçirilib – FOTO

İyulun son gününün havası açıqlanıb

Belə ki, istifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq təkcə 2019-cu il ərzində Bakcell tərəfindən ölkə ərazisində 700-ə yaxın yeni baza stansiya quraşdırılıb.

Xatırladaq ki, 2300-dən artıq 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir.  Bunun sayəsində Bakcell şirkəti ölkənin bütün bölgə mərkəzlərində yüksək keyfiyyətli və ən sürətli 4G İnternet xidmətlərini təqdim edir. Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Hazırda “Bakcell”in 4G şəbəkəsi əhalinin 78%, ölkə ərazisinin isə 52%ni əhatə edir.

“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə belə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

Həmçinin qeyd edək ki, 2019-cu il ərzində Bakcell şirkəti ölkəmizdə keçirilmiş Novruz festivalı, Formula 1 Azərbaycan Qran Prisi, UEFA Avropa liqasının Final oyunu, Avropa Gənclər Yay Olimpiya Festivalı və digər əhəmiyyətli tədbirlər zamanı ən yüksək keyfiyyətli rabitəni təmin edib.

Müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Bakcell bundan sonra da ölkənin ən üstün mobil şəbəkəsinin genişləndirilməsi və modernizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Previous Post

Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir

Next Post

Bakıda xüsusi ekspres marşrut xətti açılır – 40 avtobus ayrıldı

Bənzər yazılar

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

30 İyul 2026 - 14:38

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Elchi.az-a...

Babək rayonunda yanğın-taktiki təlim keçirilib – FOTO

Babək rayonunda yanğın-taktiki təlim keçirilib – FOTO

30 İyul 2026 - 12:30

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər, Babək rayon Dövlət Yanğından Mühafizə hissələrinin və Xüsusi...

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyulun son gününün havası açıqlanıb

30 İyul 2026 - 12:24

Sabah hava necə olacaq? İyulun 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

30 İyul 2026 - 12:06

9 illik təhsil bazasında kolleclərin ixtisas seçimi avqustun 3-dən 9-dək aparılacaq. Bu barədə Elchi.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib....

Next Post
Bakıda xüsusi ekspres marşrut xətti açılır – 40 avtobus ayrıldı

Bakıda xüsusi ekspres marşrut xətti açılır - 40 avtobus ayrıldı

Bakıda xüsusi ekspres marşrut xətti açılır – 40 avtobus ayrıldı

Bakıda xüsusi ekspres marşrut xətti açılır - 40 avtobus ayrıldı

Son xəbərlər

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

30 İyul 2026 - 14:38
Babək rayonunda yanğın-taktiki təlim keçirilib – FOTO

Babək rayonunda yanğın-taktiki təlim keçirilib – FOTO

30 İyul 2026 - 12:30
Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyulun son gününün havası açıqlanıb

30 İyul 2026 - 12:24
Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

30 İyul 2026 - 12:15
9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

30 İyul 2026 - 12:06
“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

30 İyul 2026 - 11:54
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

İlin ilk yarısında xarici dövlət borcu üzrə 393,4 mln. dollar ödəniş edilib

30 İyul 2026 - 11:41
Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

30 İyul 2026 - 11:24
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

30 İyul 2026 - 11:12
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

30 İyul 2026 - 11:05
Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

30 İyul 2026 - 11:00
Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

30 İyul 2026 - 10:52
Argentinada vertolyot qəzası: 7 ölü

Argentinada vertolyot qəzası: 7 ölü

30 İyul 2026 - 10:43
ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

30 İyul 2026 - 10:35
Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

30 İyul 2026 - 10:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.